“Siyasi göstəbəklər”-in “Opinion Way”-la problemləri var?


  

Azərbaycan siyasi palitrasında hakimiyyətə iddialı olan və  dağıdıcı subyekt qismində çıxış edən radikal kəsim bu gün ciddi ətalət içərisindədir. Buna səbəb isə son aylarda hakimiyyət tərəfindən sosial, iqtisad, hüquqi və digər sahələrdə davamlı islahatların aparılması və bu mənafe qruplarının “arqumentsiz” qalmalarıdır. Ölkədə həyata keçirilən çoxşaxəli islahatlar kursu barədə nüfüzlu reytinq agentliklərindən biri hesab olunan Fransanın “Opinion Way” şirkətinin müsbət qiymətləndirilməsi isə radikal düşərgədə böyük şok effekti yaradıb.
Böyük “sosial baza” ilə çoxminli mitinq arzularını realizə edə bilməyən  Əli Kərimli və Arif Hacılı bu gün sükünətdən çıxa bilmirlər. Səbəbsə çox sadədir. Xarici təşkilatların Azərbaycanla baglı hər hansı qərəzli qərarlarını sosial şəbəkələr üzərindən tirajlayan və bundan manipulyasiyalar edən antimilli partiya sədrlərindən hazırda səs çıxmır. Çünki sorgunu həyata keçirən nüfüzlü təşkilatdır və bütün ölkələrdə apardıgı rəy sorguları birmənalı qəbul edilir.  

“Opinion Way” şirkəti tərəfindən rəy sorgusunun nəticələrinin elan edilməsindən sonra radikal müxalifətin “hərşeyşünas” “xaç atası” Əli Kərimli facebook səhifəsində bir kəlmə də olsun münasibət bildirmədi. İndiyədək apardıgı təxribat xarakterli  kampaniyasında ayrı-ayrı reytinq agentiklərinə “istinad” etsə də bu təşkilatın qiymətləndirməsinə söz tapa bilməyib. Arif Hacılı da ənənəvi olaraq partiya məsələlərinə başının qarışdıgını bəhanə gətirərək bu mövzuda jurnalistlərin suallarından  yayınıb. Hər iki iddialı partiya sədrinin  belə bir münasibət sərgiləməsi tam aydın sübut edir ki,  Azərbaycanın milli maraqları, dövlətçilik, vətəndaş mövqeyinin ifadə olundugu  bir zamanda düşərgədə “qurbaga gölünə daş atılır”.

Antiazərbaycançı, qərəzli xarici dairələrin təsiri altında olan Orduxan Teymurxan, Mirzə Sakir, Tural Sadıqlı və onların təbligat ruporları olan Qənimət Zahid, Sevinc Osmanqızı  bu dəfə də spekulyativ metodlarına əl atdılar. Onların bu günlərdə  Avropa Şurasında aparılan müzakirələrə diqqəti yönəldərək qərəz axtarışına çıxmaları da bu mənafe qruplarının əsl mahiyyətini göstərdi. Funksionallığını çoxdan itirmiş bu siyasi alətlərin növbəti siyasi göstəbəklik nümayiş etdirmələri təsdiq etdi ki, Azərbaycanın mənafeyi, vətəndaşların iradəsi onları qətiyyən maraqlandırmır.
Arif Hacılı və Əli Kərimlinin də sükünət vəziyyətində olmalarının məqsədi də anlaşılır. Belə ki, yenə də sifariş gözləyirlər.  

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....