Сообщения

Сообщения за январь, 2019

Əli Kərimli bu dəfə də alınmadı?

Изображение
31 yanvarda Məmməd Əmin Rəsulzadənin ildönümünə qatılan radikal müxalifət miskinliyini və sosial dayaqlarını tamamilə itirdiyini bir daha cəmiyyətə göstərdi. 25 ildir ki, eyni taktika, oxşar ssenari, hay-küy və ifrat yalançılıq üzərində özləri barədə yaratdıqları “müxalifətçilik” imicini son toplantı ilə vurub dagıtmış oldular. Milli Şura adlı əndrabani qurumun mahiyyətsizliyi   bununla da üzə çıxdı. Siyasi protokolların keçirildiyi məkanları, tarixi-dini ziyarət yerlərini   kütləvi etiraz aksiyaları keçirmək üçün ünvan seçən r adikal ünsürlər faktiki olaraq ictimai asayışi pozmagı qarşılarına məqsəd qoyublar. Bir neçə il öncəyədək qeyri-konstitusion hərəkətləri barədə bir-birlərini gizli şəkildə xəbərdar etsələr də artıq qaraguruh fəaliyyətlərini açıq müstəviyə keçiriblər.   Azərbaycan cəmiyyətinin birmənalı şəkildə dəstəyini itirmiş bu azsaylı qrup fəaliyyətlərini real müstəvidən virtual aləmə transfer ediblər. Bu qrupun ideya müəllifi və istiqmətvericisi rolunda isə "

Azərbaycan regionun güc mərkəzi statusunda

Изображение
Prezident İlham Əliyev III Dövlət proqramının yekunlarına həsr olunmuş konfransda bir çox sahələrlə yanaşı Azərbaycanın xarici siyasət strategiyası ilə baglı da mühüm məqamlara toxundu. Xüsusən qlobal məkanda yaşanan siyasi və iqtisadi, eləcə də hərbi kataklizmlərin fonunda aparılan müstəqil xarici siyasətin ölkəmizə qazandırdıgı dividentləri detallı şəkildə diqqətə çatdırdı.         Dövlət başçısı Azərbaycanın dünyada sabitlik, təhlükəsizlik məkanı oldugunu bir daha bəyan edib: “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nətic

Ermənistanın Təhsil və Elm naziri: “On il ərzində müəllimlərin əmək haqqı artırılmayıb”

Изображение
“Yaxın gələcəkdə müəllimlərin maaşları nın artır ılacagını desəm yalan söyləmiş olaram”. Bu fikirləri  Ermənistanın Təhsil və Elm naziri Araik Arutyunyan jurnalistlərə müsahibəsində  bildirib. Onun sözlərinə görə, on il ərzində müəllimlərin əmək haqqı artırılmayıb. "Hazırda iqtisadi islahatları gözləyirik" - nazir deyib. O, ötən il ali məktəblərdə direktorlar ın maaşları qənaət və daxili imkanlar hesabına təmin e tdiklərini bildirib. Bu il direktorlar Təhsil və Elm Nazirinə müraciət ediblər ki, artıq eyni əmək haqqlarını ödəyə bilməyəcəklər.

Şəhid ailələrinin Prezident təqaüdü artırıldı

Изображение
  Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. F ərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib. 

Ermənistanda qazın qiymətinin qalxması narazılıq yaradıb

Изображение
      2019-cu il yanvarın 1-dən etibarən Rusiya tərəfi Ermənistana satdıgı qazın qiymətini 150 dollardan birbaşa   165-dollara yüksəltdiyini açıqlayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan istehlakçılar üçün qaz tarifinin dəyişməyəcəyi ilə baglı fikir bildirsə də cəmiyyətdə ciddi narahatçılıq yaranıb.   Ermənistanın Baş nazirinin müavini Tigran Avinyan bu gün erməni KİV-lərinə müsahibəsində "Qazprom Ermənistan"-ın qazın qiymətinin artması ilə baglı subsidiya ayırmagı gözdən keçirildiyini qeyd edib. Ancaq bunun konkret nə vaxta palanlaşdırıldıgını isə müzakirələrin yekununda açıqlanacagını bildirib. "İstehlakçılar üçün qazın qiymətinin formalaşmasının   fərqli komponentlər var: Müzakirələr hələ davam edir, yeni məlumatlar olanda ictimaiyyətə bildirəcəyik”-deyə Ermənistanın baş nazirinin müavini vurgulayıb.

Dövlət Proqramları: nəticə və yeni gözləntilər

Изображение
  III Dövlət Proqramı da ugurla icra olundu. Sual yaranır ötən müddətdə hər üç proqramın icrası nə kimi nəticələr verib. 2014-2018-ci illərin iqtisadi təhlili deməyə əsas verir ki, dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində regionlarda ən müasir infrastruktur yaradılıb. Sahibkarlıq fəaliyyəti genişləndirilib, yeni müəssisə və iş yerləri yaradılıb, əhalinin rifah halı yaxşılaşdırılıb. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olub. Birinci dövlət proqramının qəbul edilməsi Prezident İlham Əliyevin 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O zaman dövlət başçısı bəyan etmişdi ki, “əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaq”. 2004-cü ildə birinci dövlət proqramı qəbul edilən zaman hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Ölkəmizə neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara v

Nikol Paşinyan ölkəsinin qlobal layihələrdən kənarda qaldıgına təəssüf edib

Изображение
   Ermənistan ölkə ərazisindən tranzit qaz kəmərinin keçməsində maraqlıdır. Bu fikirləri   RBK-ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Ermənistan hökumət başçısı bunu onun ölkəsinin Rusiyadan enerji asılılığının azaldılmasına tərəfdar olan və “Şimal axını-2” kimi layihələri öz təhlükəsizlikləri üçün təhdid hesab edən ölkələrə qoşulmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verərkən deyib. “Təəssüf ki, hazırda Ermənistanda “Şimal axını-2” tikilmir. Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə, misal üçün, A məntəqəsindən B məntəqəsinə qaz və ya neft ötürülsün. Buna görə də, biz bu cür layihələrdə maraqlıyıq”, - Paşinyan bildirib.

Şəhid ailələrinə ali ehtiram

Изображение
  Sosial sahəyə diqqətin ildən-ilə artırılması ölkə vətəndaşlarının rifah halının yüksəlməsi ilə nəticələnir. Sosialyönümlü siyasətin məqsədi də cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu yüksəltməkdir. Son 16 ildə Azərbaycanda həyata keçirilən   sosial layihələr aztəminatlı vətəndaşlar ın maddi durumunun yüksəldilməsinə xidmət edib.   Prezident İlham Əliyevin yürütdüyü sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılmas ı və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir.         2009-cu ilin 18 mart referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II h

Avropa parlamentinin ikili standartları: Bu dəfə Mger Yegiazaryanın nümunəsində

Изображение
  Avropanın bəzi siyasi institutlarının ayrı-ayrı dövlətlərə m ünasibətdə ikili standartlardan yanaşmaları artıq son dövrün acı təcrübəsinə çevrilib. Siyasi-diplomatik fəaliyyətdə təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizmin sərgilənməsi bu qurumların müəyyən dairələrin əlində siyasi alətə çevrildiyini göstərir. İkili standartların tətbiqini əsas fəaliyyət yönümü seçən Avropa Parlamenti bu baxımdan daha çox diqqəti cəlb edir. Reputasiyası kifayət qədər korlanmış bu qurumun Azərbaycana yönəlik siyasi davranışları bir sıra məqmları təhlil etmək zərurəti yaradır. Sual olunur, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycana belə bir mənfi   münasibət haradan qaynaqlanır. Xristian təəsübkeşliyimi, yoxsa   ermənipərəst dairələrin ayırdıqları iri həcmli pullar. Ermənistanı açıq şəkildə müdafiə edən antiazərbaycançı şəbəkə ölkəmizə qarşı zaman-zama

İxtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaq Dövlət siyasətinin mərkəzində insan amili dayanır

Изображение
  Azərbyacanda ugurla həyata keçirilən struktur islahatları idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir. Aparılan islahatlar nəticəsində idarəetmə sistemindəki paralellik və təkrarçılıq aradan qaldırılır, operativ idarəçilik mexanizmi formalaşır. Hər bir inkişaf edən ölkədə struktur islahatlarının aparılması son dərəcə zəruridir. Belə ki, bəzi qurumlar əksər hallarda bir-birinin fəaliyyətini təkrarlayır ki, bu da həm mürəkkəb strukturun formalaşmasına, həm də bürokratiyaya səbəb olur. Məhz 2016-cı ilin 26 sentyabr tarixində keçirilən referendumdan sonra bu əngəllərin aradan qaldırılması, daha təkmil struktur mexanizminin yaradılması istiqamətində mühüm addımlar atıldı. Dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır. Ölkə vətəndaşları tərəfind