İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu



 “Fizioqnomiya” testinin köməyi sahəsində hər bir insanın xarakterini təyin etmək mümkündür. Bu psixoloji test yoxlanışı həm də hər bir fərdin cəmiyyətdə hansı yeri tutdugunu və necə qəbul olundugunu da müəyyən etməyə imkan verir. Azərbaycan cəmiyyətində elə fərdlər mövcuddur ki,  son 25 ildə xaricən qismən dəyişsələr də mahiyyətləri buna adekvat olmayıb.
Söhbət güclü xəyalqurma bacarığına malik, müxalifət daxilində daim intiriqalar yaradan, peşəkar kələkbaz missiyasını daşıyan, Müsavat başqanı postunu da bu “bacarıqları” sayəsində ələ keçirən Arif Hacılıdan gedir. Kimdir Arif Hacılı? Bəli, bu ad siyasi proseslərlə yaxından eləcə də uzaqdan maraqlananlara yaxşı tanışdır. Siyasi müstəvidə o, partiyasında və müxalifət daxilində parçalanmanın əsas ideya müəllifi, liderinə xəyanət edən, müttəfiqlərinə arxa çevirən və nəhayət, maraqları naminə hər cür “siyasi alverə” gedən bir şəxs kimi anılır.          

Müxalifət daxilində belə arzuolunmaz  şəxs kimi qəbul olunan və intiriqant xarakterinə görə birgə keçirilən tədbirlərindən uzaq tutulan Arif Hacılı bu gün faktiki olaraq “siyasi bayquş” funksiyasını yerinə yetirir. İstər keçmiş başqanı İsa Qəmbərə və partiya rəhbərliyində təmsil olunan şəxslərə, istərsə də müxalifətdəki digər təşkilat rəhbərlərinə qarşı qeyri-səmimi hərəkətləri zaman-zaman ciddi təpki ilə qarşılanaraq, onun mahiyyətini əks etdirən açıqlamaları gündəmə gətirib.     
Xatırladım ki, 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının Qurultayında böyük saxtakarlıqla başqan olan Arif Hacılı bununla da partiyanın parçalanmasına rəvac verdi. Onun Müsavat Partiyasının başqanı seçilməsi ilə böyük istefalar başlandı. Müsavat başqanlıgına namizədlərin açıqlamaları partiyanın cəngəllik qanunları ilə idarə edildiyini tam təsdiqlədi.
Qubad İbadoğlu Arif Hacılının saxta yolla başqan seçilməsini faktlarla sübut edib: “Arif Hacılı nə Müsavat Partiyası daxilində, nə partiyadan kənarda cəmiyyətə heç bir nümunə verməyib. Arif Hacılının bacardığı yeganə fəaliyyət intriqalar olub. Bu da partiyanın parçalanmasına, partiyanIn indiki vəziyyətə düşməsinə gətirib çıxardı. Bütün bu pozuntular ona görə baş verdi ki, Müsavat Partiyası bir qrupun, bir ailənin nəzarətində olsun. Partiyanı idarə edənlər məsuliyyəti dərk etmədən, partiyanın xəttində, partiyanın siyasi kursunda öz maraqları çərçivəsində etdikləri dəyişiklik partiyanın zəifləməsinə, partiyanın boşalmasına, nüfuzunun itirilməsinə gətirib çıxardı. Bütövlükdə Müsavat Partiyasında bir qrup adam qalıb. Onlar da Müsavat Partiyasının başqanını tərifləməklə məşğuldurlar.

Müsavat başqanlığına sabiq namizəd, Ağ Partiyasının sədri Tural Abbaslı  Arif Hacılının Müsavatı demokratik ənənələrlə idarə etmədiyini bildirib: “Bu gün partiya rəhbərliyindəkilərin 80 faizi səriştəsiz, prosesləri analiz edə bilməyən şəxslərdir. Onlar yanlız Arif Hacılıya sadiqliyinə görə vəzifəyə seçiliblər. Təəssüf ki, bu siyasət Müsavatı bərbad vəziyyətə salıb. Cəmiyyət Arif Hacılının başqan seçildikdən sonra Müsavatı necə bərbad vəziyyətə saldığını yaxşı bilir”.
Şamil Beydullayev adlı müsavatçı isə partiya başqanı Arif Hacılını sosial şəbəkədə kəskin şəkildə tənqid edib: “Arif Hacılı başqan seçildikdən bu günə kimi partiyada dağıdıcılıq siyasəti yürüdür. Arif Hacılı Müsavatı ancaq öz maraqlarına xidmət elətdirir. Onun gördüyü işlər yalnız saxta bəyanat vermək, partiya bileti sataraq Avropaya saxta yollarla mühacir göndərmək, partiyanı şəxsi biznesi kimi istifadə etməkdir. Partiyanı qeyri-demokratik yollarla idarə edənlər elə bilirlər ki, bu qisasçılıq siyasəti onlara uğur gətirir. Amma xalq bu siyasəti görür və artıq inamı qalmayıb. Xalq güvənmirsə, onlar bir gün də siyasətdə qalmamalıdırlar".
Müsavat Partiyasından istefa verən Samir Kazımlı öz facebook səhifəsində Arif Hacılının müxalifət və Müsavat daxilində intiriqa yaradan adam kimi təqdim edib. Bundan əlavə “AXC-Müsavat hakimiyyətdə olanda Arif Hacılı rüşvət alıb, icra başçıları qoyurdukimi fikirlər də bildirib.

Arif Hacılının avtoritar, repressiv metodlarla idarəçiliyi, Müsavatı qeyri-qanuni biznes məkanına çevirməsi məhz bu partiyada uzun illər çalışan insanlar tərəfindən etiraf olunur. Təbii ki, arayış alverçisindən bundan artıq nə isə gözləməyə də gəlməz. Bu “başqan” partiyada çalışanların  belə əmək haqqından mənimsəyib.  Müsavat Partiyası qərargahının gözətçisi Zahir Beydullanın  əməkhaqqı verilməyərək  işdən çıxarılması da faktlar sırasındadır.  Zahir Beydulla 2013-cü ilin mart ayından etibarən Müsavat Partiyasının qərargahında əmək müqaviləsi olmadan, razılaşma əsasında gözətçi işlədiyini və hər ay 250 manat maaş aldığını deyib. Ancaq partiya başqanı Arif Hacılı olduqdan sonra o maaşının ödənilmədiyini, sonda isə işdən çıxarıldığını bildirib. 2800 manat əməkhaqqı borcunun ödənilməsi üçün Müsavat Partiyasının başqanı Arif Hacılıya müraciət edən Z.Beydulla müsbət cavab ala bilməyib. Onun bu problemi mediada açıqlaması isə partiya rəhbərliyi ilə münaqişənin daha da dərinləşməsinə səbəb olub. 
Partiya daxilində antidemokratik mühit formalaşdıran eləcə də müxalifətdə də intiriqa yaratdıgına görə konkret yaxın buraxılmayan Arif Hacılının bu günlərdə facebook səhifəsindən dövlət başçısına bir sıra suallar ünvanlaması həqiqətən də absurd görünür. Arif Hacılını “suallar”ını təftiş etdikdə bir daha aydın olur ki,  bu insan intiriqant, həqiqətləri danmaq kimi anormal təfəkkür sahibi olmaqla yanaşı reallıq hissini də artıq itirib.
Suallara diqqət edək. Bu adam iddia edir ki, ölkə başçısı tərəfindən ötən prezident seçkiləri öncəsi verilən vədlər yerinə yetirilməyib. Belə ki, onun iddiasına görə, ötən müddətdə ölkəyə neft ixracından daxil olan vəsaitlər heç yerə sərf edilməyib, milyonlarla iş yerləri açılmayıb, regionlarda fabriklər, zavodlar tikilməyib, qeyri-neft sektoru inkişaf etməyib, dayanıqlı, real sabitlik, insan hüquq və azadlıqları təmi edilməyib və ən nəhayət balanslı xarici siyasət aparılmayıb. Bununla yanaşı cari ildə aparılan islahatlara da özünün dar düşüncəsi ilə münasibət sərgiləyib.
 Bu iddiaların nə qədər əsassız oldugunu və subyektiv mülahizələrə söykəndiyini ötən 16 il ərzində hər bir istiqamət üzrə əldə edilmiş nəticələr əsasında göstərməyi lazım bildım. İnandırıcı deyil ki, Arif Hacılının bu tərəqqi prosesindən xəbəri olmasın. Ancaq inkarçı xislətini nəzərə alaraq yalnız əsas göstəriciləri xatırladacam. Çünki 16 ildə bütütn sahələr üzrə inkişaf dinamikasını sadalasaq bunları Arif Hacılının oxumaga sadəcə ömrü yetməz.

  -   Dövlət Neft Fondunun gəlirləri 2018-ci ildə 15,3 milyard manat, xərcləri 11,5 milyard manat olub. Neft Fondu 2001-ci ildən bir çox strateji əhəmiyyətli layihənin maliyyələşdirilməsində iştirak edir. Dünyanın ən iri enerji layihələri sırasında mühüm yer tutan TANAP, “Şahdəniz 2”, eləcə də Bakı-Tbilisi-Qars yeni dəmir yolu kimi layihələr uğurla icra edilib, Türkiyənin “Star” neft emalı zavodu kompleksi də artıq istifadəyə verilib.
Fondun maliyyələşdirdiyi bir sıra layihələrin, o cümlədən 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin icrası artıq başa çatmaq üzrədir. 2021-ci ildə xaricdə təhsil proqramı çərçivəsində təhsil alan son tələbənin məzun olması nəzərdə tutulur. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində görülmüş işlər isə tamamlanıb, 2019-cu ildə bu layihə çərçivəsində son obyekt olaraq Şabran rayonu ərazisində yeni suvarılan torpaqların istifadəyə verilməsi obyektinin tikintisinin başa çatdırılması nəzərdə tutulur. Məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşdirilməsi isə davam etdiriləcək. Bu məqsədlə fondun 2019-cu il büdcəsində 200 milyon manat vəsait ayrılıb.
-    Ötən prezident seçkilərindən sonra ölkə başçısının imzaladığı ilk fərman da məhz şəhid vərəsələrinə veriləcək ödənişlələ bağlı oldu. Bu kateqoriyadan olan insanların siyahısı dəqiqləşdirildikdən sonra 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş verilməyə başlandı ki, bu ilin sonuna qədər proqram tam icra olunacaq. Bununla paralel olaraq, şəhid ailələrinə verilən müavinətlər də 242 manatdan 300 manata qaldırıldı. Əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı da yeni Sərəncam da imzalandı. Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılır.       
- 1997–2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verib.
         - şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsini nəzərdə tutan sərəncam imzalanıb. Bu kateqoriyadan olan vətəndaşlara 6144 avtomobil, ötən il isə 626 mənzil verilib. Bu il isə həmin vətəndaşlara daha 800 mənzilin təqdim olunması nəzərdə tutulur.
- 2019-ci ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir.  Bu il əməkhaqqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116 manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. Problemli kreditlər məsələsi də ugurla həll edilib.

-  Birinci dövlət proqramının qəbul edilməsi Prezident İlham Əliyevin 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O zaman dövlət başçısı bəyan etmişdi ki, “əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaq”. 2004-cü ildə birinci dövlət proqramı qəbul edilən zaman hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Ölkəmizə neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başladı. Güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyət Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də ardıcıl siyasət aparılaraq ölkəmiz daha da gücləndirildi.
- Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.  Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin yarısı xarici investisiyadır.


Prezident İlham Əliyev regional inkişaf sahəsində davamlılıgı təmin etmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzaladı. Bu fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırırmaq məqsədi daşıyır.
- Prezident İlham Əliyev Azərbaycanda 65 əfv sərəncamı imzalayıb. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Son əfv sərəncami ümumilikdə, 431 nəfər məhkuma şamil olundu. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş beş nəfərin cəzası yüngülləşdirilib.Bir sıra xarici ölkə vətəndaşları məhkumluqdan azad olunub.
Dövlət başçısı ötən 16 ildə bütün verdiyi vədləri reallaşdırıb. Ölkə başçısının beynəlxalq tribunalardan Azərbaycanın haqlı mövqeyini diktə etməsi, Ermənistan başda olmaqla bir sıra dövlətlərin də böyük təkidlə Ramil Səfərovun Macarıstanda ömürlük həbsdə saxlanması cəhdlərinin dəf edilərək Vətən oglunun ölkəyə gətirilməsi, Cocuq Mərcanlı, Günnüt hərbi nailiyyətləri, nüfuzlu tədbirlərin paytaxtımızda keçirilməsi üçün etimad mühitinin yaradılması eləcə də ölkə əhalisinin sosial durumunun yaxşılaşdırılması sahəsində, eləcə də bir çox dövlətlərin tərəddüdlə yanaşdıgı sosial islahatların ugurla həyata keçirilməsi ölkə başçısının qətiyyətindən, prinsipallıgından irəli gəlir.   
Bu gün Arif Hacılının əsassız iddialarla gündəmə gələrək ugursuz spekulyasiyaları onun “siyasi meyit” oldugunu tam sübuta yetirir. Radikal düşərgədə intiriqaların, peşəkar kələkbazlıqların ideya müəllifi kimi tanınan Arif Hacılı nəhayət siyasətdə tükəndiyinin fəqrində olmalıdır.       


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....