Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?




 Təəssüflə qeyd etmək olar ki, bu gün bəzi qüvvələr din pərdəsi altında hələ də spekulyasiyalar edirlər. Radikal müxalifət partiya təmsilçilərinin də virtual məkanda xəyanətkar qüvvələrə dəstək vermələri bu ünsürlərin antiazərbaycan şəbəkə vastəsilə idarə olundugunu göstərir. AXCP sədri Əli Kərimlinin Nardaran hadisələri zamanı dini-ekstremist dəstəyə başçılıq etmiş Taleh Bagırovu eləcə də insanları kütləvi itaətsizliyə çagırışlar edən Fuad Qəhrəmanlını müdafiə etməsi faktiki olaraq onun radikal ünsürlərin tərəfində oldugunu göstərir. Bu gün yenə də Taleh Bagırov həbsxanada “aclıq şousu” göstərir və bu dəfə də dəstək verən Əli Kərimlidir. Əslində nə baş verir?   
  Ədliyyə Nazirliyinin Penitensiar Xidməti “Nardaran hadisələri” ilə bağlı həbs olunmuş Taleh Bağırova məhdudiyyətlər qoyulması və təzyiq olunması haqda yayılan məlumatlara münasibət bildirməsi bir sıra məqamlara aydınlıq gətirir.
Məlum oldugu kimi, 2015-ci il noyabrın 26-da hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bir qrup silahlı cinayətkar dəstə zəzərsizləşdirildi. Radikal ekstemist dəstəyə rəhbərlik edən Taleh Bağırovun qeydiyyatdan keçməyən və hüquqi ünvanı olmayan  “Müsəlman birliyi”  hərəkatı üzvlərinin dövlət və konstitusiya quruluşumuza qarşı yönələn cinayətkar əməllərinin qarşısı qətiyyətlə alındı. Ekstremist dəstənin üzvlərinin Nardaran qəsəbəsində və respublikanın bəzi rayonlarında  milli maraqlarımıza, milli dövlətçilik prinsiplərimizə zidd olan əməlləri ifşa olundu. «Müsəlman birliyi» hərəkatının üzvlərinin dövlətə qarşı zorakılıq tədbirləri həyata keçirməklə əslində, terror qruplaşması funksiyasını yerinə yetirdikləri sübut olundu.

Taleh Bagırovun cinayətkar əməllərini görməzdən gələn Əli Kərimli və onun radikal dəstəsi özlərinin facebook hesablarından və sponsor dəstəkli resurslarından onun müsahibələrini yaymaqla məşguldurlar. Guya ki, həbsxanada ona yaxşı davranmırlar, ailəsi ilə görüşməyə imkan vermirlər və .s. Son zamanlar həbsxanalarda “aclıq şou”sunu gündəmə gətirməklə diqqəti özlərinə cəlb etməklə yanaşı bəzi “beynəlxalq qurunlara” insan haqlarının pozulması kimi uydurma məlumatlar ötürürlər. Bu məsələdə Taleh Bagırovun həyat yoldaşı Leyla İsmayılzadənin “məlumatları” əsas mənbə kimi götürülür.    
PX-nın yaydığı bugünkü açıqlama isə həqiqəti ortaya qoyub. Belə ki, açıqlamada qeyd olunub ki, “Həbsxana rəisi Aftandil Ağayev tərəfindən 12 fevral 2019-cu il tarixdə T.Bağırovun atası Kamil Bağırov və həyat yoldaşı Leyla İsmayılzadə qəbul edilib. Qəbul zamanı onlarla hərtərəfli izahedici söhbətlər aparılıb, narahatlığa heç bir əsas olmadığı diqqətə çatdırılıb və qeyd olunub ki, T.Bağırova qarşı heç bir hüquqazidd hərəkətlərə yol verilməyib, vəkili və qohumları ilə görüşə, habelə telefon danışıqlarına lazımi şərait yaradılıb. Lakin T.Bağırov onunla görüşə gəlmiş vəkil Bəhruz Bayramovla görüşdən, eləcə də nəzərdə tutulmuş müddətlərdə təqdim edilən telefon danışıqlarından imtina edib. Bütün bu halların hər biri müvafiq qaydada sənədləşdirilib. Hətta qohumlarının narahatçılığını anlayaraq həbsxana rəisi Taleh Bağırova xidməti otağında qohumları ilə görüşməsi üçün şərait yaradıb. Otağa daxil olarkən T.Bağırov “Siz bura niyə gəlmisiniz, durun gedin” ifadəsini işlədərək kobud tərzdə narazı olduğunu göstərib, çılğınlıq edib. Müəssisə rəisi onu intizama dəvət edərək vəkilləri və qohumları ilə görüşə, telefon danışıqlarına şərait yaradıldığını və hansı səbəbdən bu hüquqlarından imtina etdiyini soruşduqda, “Mən gündəmdə qalmaq istəyirəm, bu, mənim bir şansımdır” deyə T.Bağırov cavab verib, üzünü qohumlarına tutaraq “Gedin hər kəsə bildirin ki, mən aclıq edirəm” deyib.
 Bəli, Taleh Bagırov bu gün gündəmdə qalmaq istəyir. Bu gün cinayətkar şəxslərlə radikal müxalifətin gündəmdə qalmaq niyyətləri üst-üstə düşür. Ancaq cinayətkarın gündəmdə qalmaq istəyi nə qədər absurd səslənsə də, dini-ekstremistə açıq dəstək verən qüvvələrin bu məsələdə xüsusu fəallıq göstərmələri son  dərəcə təhlükəlidir. 


Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

Şəhid ailələrinə ali ehtiram