Ermənilər Əli Kərimli deyir....


 


  Uşaq oyuncagı, sevgililər bir-birlərini, dəvə səhralıqda su quyusunu görcək necə sevinirsə Əli Kərimli də Avropa parlamentinin Azərbaycana yönəlik istənilən addımı qarşısında çırtıq atır. Bu dəfə o öz statusunda  qurumun yanvarın 17-də keçirilməsi nəzərdə tutulan toplantısına diqqət çəkib. Hətta bir qədər də özgüvənlik nümayiş etdirərək bloqer Mehman Hüseynovla baglı vacib qərarların qəbul ediləcəyini də proqnozlaşdırıb. Maraqlıdır bu özgüvənlik hissi və öncədən görmə qabiliyyəti  haradan qaynaqlanır. Əli Kərimlinin qaranlıq siyasi keçmişinə və perspektivsiz fəaliyyətinə azacıq diqqət yetirmək kifayətdir ki, məsələnin mahiyyətini anlayasan.
 Azərbaycana qarşı vaxtilə qərəzli qətnamələr çıxaran Avropa parlamentində bir sıra ermənipərəst deputatlarla  Əli Kərimli arasında əməkdaşlıgın olması faktlarla sübut olunub. Məlumdur ki, qurumda təmsil olunan müxtəlif partiyaların təmsilçiləri arasında birbaşa erməni lobbisinin təsiri altında olan deputatlar var. Həmin deputatlar da bu əlaqələri əsla gizlətmirlər. Hətta Azərbaycanda özünü “ana müxalifət” sayan partiya sədri ilə də yaxşı münasibətdə  olduqlarını dəfələrlə bəyan ediblər. Bu fakt Əli Kərimli ilə erməni diasporu və lobbisi arasındakı əlaqələrin görünən tərəfidir. Söhbət təkcə beynəlxalq qurumun Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul etməsindən getmir. Erməni diasporu Avropa parlamentindəki deputatları ələ almaqla yanaşı “bir güllə ilə iki dovşanı” ovlamış olur.
Əli Kərimlinin xəbər qaranquşu kimi facebook səhifəsində Mehman Hüseynovla baglı qurumda müzakirələrin aparılacagını paylaşması da deyilənlərə aydınlıq gətirir. Əslində bloqer Mehman Hüseynov məsələsinin gündəmə gətirilməsi və ətrafında hay-küy yaradılması  Əli Kərimlinin erməni dayılarından böyük həcmli maliyyə payı almaq istiqamətindəki çabalarından xəbər verir.
Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqları Avropa Parlamentinin üzvlərinə yaxşı məlum olan həqiqətdir. 1 milyona yaxın insanın 20 ildən artıq bir müddətdə kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan bu təşkilatın təhrif edilmiş faktlar əsasında bloqer Mehman Hüseynovla baglı təcili toplantı təyin etməsi yalnız təəssüf dogurur. Bu fakt bir daha göstərir ki, Avropa parlamenti kimi bir qurum əslində öz prinsipləri çərçisvəsində deyil mənafe qruplarının təsiri altında idarə olunur.
Bu arada Əli Kərimlinin çox sıx əlaqədə olan qüvvələrdən  biri‚ mərkəzi qərargahı Çexiyada olan ermənipərəst PİN (People in Need) təşkilatla yenidən maliyyə sövdələşməsinə getdiyi bəlli olub. Xatırladaq ki, Kərimlinin əməkdaşlıq etdiyi bu təşkilat erməni lobbisinin təsiri altındadır və təşkilatın rəhbərliyində də ermənilər təmsil olunub‚ PİN Dağlıq Qarabağı erməni ərazisi kimi tanıyır. Üstəlik PİN Ermənistanda dövlət abadlığına‚ quruculuq və inkişafa xidmət edən təşkilatlara maliyyə ayırdığı halda Azərbaycanda ancaq Əli Kərimli və onunla eyni siyasi düşüncədə olan‚ dövlət və ölkə əleyhinə olan şəxslərə maliyyə ayırmaqdadır. Əli Kərimli isə bütün bunların qarşılığında milli maraqlarımızı satmaqla məşğuldur. 
Faktiki olaraq Əli Kərimli maliyyə qaynaqlarını gizlətməyə çalışsa da  həqiqətdən qaça bilmir. Erməni dayılarından aldıdgı maliyyə vəsaitləri hesabına onun ailəsinin Bakıda və  Londondakı yaşayışına  xərclədiyi pullara diqqət yönəldək: İki övladı 11 il Bakıda Oksford məktəbində ( 1 illik təhsil haqqı 11 min manatdır) oxuyub. Beləliklə, Kərimlinin iki övladının  təhsili üçün  242 min vəsait xərclənib. Hazırda isə onun övladları dünyanın ən bahalı təhsil sistemlərindən birinə malik olan Böyük Britaniyada oxuyub və yaşayırlar. Londonda 5 il ərzində 2 nəfər üçün kirayə haqqı 42 000 funt (93 000 manat), 2 nəfərin minimum yaşayış xərci isə 78 000 funt (172 min manat) edir. Əli Kərimlinin son 15 ildə təkcə övladları ilə bağlı xərcləri 800 min manatı ötüb. Bu qədər maliyyə vəsaitini arvadı Samara Seyidovanın  mənzilini satmaqla təmin etdiyini deyən Kərimli bununla da özünü rüsvay etmiş oldu. Çünki bu qədər pulları erməni himayədarlarından aldıgını deməyə cəsarəti çatmazdı.
Bütün bunlar Əli Kərimli-erməni iş birliyini göstərir. Görünən odur ki, Mehman Hüseynov adından spekulyasiya etmək ona ciddi şəkildə tapşırılıb. Əli Kərimlinin Avropa parlamentinin qəbul edəcəyi qətnamənin detallarını bəri başdan açıqlaması bu qurumun oyuncaq funksiya daşıdıgını və erməni diasporunun əlində alətə çevrildiyini deməyə əsas verir. Bəli, həqiqətən də ermənilər Əli Kərimli deyir...

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi