Əli Kərimli sosial sahədə atılan ugurlu addımlara təxribatçı hərəkətlərlə reaksiya verir
Populizm xəstəsi, mifomaniya kimi agır sindroma düçar
olan Əli Kərimli etdiyi hərəkətlərlə yenə də əsl mahiyyətini ortaya qoydu. Bu dəfə isə böyük faciəmiz olan - Xocalı
soyqırımı günündə. Onun hər bir danışıgı, davranışları, hakimiyyətə yönəlik
çagırışları, təxribatçı hərəkətlərə sürükləyən spekulyativ söz oynatmaları
yalnız bir nəticəni hasil edir: bu şəxs situativ hədəfləri naminə hər cür
rəzilliyə hazırdır.
Tərcümeyi-halı
demək olar ki, xəyanət və satqınlıqdan ibarət olan AXCP sədrinin bu gün
“müxalifətin mələyi” simasında radikal düşərgənin adından boyundan böyük
bəyanatlar səsləndirməsi son dərəcə absurd görünür. Oldugu məkanlarda pozuculuq fəaliyyəti ilə məşğul
olan Əli Kərimlinin 20 yanvar-Ümumxalq hüzn günündə radikal dəstəsi vastəsilə
törətdiyi təxribatçı hərəkətdən heç iki ay keçməmiş yenidən anoloji hərəkətlərə yol verməsi bu şəxsin təfəkkür
sarıdan da probleminin oldugunu göstərir.
"Ana harayı" abidə kompleksinə günortadan
sonra təşrif buyuran Əli Kərimlini sol tərəfdə Nurəddin Məmmədli sag tərəfdə
isə cangüdənlər müşayiət edib. Heç bir yerdə rəsmən çalışmayan təşkilat
rəhbərinin bu cangüdənləri hansı maliyyə hesabına saxlaması məsələsi dıgər bir
müzakirə predmetidir. Maraqlı məqam odur
ki, xalq adından spekulyasiyalar edən bir təşkilat sədri xalqın içərisinə
cangüdənləri ilə qatılıb. Əcaba kimdən qorxur? Xalqdanmı? Soruşmaq lazımdır ki,
niyə anım gününə gecə-gündüz internet resurslarından, facebook hesabındakı
paylaşımlarda dediyin 40-50 minləri gətirmədin. Ümummili məsələyə həsr olunan
tədbirə niyə sizi dəstəkləyənlər dəstək vermədilər.
Anım tədbirində jurnalistə açıqlama verən Əli
Kərimli öz rüsvayçılıqlarını gülməli yalanlarla gizlətməyə çalışıb. Jurnalistin
“Anım tədbirində niyə az adamla qatıldınız? Kütləvilik niyə yoxdur?” sualına
belə cavab verib ki, guya o, öz tərəfdarlarını qorumaq üçün belə addım atıb,
yəni yürüşdən sonra onun tərəfdarlarını saxlanmasınlar....
Nə qədər absurd və gülməli cavabdır. Nə vaxtdan
ümummilli təbirlərə qatılanları həbs ediblər? Bu kimi tədbirlərə insanları
kimsə zorla gətirmir, hər bir şəxsin vətəndaşlıq borcudur ki, bu kimi
tədbirlərə qatılsın. Son anım tədbirində Prezident İlham Əliyevin ardınca böyük
insan izdihamının “Ana harayı” abidəsini ziyarət etməsi şəhidlərimizi ruhuna
hörmət olmaqla tədbirin məhz belə axarda keçməsini labüd edir. Demək ki,
insanlar əsl liderinin arxasınca gedirlər.
Sual olunur, Əli Kərimlini bu insan izdihamına
qoşularaq abidə kompleksini ziyarət etməyə nə mane olurdu. Şübhəsiz ki, yenə
ambisiyalar, formalizm, populizm kimi mərəzlər AXCP sədrinin tədbirə axşam
saatlarında qatılmasını şərtləndirib. Bir haşiyəyə də çıxaq ki, Musavat
partiyasının təmsilşiləri də səhər
saatlarında anım tədbirində Xocalı abidəsi önündə qarışıqlıq yaratmağa
cəhd ediblər, polisin tapşırıq və tövsiyələrinə əməl etmədikləri üçün ərazidən
uzaqlaşdırılsalar da mitinqlərdəki şüarları səsləndiriblər.
Eyni təxribatçı hərəkətlər anım tədbirinə günortadan
sonra cangüdənləri və Nürəddin Məmmədlisi ilə qatılan Əli Kərimli tərəfindən də
törədilib. Bu dəfə də AXCP sədri internet resurslarından hakimiyyət əleyhinə
söylədiyi şablon ifadələri səsləndirməklə diqqəti özünə cəlb etməyə çalışıb.
Vicdan və milli heysiyyat hissini itirən Əli Kərimli faciə günümüzdə belə cari,
situativ hədəflərə hesablanan bəyanatlar səsləndirməklə növbəti dəfə
şəhidlərimizi ruhuna hörmətsizlik nümayiş etdirib. Həmin gün dünyanın da
diqqəti Azərbaycana yönəlmişdi. Məhz bu məqamdan sui-istifadə etməklə öz məkri,
xəbis niyyətlərini açıq biruzə vermək bu insanın simasızlıgını bir daha ortaya
qoyur.
Sponsor dəstəkli video müraciətlərdə, xaricdə
mənzil qərargahı olan internet resurslarından hakimiyyət əleyhinə fikirlər
səsləndirən və 19 yanvar mitinqinin “nəticələri” barədə moizələr oxuyan Əli
Kərimli ölkədə aparılan davamlı sosial islahatların şokundadır. Çünki
insanların rifah halının yüksəldilməsinə yönəldilən davamlı tədbirlər hər kəs
tərəfindən yüksək dəyərləndirilir. Ölkə
başçısının ən müxtəlif sosial qrupların mənafeyinə xidmət edən fərman və
sərəncamları ümumilikdə Azərbaycan vətəndaşlarının maddi rifahının daha da
yaxşılaşdırılmasına xidmət edir.
Əli Kərimlinin ölkədə aparılan ugurlu sosial
islahatları “öz əməyinin nəticəsi” kimi qələmə verməsi və bu istiqamətdəki
virtual sayıqlamaları isə sabun köpüyü effektindən başqa bir şey deyil.
Комментарии
Отправить комментарий