Əli Kərimli bu dəfə də alınmadı?




31 yanvarda Məmməd Əmin Rəsulzadənin ildönümünə qatılan radikal müxalifət miskinliyini və sosial dayaqlarını tamamilə itirdiyini bir daha cəmiyyətə göstərdi. 25 ildir ki, eyni taktika, oxşar ssenari, hay-küy və ifrat yalançılıq üzərində özləri barədə yaratdıqları “müxalifətçilik” imicini son toplantı ilə vurub dagıtmış oldular. Milli Şura adlı əndrabani qurumun mahiyyətsizliyi  bununla da üzə çıxdı.
Siyasi protokolların keçirildiyi məkanları, tarixi-dini ziyarət yerlərini  kütləvi etiraz aksiyaları keçirmək üçün ünvan seçən radikal ünsürlər faktiki olaraq ictimai asayışi pozmagı qarşılarına məqsəd qoyublar. Bir neçə il öncəyədək qeyri-konstitusion hərəkətləri barədə bir-birlərini gizli şəkildə xəbərdar etsələr də artıq qaraguruh fəaliyyətlərini açıq müstəviyə keçiriblər.  Azərbaycan cəmiyyətinin birmənalı şəkildə dəstəyini itirmiş bu azsaylı qrup fəaliyyətlərini real müstəvidən virtual aləmə transfer ediblər. Bu qrupun ideya müəllifi və istiqmətvericisi rolunda isə "facebook müxalifəti"-nin rəhbəri Əli Kərimli çıxış edir. 


Bloger partiya sədri Əli Kərimli yanvarın 19-da “Məhsul” stadionunda Milli Şuraya daxil olan 10 təşkilatla birgə cəmi 2800-ə yaxın tərəfdar topladıqdan sonra "troll"lar dəstəsini daha fəal olmaga çagırdı. 20 yanvar-Ümumxalq hüzn günündə isə 10-20 nəfərdən ibarət başıpozuq dəstə ilə ictimai asayişi pozaraq şəhidlərimizin ruhuna hörmətsizlik etdi. Qərbin antiazərbaycan şəbəkəsinin marioneti olan Əli Kərimli siyasi simasızlıgını davam etdirərək facebook səhifəsində ard-arda çagırışlar etməklə Məmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiyaya” çevirəcəklərini bəyan etdi. Milli Şuraya daxil olan “liderciklər”-lə birgə öndər hesab etdikləri şəxsin ildönümünə isə cəmi 200-300 adam yıga bildilər.
Jurnalistlərin müşahidəsinə əsasən, Əli Kərimli və “Milli Şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Bir o qədər də Müsavat partiyasının fəalları olub. AXP sədri Pənah Hüseyn isə abidənin önünə 3 nəfərlə gəlib. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə tək qatılmaq məcburiyyətində qalıblar. Nə qədər rəzil bir vəziyyətdir. “Facebook müxalifət”-çiliyi də Kərimlinin dadına yetmədi.  
Əli Kərimli 20 yanvarda anim mərasiminə qatılmaq üçün yüzlərlə tərəfdarına polisin icazə vermədiyini bildirmişdi. Sual olunur bəs bu dəfəki tədbirə gecə-gündüz anonsunu verdiyin 10 minlər niyə gəlmədi. Hanı sənin elekoratın? Bu dəfə sizin on minlərinizin qarşısını kim kəsmişdi. Heç bir məhdudiyyət belə qoyulmamışdı. Niyə arxanızca gələn olmadı Bütün bunlar radikalların nə dərəcədə miskin və acınacaqlı durumda olduqlarını göstərdi. Milli Şuranın aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi bu dəfə də pozmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alındı. 
    
Milli Şuraya daxil olan partiya rəhbərləri də əslində Əli Kərimlinin əlində siyasi alətə çevriliblər. Xarci dairələrin sifarişləri əsasında “siyasi fəaliyyətini” quran AXCP sədri də öz çirkin siyasi məqsədlərini reallaşdırmaq üçün bu magmunlardan istifadə edir. Bu destruktiv qrupun bir məqsədi var  - cəmiyyətə “ölü müxalifət”in varlığını hiss etdirmək, sabitliyi pozmaq, polislə qarşıdurma yaratmaq, hakimiyyətə qarşı yeni ittiham hədəfləri əldə etmək. Xalqdan dəstək almayan bu “müxalifciklər”in ictimaiyyəti yalanlarla aldatmaq cəhdləri həmişəki kimi bu dəfə də fiasko ilə nəticələndi.
  Əli Kərimli və onun tərəfdarlarının hakimiyyətin idarəetmə sistemini təkmilləşdirməyə xidmət edən struktur islahatlarını 19 yanvar mitinqinin effektivliyi izah etmək cəhdi də bu düşərgənin ciddi böhran keçirdiyini təsdiqləyir. Azərbyacan hakimiyyəti ötən 15 il ərzində siyasi, iqtisadi, sosial sahələrdə ugurlu islahatlar aparmaqla bu günkü inkişamızı şərtləndirib. Aparılan kompleks islahatlar kimlərinsə və yaxud da ki hansısa beynəlxalq qurumların istəyi ilə reallaşdırılmır. Dövlət başçısının siyasi iradəsindən qaynaqlanan və bir çox sahələri əhatə edən islahatlar yüksək qiymətləndirilir. Dövlət qurumlarında aparılan struktur islahatları zamanı ixtisara düşən vətəndaşlar yeni iş yerləri ilə təmin edilirlər. Bu proses zaman-zaman həyata keçirilir və Əli Kərimlinin bu məsələdə siyasi spekulyasiyası onun xəstə təxəyülündən xəbər verir.
 20 yanvarda şəhidlərimizin ruhuna hörmətsiz davranaraq anım mərasimini cılız siyasi maraqlarının predmetinə çevirən Əli Kərimli bu dəfə də öndər saydıgı M.Ə.Rəsulzadənin ruhuna saymamazlıq nümayiş etdirdi. Bu insan üçün müqəddəs heç nə yoxdur. Bir vaxtlar Ə.Elçibəyi də öndər hesab edirdi və ona xəyanət etdi. Öndər saydıgı insanların yolunu davam etdirdiyini deyən Kərimli üçün ümumiyyətlə “siyasi yol” anlayışı yoxdur. O, siyası maraqları naminə istənilən rəzilliyə gedən və milli maraqlarımızı satmaga hər an hazır olan idarəolunan fiqurdur.         


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Ermənilər Əli Kərimli deyir....

Şəhid ailələrinə ali ehtiram