Migel de Servantesin “yeni personajları”: Əli Kərimli və Arif Hacılı
Siyasi fəaliyyətlərini yalnız facebook səhifələri, xaricdə mənzil
qərargahı olan internet resursları üzərindən imitasiya edən “virtual müxalifət”
hazırda bir-birlərinə qarşı ittihamlarla çıxış edirlər. Söhbət AXCP sədri Əli
Kərimli ilə Musavat başqanı Arif Hacılıdan gedir.
Partiyalar arasında ənənəvi mitinq davası artıq sosial şəbəkələrdə
qarşılıqlı ittihamlarla müşahidə olunur. Belə ki, Müsavat başqanının 10 martda
mitinq keçirməklə baglı qərar verməsi Əli Kərimlinin keyfinə əməlli başlı sogan
dograyıb. Xatırladım ki, mitinqin təşkilatı məsələsi əvvəllər də bu partiya
rəhbərləri arasında zahiri əməkdaşlıq görüntüsünün saxta oldugunu üzə
çıxarmışdı.
Bu gün də şəxsi və təşkilati maraqlar uğrunda mübarizə AXCP-ni əzəli rəqibi
Müsavatla üz-üzə qoyub. Əli Kərimlininn mitinqlərin təşkilatı işlərində özünü şəriksiz monopolist kimi
göstərməsi və əsas “agırlıgın” da onun üzərinə düşdüyünü açıqlaması Arif
Hacılının təkbaşına mitinq keçirmək barədə qərarı verməsinə səbəb olub. Müsavat başqanı bu monopoliyanı dagıtmaq üçün
öz trollar şəbəkəsinə “savaşa başla” əmrini verib. Artıq sosial şəbəkələrdə
cəbhəçi-müsavatçı didişməsi gedir.
Əli Kərimli bu günlərdə xaricdəki antimilli dairələrin muzdlu marioneti olan
Tural Sadıqlının “Azad söz” səhifəsinə verdiyi sponsor dəstəkli müsahibəsində mitinq
mövzusu üzərində spekulyasiyası bir çox mətləblərə aydınlıq gətirib. Əslində
onun mitinqlərə yanaşması Arif Hacılıya ünvanlanan mesaj kimi də dəyərləndirilə
bilər. Əli Kərimli Tural Sadıqlının “Müsavatın 10 mart mitinqinə icazə verilərsə,
atacagınız addım nə olacaq” sualına
cavabı da vəziyyəti analiz etməyə imkan verir.
“AXCP 19 yanvarda da əsas
təşkilatı işləri öz üzərinə götürmüşdü və orada elan etmədik ki, bunu biz
təşkil etmişik. Mitinqlə baglı Müsavatın qərarına müsbət yanaşırıq amma AXCP
olaraq bayramdan sonra mitinq barədə qərarımızı verəcəyik. Artıq günlər
tutulub, Müsavat 10 martda, Qarabag komitəsi isə 16 martda mitinq keçirmək
niyyətindədir. Biz ümummüxalifət mitinqi keçirməyin tərəfdarıyiq.”- deyən Əli
Kərimli mitinqlərdə əsas monopolist kimi AXCP-nin çıxış etdiyini göstərmiş
olub.
Ambisiyalar, populuzm
xəstəliyi Əli Kərimlinin fəaliyyətinin əsas leytmotivinə çevrilib. Ə.Kərimli radikal düşərgədə bütün fəaliyyəti
dövründə daim dağıdıcılıqla məşgul olub. Son 20-25 ilin təcrübəsi onu göstərir
ki, bu şəxs üçün müqəddəs heç nə yoxdur. Müxalifət daxilindəki pozucu
fəaliyyəti onu düşərgənin özündə belə arzuolunmaz şəxsə çevirib.
Fikir verin, ugursuz mitinqlərini pafosla
“böyük qələbə” kimi qələmə verən və Don Kixotluq sevdasına düşən bu siyasi
müqəvva müxalifət düşərgəsində özündən savayı kimsəni qəbul etmək istəmir.
Vaxtilə eyni siyasi təşkilatda oldugu insanlara ya xəyanət edib yaxud da ki,
alternativ fikir bildirənləri partiyada uzaqlaşdırıb. Bir
sözlə, Ə.Kərimli özünü “müxalifət bazarı”nin dargası kimi aparır. “Siyasət”ini və
təbliğatını virtual məkana köçürərək
faktiki olaraq “virtual müxalifətçilik”lə məşgul olur və xarici sifarişlərə uygun açıqlamalar verməklə
antimilli dairələrdən “xidmətlər”inə görə pul alır.
Amma
bu oyunların elə özləri tərəfindən də etiraf olunması maraqlı faktları ortaya
qoyur. Əli Kərimlini yalnız öz maraqlarını güdməsi, xalq adından spekulyasiyaları
barədə AXCP
sədrliyinə keçmiş namizəd, partiya
sıralarından xaric edilən Sahib Kərimlinin vaxtilə dediyi fikirlərə baxın: “Əli
Kərimliyə əslində güclü təşkilat lazım deyil. Ona ancaq özünün fərdi reytinqi
lazımdır. Mitinqə ona görə az adam gəlir ki, partiyanın idarəetməsində güclü
fərdlər yoxdur. Təşkilat isə qartopu effekti ilə yaranır. Əli Kərimli təbii ki,
prezident olmaq istəyir, ancaq bunu sistemli şəkildə etsə, artıq təhdidlə
üz-üzə qalacaq. Təhdiddən çəkindiyi üçün zəif təşkilat yaradıb, hər kəsi gözdən
salır. Ona alət kimi istifadə etmək üçün müvəqqəti adamlar lazım olur. Prosesin
içərisində bir adam təhlükəsiz, həbsdən, maddi məhdudiyyətlərdən uzaq qalır ki,
o da Əli Kərimlidir”.
Hazırda radikal düşərgədə yenə
də “birincilik”, “təşəbbüskarlıq”, xarici dairələrə daha fəal görünmək kimi
meyillər qabarıq müşahidə olunur. Bu dəfə də absurd teatrın səhnəsində siyasi
oyunların iki personajı - Əli Kərimli ilə Arif Hacılı baş rol alıblar. İspan
yazıçısı Migel de Servantesin “Ağıllı zadəgan Don Kixot” romanında oldugu
kimi, Əli Kərimli ilə Arif Hacılı da bir gün siyasi
sərgüzəştlərinin xülya oldugunu anlayacaqlar. Amma daha gec olcaq....
Комментарии
Отправить комментарий