Сообщения

Сообщения за февраль, 2019

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir

Изображение
  Cari i lin əvvəllərindən başlayaraq əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində A zərbaycan Prezidenti tərəfindən imzalanan f ərman və s ərəncam lar ölkədə aparılan sosial islahatların sistemliliyindən xəbər verir.  D övlət başçısının həyata keçirdiyi sosial siyasətin ən ali məqsədi də məhz ölkənin hər bir vətəndaşı üçün layiqli həyat tərzinin təmin olunmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstəyi xalq verir .        Prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlər həsr edilmiş müşavirədə bir daha bəyan etdi ki, “ 2019-cu ilin sonrakı aylarında da çox ciddi islahatlar aparılacaq və dərinləşdiriləcək ki, ölkəmizin hər bir sahəsində inkişaf, tərəqqi olsun, vətəndaşlar daha da yaxşı yaşasınlar”. Göründüyü kimi d öv­lətin vətəndaş­ların həyati tələbatları­nın ödənil­məsinə göstər­diyi qayğı özü­nü bilavasitə sosial təminat sistemində biruzə verir. Vətəndaşların sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə xidmət edən i

Əli Kərimli sosial sahədə atılan ugurlu addımlara təxribatçı hərəkətlərlə reaksiya verir

Изображение
Populizm xəstəsi, mifomaniya kimi agır sindroma düçar olan Əli Kərimli etdiyi hərəkətlərlə   yenə də əsl mahiyyətini ortaya qoydu.   Bu dəfə isə böyük faciəmiz olan - Xocalı soyqırımı günündə. Onun hər bir danışıgı, davranışları, hakimiyyətə yönəlik çagırışları, təxribatçı hərəkətlərə sürükləyən spekulyativ söz oynatmaları yalnız bir nəticəni hasil edir: bu şəxs situativ hədəfləri naminə hər cür rəzilliyə hazırdır.   T ərcümeyi-halı demək olar ki, xəyanət və satqınlıqdan ibarət olan AXCP sədrinin bu gün “müxalifətin mələyi” simasında radikal düşərgənin adından boyundan böyük bəyanatlar səsləndirməsi son dərəcə absurd görünür.   Oldugu məkanlarda pozuculuq fəaliyyəti ilə məşğul olan Əli Kərimlinin 20 yanvar-Ümumxalq hüzn günündə radikal dəstəsi vastəsilə törətdiyi təxribatçı hərəkətdən heç iki ay keçməmiş yenidən anoloji   hərəkətlərə yol verməsi bu şəxsin təfəkkür sarıdan da probleminin oldugunu göstərir. "Ana harayı" abidə kompleksinə günortadan sonra təşri

Sosial islahatlar: hədəflər və əldə olunan nəticələr

Изображение
« Əsl siyasət konkret real iş görməkdir » devizinə sadiq qalan Prezident İlham Əliyev xalq qarşısında ver ­­­diyi vədləri yerinə yetirməkl ə, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Təkcə cari ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul edilən fun­damental qərarlar, imzalanan sərəncamlar Prezidentin xalqın məna­feyindən çıxış etdiyini bir daha təsdiqləyir. Həyata ke­çirilən   çox­şaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəri­cilərinə görə miqyaslı, konkret ol­ması ilə diqqət çəkir. Aparılan sosial isla­hatları analiz etdikdə bir daha aydın görünür ki, əhalinin sosial müdafiəsi məsə ­ lələrində ünvanlılıq prin­si­pi gözlənilir. Təqaüdçülərin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailə­lərinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təmi ­ natının yax­şı­laşdırılması onların həyat sə­viyyəsinin yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev bu günlərdə iqtisadi və

Azərbaycansevərlərin Brüsseldə Xocalı mitinqi: Avropadakı ünsürlərə VƏTƏNPƏRVƏRLİK və KİŞİLİK dərsi

Изображение
Xocalı şəhərində 27 il öncə baş verən soyqırımı aktı miqyasına görə tarixdə baş vermiş Xatın, Ruanda, Srebrenitsa və Holokost faciələri ilə bərabər tutulur. Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları daha geniş cografiyada iş aparırlar. Xatırladın ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17-də Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalanıb, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi,

Xocalı faciəsi 1992-ci il xarici mediasının gözü ilə: həqiqətlər və dəyişməyən nəticə

Изображение
  Beynəxalq hüquqün bütün norma və prinsiplərinə uygun olaraq  Xocalıda 27 il əvvəl ermənilər tərəfindən törədilmiş qanlı hadisə soyqırım aktı kimi təfsir olunmalıdır. B eynəlxalq təşkilatlar ikili standartlara yol vermədən bu dəhşətli hadisəni genosid aktı kimi tanımalı, cinayət törədənlərə qarşı nəhayət ki, sanksiyalar tətbiq etməlidirlər.     Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya» ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri ikinci dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) Nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusu