Azərbaycan regionun güc mərkəzi statusunda




Prezident İlham Əliyev III Dövlət proqramının yekunlarına həsr olunmuş konfransda bir çox sahələrlə yanaşı Azərbaycanın xarici siyasət strategiyası ilə baglı da mühüm məqamlara toxundu. Xüsusən qlobal məkanda yaşanan siyasi və iqtisadi, eləcə də hərbi kataklizmlərin fonunda aparılan müstəqil xarici siyasətin ölkəmizə qazandırdıgı dividentləri detallı şəkildə diqqətə çatdırdı.     
Dövlət başçısı Azərbaycanın dünyada sabitlik, təhlükəsizlik məkanı oldugunu bir daha bəyan edib: “Yaxın tarix əyani şəkildə göstərdi ki, sabitlik pozulanda ölkələr çox pis vəziyyətə, idarəolunmaz vəziyyətə düşür, iqtisadiyyat çökür, sənaye iflic olur, insanlar əziyyət çəkir və sonra bu vəziyyətdən çıxmaq üçün onilliklər lazım olur. Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir. Çünki bu siyasət xalqımızın rifah halının yaxşılaşmasına hesablanıb. Bu siyasət ölkəmizin güclü dövlətə çevrilməsinə hesablanıb. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın müxtəlif kürsülərindən öz sözünü açıq deyir, öz müstəqil siyasətini aparır, öz maraqlarını tam şəkildə qoruyur”.
Hazırda dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi gərginliklər özünü göstərir. İraq və Suriyada terrorun şaxələnməsi və yeni irticaçı cərəyanların yaranması bu cografi arealda xalqı daha acınacaqlı vəziyyətə salıb. Yaxın Şərq və Afrika ölkələrindən milyonlarla qaçqın kütləsinin daha yaxşı yaşayış məqsədilə Avropaya üz tutmaları və böyük məhrumiyyətələrə düçar olmaları günümüzün acı reallıgıdır.  Avropa ölkələrində - Böyük Britaniya, Fransa, Almaniya, Belçika və digər ölkələrdə sosial narazılıqların artması, “sarı jiletli”lər hərəkatının geniş vüsət alması bu qitədə də gərginliyin artdıgını deməyə əsas verir. Bu gün Avropa ölkələrində narazı kütləyə qarşı polisin ən amansız metodlarla zorakılıqlar etməsi bu regionda fundamental insan haqlarının kobud şəkildə pozuldugunu aydın göstərir.
Dünyanın əksər regionlarında baş verən gərginliklər fonunda Azərbaycan  müstəqil xarici siyasət yürüdərək Cənubi Qafqazın sabitlik məkanı kimi tanınmaqdadır. Ölkəmizin diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. Rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbü güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.
Prezident İlham Əliyevin Azərbaycanda sabitliyin möhkəmləndiyini bildirib: “Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı. Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər.
Azərbaycan bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Azərbaycanın BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisat - Qoşulmama Hərəkatı ilə əmək daşlığı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.


2011-2012-ci illərdə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi ölkə diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilə bilər. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbədir.
Prezident İlham Əliyev ötən 15 ildə dünya siyasətinə əsaslı təsir im­kanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdir­mək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqa­mə­tində sistemli fəaliyyət göstərir.  Dşvlət başçısı  ötən il xarici ölkələrə 16 səfər edib və  Azərbaycana 16 dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha Azərbaycanın xarici siyasətinin çoxşaxəli oldugunu sübuta yetirir. İqtisadi və geostrateji maraqların ödənməsi, və­­təndaş­ların təh­lükəsiz yaşayışının təmin olunması həyata keçirilən xa­rici siya­sətin prioritet məqsədləridir. Azərbaycanın müstəqil xarici siyasəti ilə ayrı-ayrı dövlətlərlə münasibətlərdə bə­ra­bər­hü­quqlu tərəfdaşa çevril­məsi, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əmək­daşlıq əla­­qələri qurması müsbət nəticələrin əldə olunmasnın şərtləndirib.
Azərbaycanın ərazi bütövlüyünü təmin etmək dövlət başçısı İlham Əliyevin xarici siya­sə­tinin prioritet məq­sədləri sırasında xü­susi vurğulana bilər. Azərbaycan dövləti, xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadir oldugunu da sübuta yetirib. 2016-cı il apreldə cəbhədə baş verən hadisələr  Bakının son illərdə faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji üstünlüyünü təmin etdi. Azərbaycan ordusunun 2 min hektar ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Tənzimləmə pro­­sesində bey­­nəlxalq hüquq nor­malarına isti­nad imkanları tama­­milə daralan işğalçı Ermənistan ide­oloji, siyasi, hüquqi, iqtisadi və hərbi müstəvilərdə Azər­baycana udu­­­zur. Daglıq Qarabag münaişəsinin Azərbaycanın maraqlarına uygun həll edilməsi üşün yeni imkanların açılması Ermənistan tərəfindən böyük narahatlıq və əndişə yaradıb. Proseslərin məntiqi davamı problemin maraqlarımıza uygun qısa zamanda həll ediləcəyinə inamı artırır. Müxtəlif ölkələr və beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə baglı bəyanatları və işgalçı Ermənistanı konkret olaraq beynəlxalq hüquq normalarına uygun davranmaga çagırlşları bunu bir daha sübut edir.

Bölgədə sabitliyin və sülhün təmin olunmasına töhfə verən, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipal mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanları daha da genişlənir.  Azərbaycanın təsir imkanlarının genişlənməsi və bölgədə real gücə çevrilməsi ən böyük problemimiz olan Daglıq Qarabag münaqişəsinin maraqlarımıza uygun həllini də tezləşdirir.

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....