Nikol Paşinyan ölkəsinin qlobal layihələrdən kənarda qaldıgına təəssüf edib



   Ermənistan ölkə ərazisindən tranzit qaz kəmərinin keçməsində maraqlıdır. Bu fikirləri  RBK-ya müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Ermənistan hökumət başçısı bunu onun ölkəsinin Rusiyadan enerji asılılığının azaldılmasına tərəfdar olan və “Şimal axını-2” kimi layihələri öz təhlükəsizlikləri üçün təhdid hesab edən ölkələrə qoşulmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı suala cavab verərkən deyib.
“Təəssüf ki, hazırda Ermənistanda “Şimal axını-2” tikilmir. Biz maraqlıyıq ki, ölkəmizdə də hansısa tranzit boru kəməri tikilsin ki, bunun vasitəsilə, misal üçün, A məntəqəsindən B məntəqəsinə qaz və ya neft ötürülsün. Buna görə də, biz bu cür layihələrdə maraqlıyıq”, - Paşinyan bildirib.


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir

“Siyasi göstəbəklər”-in “Opinion Way”-la problemləri var?