Xocalı faciəsi 1992-ci il xarici mediasının gözü ilə: həqiqətlər və dəyişməyən nəticə




  Beynəxalq hüquqün bütün norma və prinsiplərinə uygun olaraq  Xocalıda 27 il əvvəl ermənilər tərəfindən törədilmiş qanlı hadisə soyqırım aktı kimi təfsir olunmalıdır. Beynəlxalq təşkilatlar ikili standartlara yol vermədən bu dəhşətli hadisəni genosid aktı kimi tanımalı, cinayət törədənlərə qarşı nəhayət ki, sanksiyalar tətbiq etməlidirlər.
   Soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş «Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya» ilə müəyyən edilib. Xocalı soyqırımı xarakter etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri ikinci dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) Nizamnaməsində ifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapıb.
 Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqda faktların dünyaya çatdı­rılması istiqamətində sistemli və ardıcıl fəaliy­yət göstərir.
2018-ci il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalının müxbirinə müsahibəsində bildirib:  “Bu gün Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür. Bu günü Azərbaycan xalqı həmişə yadda saxlayacaq və heç vaxt unutmayacaq. Ermənistan 26 il əvvəl azərbaycanlılara qarşı soyqırımı törədib. Bunun nəticəsində 613 dinc sakin öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaqdır. 1200-dən çox dinc sakin əsir düşüb və işgəncələrə məruz qalıb, 500-ə qədər insan əlil olub, 150 dinc sakin barədə isə heç bir məlumat yoxdur. Onlar itkin düşmüş sayılırlar, amma onların öldürüldüyü ehtimalı daha çoxdur. Həmin müdhiş gün, həmin qanlı faciə barədə çox sayda video, foto materiallar, möcüzə nəticəsində sağ qalmış insanların şahidliyi var. Bu, erməni faşizminin təzahürü idi. Bu, vəhşiliyin təzahürü idi”.
  Canlı şahid ifadələri, foto və videomateriallar da Xocalıda baş verən qanlı hadisələrin soyqırımı olduğunu tam təsdiqləyir. Nəzərə alaq ki, ermənilər qondarma “erməni soyqırımı” barədə uydurma məlumatları 100 ildən artıqdır ki, heç bir fakta söykənmədən dünyaya yayırlar. Dünyanın gözü qarşısında baş verən bir faciə barədə isə həqiqətlərə göz yumulur, yenə də hansısa xristian təəssübkeşliyi, ikili, üçlü yanaşma özünü göstərir. Bu gün təkrar sadalayacagım faktlar həmin dövrün qanlı hadisələrinin dəhşət saçan mənzərəsini əks etdirir. Cənabi faktlardan qaçmaq isə mümkün deyil. Fikir verin:    

Zori Balayan 1996-cı ildə dərc olunmuş «Ruhumuzun canlanması» adlı kitabında (260-262-ci səh.) Xocalıda baş verən soyqırım barədə qeyd edir: «Biz Xaçaturla ələ keçir­diyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mis­marlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım türk uşağı 7 dəqiqə sonra qan itirərək dün­yasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincin­dən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim».   
Faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın «Libar­dion» qəzetinin əməkdaşı  Jul  Gen Vaynerin  qeydləri xüsusi maraq doğu­rur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır.


 Jurnalist «Libardion» qəzetində çap etdirdiyi  «Erməni terroriziminin canlı şahidi oldum» sərlövhəli yazıda  Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizimi dünyanı məhz bu yolla «ram etməyə» çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahildi olduğunu yazmışdır. Sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndində bu alayın qərargahında olan Vayner orada  rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstər­miş­dir. «Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alına­raq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir  neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi» - deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
“The Washington Post” qəzeti (ABŞ), 28 Fevral 1992-ci il: “Qaçqınlar bildirirlər ki, yüzlərlə insan erməni hücumu zamanı həlak olub. Bu gün 7 meyit tapılıb, onların ikisi uşaq və üçü qadın idi, biri yaxın məsafədən sinəsindən güllələnmişdi. Digər 120 qaçqın Ağdam xəstəxanasında ağır yaralarla müalicə olunur”.


 “The İndependent” (London), 29 fevral 1992-ci il: “Helen Uomak - “Röytersin Ağdamdakı müxbiri Elif Kaban bildirir ki, mülki əhalinin kütləvi qırğınından sonra azərbaycanlılar Xocalı şəhərinə ermənilərin hücumu zamanı həlak olmuş insanları dəfn edirdilər. “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə sadəcə izləyirsiniz, – deyə adamlardan biri bir qrup jurnalistə qışqırıb”.
“The Sunday Times” qəzeti (London), 1 Mart 1992-ci il: “Tomas Qolts: Sağ qalan azərbaycanlılar danışırlar ki, erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub, Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Dünən axşam Ağdamın meyitxanasında 579 ölü qeydə alındı. 29 meyit qəbiristanlıqda basdırılmışdı. Dəfn mərasimi gözlənilən yeddi meyitin ikisinin uşaq, üçünün isə qadın olduğunu gördüm. Onlardan biri yaxın məsafədən sinəsindən güllə yarası almışdı. Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranmışdı. Həkimlər qırğından qaçan 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildirirdilər...”
“The Washington Times” qəzeti (ABŞ), 2 Mart 1992-ci il: “Erməni hücumu zamanı yüzlərlə azərbaycanlı öldürüldü və ya itkin düşdü. Təxminən 1000 Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətlə yetirildi. Azərbaycan televiziyası Xocalı ərazisindən gətirilən meyitlərlə dolu yük maşınlarını göstərdi”.

“The Times” qəzeti (London), 2 Mart 1992-ci il: “Anatoli Liven: Biz qarla örtülmüş Dağlıq Qarabağ təpəliklərinə endikcə, cəsədlərin hər tərəfə yayıldığını gördük. Açıq-aydın görünürdü ki, insanlar xilas olmaq üçün qaçarkən güllələnmişlər...”.
“Channel 4 News” televiziyası (Böyük Britaniya), 2 Mart 1992-ci il: “2 fransız jurnalisti mülki geyimdə olan 32 qadın, kişi və uşaq meyiti görüb. Onların əksəriyyəti 1 metrdən də yaxın məsafədən başlarından güllələnib”.
“The Times” qəzeti (London), 3 Mart 1992-ci il: “Anatoli Liven: Dağlıq Qarabağın təpəliklərinə səpələnmiş qadın və uşaqlardan ibarət 60-dan çox meyit erməni qoşunlarının dinc azərbaycanlı əhalisinin qətlə yetirdiyi barədə bəyanatları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb. Təpəliklər və kiçik vadi boyu qurumuş otların üzərinə səpələnmiş Azərbaycan qaçqınlarının cəsədləri ötən çərşənbə erməni hərbçilərinin törətdikləri qırğından xəbər verir...”.
“Nie” qəzeti, (Bolqarıstan), Violetta Parvanova: “Xocalı insanlığın faciəsidir”.
“BBC Morning News” 3 Mart 1992-ci il, saat 07.37 yayımında vəziyyəti belə əks etdirmişdir: “Hadisə yerində olan müxbirimiz 100-dən çox azərbaycanlı kişi, qadın və uşaq cəsədlərini gördüyünü və bunların başlarına yaxın məsafədən atəş açılaraq öldürüldüyünü xəbər verir”.
 “İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”. “Financial Times” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.
“The Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdı”.
“The Age, Melbourne” qəzeti (Avstraliya), 6 Mart 1992-ci il: “Helen Vomak: Qurbanların dəqiq sayı bəlli deyil, lakin şübhə edilmir ki, ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Azərbaycanın Xocalı kəndinin mülki əhalisi erməni ordusu tərəfindən qətlə yetirilib. Ağdam şəhərində sığınacaq tapmış Xocalı qaçqınları ermənilərin 25 fevralda onların evlərinə necə hücum etdiklərini və meşələrə qaçaraq gizlənənləri izləyib öldürdüklərini ətraflı danışırlar. Ağdama çərşənbə axşamı çatanda təzə qazılmış 75 qəbir və eybəcər hala salınmış dörd cəsədi məsciddə gördük...”.
“The Sunday Times” qəzeti (London), 8 Mart 1992-ci il: “Tomas Qolts: Ötən həftə bu yer xəritədən silindi. Dəhşətli xəbərlər Azərbaycanın sərhəd şəhəri Ağdama gəlir, meyitxanalar meyitlərlə dolurdu… Mən Qarabağa baş çəkən sonuncu qərb adamı idim. Yanvar ayı idi və insanlar uğursuz talelərini əvvəlcədən görürdülər. Azərbaycanlı müdafiəçilər bir-bir həlak olurdular. Sağ qalanlar bildirirdilər ki, erməni qüvvələri bundan sonra amansız qırğına başladılar, tərpənən hər şeyə atəş açırdılar. Bəziləri qəzəblərini xaricilərə bildirirdilər: “Hanı mənim qızım, hanı mənim oğlum?”, – deyə analar ah-nalə edirdilər. Zorlanmışdır. Doğranmışdır. İtkin düşmüşdür”.
“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”. “İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.
R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”. Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.
“Newsweek” jurnalı (ABŞ), 16 Mart 1992-ci il: “Ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilmişdir: qaçqınlar və kəsilmiş cəsədlər məscidin arxasında meyitxana kimi uzanırdı. Bunlar erməni hərbi birləşmələri tərəfindən 25-26 fevralda ələ keçirilmiş Dağlıq Qarabağın kiçik Xocalı yaşayış məntəqəsinin sadə azərbaycanlı kişiləri, qadınları və uşaqları idi. Bir coxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülmüş, bəzilərinin üzləri qəddarcasına əzilmiş, digərlərinin isə skalpı çıxarılmışdır. Şəhidlərin ailələri göz yaşı axıdırlar”.
“Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn: “Birinci maşında mən 35 meyit saydım, ikincidə isə, meyitlərin sayı bundan çox idi. Bəzilərinin başları kəsilmiş, çoxları isə yanmışdı …”
“Boston Sunday Globe” qəzeti (ABŞ), 21yanvar 1993-cü il: Globe əməkdaşı Con Auerbax: “Palçıqlı qaçqın düşərgəsindəki qorxmuş uşaqlar, nalə çəkən analarla dolu yük maşınları, qorxudan sifəti ağarmış insan dənizi, minlərlə azərbaycanlı sual yaradır: nə üçün onlar burada sığınacaq axtarırlar. Gördüklərimiz - onların yolu üstündəki hər bir kəndin sistematik olaraq dağıdılmasının nəticəsidir. Bu bizim gördüyümüz ən nifrət doğuran hadisədir…”.
Xocalı faciəsinin şahidi olan və sonra Livanın paytaxtı Beyrutda məskunlaşan erməni jurnalist Daud Kheyriyan, “For the Sake of Cross” (Xaçın xatirinə) adlı kitabında (səhifə: 62-63) yazır: “...ölülərin yandırılması ilə məşğul olan bir dəstə erməni martın 2-də Xocalının 1 kilometr qərbində yerləşən bir əraziyə 100 azərbaycanlının meyitini gətirib yığdı. Axırıncı yük maşınında gətirilən ölülərin içərisində 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralanmışdı. Sifəti göyərmişdi. Soyuğa, aclığa və yaralanmasına baxmayaraq, hələ də yaşayırdı. Çox çətin nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu sarmışdı. Həmin vaxt Tiqranyan adlı bir əsgər qızı tutub cəsədlərin üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mənə elə gəldi ki, yanan cəsədlərin içərisində bir nəfər bağırır. Heç nə edə bilmədim”.
Xocalı faciəsi ilə baglı faktların əks olundugu nəşrlərin aid oldugu ölkələrə diqqət yetirin. Fransa, ABŞ, Böyük Britaniya, Rusiya və digər ölkələr. Sonradan bu dövlətlərdən  ATƏT-in Minsk qrupunun üzvləri formalaşdı, məsələnin sülh yolu ilə həll edilməsi missiyasını çiyinlərinə götürdülər. Nəticə isə hələ də yoxdur. Həmin nəşrlərdəki faktlardan biri kifayət edir ki, kütləvi insan qırgınına görə Ermənistan işgalçı dövlət kimi tşrətdiyi cinayətə görə aidiyyatı qurmlar qarşısında cavab versin. Təəssüf ki, cinayətkar dövlətə qarşı beynəlxalq hüquq müstəvisində hələ ki konkret addım atılmır.   Bütün bunlara baxmayaraq Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində hər il dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları  tərəfindən bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər.


                 



Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....