Azərbaycansevərlərin Brüsseldə Xocalı mitinqi: Avropadakı ünsürlərə VƏTƏNPƏRVƏRLİK və KİŞİLİK dərsi





Xocalı şəhərində 27 il öncə baş verən soyqırımı aktı miqyasına görə tarixdə baş vermiş Xatın, Ruanda, Srebrenitsa və Holokost faciələri ilə bərabər tutulur. Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində dövlətimiz, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları daha geniş cografiyada iş aparırlar.
Xatırladın ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17-də Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalanıb, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi, 2012-ci ildə 20 illiyi, 2017-ci ildə 25 illiyi ilə əlaqədar geniş qərarlar qəbul edib, Prezident İlham Əliyev Xocalı soyqırımının iyirminci və iyirmi beşinci ildönümləri haqqında 2012-ci il yanvarın 17-də və 2017-ci il yanvarın 24-də sərəncamlar verib.
Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdikləri əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 12-ölkəsi, ABŞ-ın 22 ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb.
Hər il oldugu kuimi bu il də  Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində dünyanın bir sıra regionlarında faciə ilə baglı anım tədbirləri təşkil olunub. Avropa İttifaqının siyasi mərkəzi – Belçika Krallığının Brüssel şəhərində azərbaycanlıların Qarabağ həqiqətləri və Xocalı soyqırımının tanıdılmasına həsr olunmuş izdihamlı mitinqi keçirilib. Mitinqdə Avropanın müxtəlif ölkələrindən təxminən 800-dək soydaşımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.
Mitinq zamanı Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ingilis, alman, fransız, italyan, rumın və digər dillərdə “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və digər şüarlarla Avropa Parlamentinə, beynəlxalq təşkilatlara çağırış ediblər. Mitinq iştirakçıları 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, Dilqəm Əsgərov və Şahbaz Quliyev də daxil olmaqla bütün azərbaycanlı əsir və girovların azad edilməsi, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri məlum qərar və qətnamələrə Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda Avropa Parlamentinə ünvanlanan bəyanat qəbul edilib. Bəyanat Avropa Parlamentinin məsul şəxsləri, beynəlxalq təşkilatlar, səfirliklər, bir çox dövlət və hökumət rəhbərləri daxil olmaqla 2000-dək ünvana çatdırılıb. Avropanın mühüm siyasi mərkəzlərindən olan Brüsseldə izdihamlı mitinq kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Fikir verin, dünyanın əksər ölkələrində bu dəhşətli faciə ilə baglı anım tədbirləri keçirilsə də Vətən, xalq təəssübkeşliyindən dəm vuran və Avropanın müxtəlif ölkələrinə səpələnmiş və  “siyasi tumanbagı” missiyasını daşıyan - Orduxan Teymurxan, Tural Sadıqlı, Emin Milli, Emin Hüseynov, Məhəmməd Mirzəli, Vidadi İsgəndərlidən səs çıxmır. Başqa vaxt sosial şəbəkələr,  Qənimət Zahid, eləcə də Sevinc Osmaqızının internet resursları vastəsilə “insan hüquqları” məsələsində spekulyativ çagırışlar edirlər. Ümummilli məsələyə gəlincə isə ya özlərini karlıga qoyurlar yaxud da ki, ikrah doguran açıqlamalar verirlər.

Xatırladım ki, ötən il radikal dəstənin “siyasi rahibə”si olan S. Osmanqızı sərsəm bir açıqlama vermişdi. Erməni vəhşiliyini sübut edən kifayət qədər canlı şahid ifadələri, foto və vodeoların oldugu halda bu marionetka baş verən dəhşətli hadisədə siyasi çalar axtararaq arxivlərin araşdırılmasını tələb etmişdi. Osmanqızı həmin vaxt belə bir paylaşım etmişdi: “Niyə arxivləri ictimailəşdirmək əvəzinə, saxta şahidlər yaradılır, qəhrəmanlar kiçildilir? Bizim 20 Yanvar, 20 noyabr, Xocalı və xalqımızın başına gətirilən digər faciələrdə olanları bilmək haqqımız və borcumuzdur!”. Xəstə təxəyyülün, erməni sevgisi və antimilli münasibətin təzahürü olan bu açıqlama sapı özümüzdən olan baltaların  siyasi mahiyyətini ortaya qoyur.

Eləcə də Qənimət Zahid və Avropada xarici antimilli qüvvələrin şudralarına çevrilən və manqurtlaşmış dəstə üzvləri də həqiqətlərimizi danmaq kimi avantürist bir mövqe tutublar.  Avropanın küçələrində, insanların gur toplaşdıgı meydanlarda erməni lobbisindən aldıqları pullar hesabına Azərbaycan dövləti, hakimiyyəti əleyhinə plakatlar gəzdirən bu “siyasi yarasalar” Brüsseldə keçirilən  mitinqində  gözə dəymədilər. Sual olunur haradsız? Bəs millət, xalq, Vətən deyirdiz? Nə oldu, harada itib qaldız?
Antimilli qüvvələrin Azərbaycandakı siyasi aləti olan Əli Kərimli də bu arada 2 mart mitinqi barədə çagırışları iılə diqqəti cəlb edir. Xalqımızn başına gətirilən bu dəhşətli faciənin anım günlərində AXCP sədri ucuz siyasi şou düzəldərək ugursuzluqlarını ört-basdır etməklə məşguldur. Özünü “ana müxalifət” sayan partiya sədrinin Xocalı faciəsi heç yadına da düşmür. Avropadakı ünsürlərlə Əli Kərimlini birləşdirən bir ortaq nöqtə də onların ermənilərlə eyni mövqedən çıxış etmələridir. Faciəmizə laqeyid münasibət göstərən bu üzdəniraqlar bir medalın iki üzü olduqlarını faktiki göstərirlər. 

Brüsseldə keçirilən izdihamlı mitinq Azərbaycanı istəyən qüvvələrin həm say, həm də keyfiyyət baxımından üstünlüyünü sərgilədi. Avropadakı “siyasi tumabagılar”ın bu izdihama qoşulmaga təbii ki, kişilikləri çatmadı. Çünki bu mitinqə qoşulmaga üzləri yoxdur. Digər tərəfdən isə muzdlu siyasi söyüşkənlər bu kimi ictimai əhəmiyyətli tədbirlərə qatılmaga maraq göstərmirlər. Belə tədbirlərə görə onlara pul vermirlər axı!  Xocalının anım gününə həsr olunan mitinqdə isə Azərbaycanı sevən, əsl vətən təəssübünü çəkən, xalqın faciəsinə biganə münasibət göstərməyən vətənpərvərlər yıgılışmışdılar. Avropanın siyasi mərkəzinə böyük insan kütləsini heç kimi məcburən gətirməmişdi, bu insanlar vicdanlarının səsinə qulaq asaraq, əsl vətən yangısıyla Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün orada idilər.     
Anti-Azərbaycan dairələrin, erməni lobbisinin əlaltısı olan və Avropada məskunlaşan milli satqınlar - orduxanlar, turallar, eminlər, eləcə də, AXCP sədri Əli Kərimli və onun "Milli Şura"sı bir daha təsdiq etdilər ki, artıq siyasətdə meyitdirlər və konyuktur maraqlara xidmət etməklə arxivin zibilliyinə atılmagı haqq edirlər.  


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....