İxtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaq Dövlət siyasətinin mərkəzində insan amili dayanır


 
Azərbyacanda ugurla həyata keçirilən struktur islahatları idarəetmə sisteminin təkmilləşməsinə xidmət edir. Aparılan islahatlar nəticəsində idarəetmə sistemindəki paralellik və təkrarçılıq aradan qaldırılır, operativ idarəçilik mexanizmi formalaşır. Hər bir inkişaf edən ölkədə struktur islahatlarının aparılması son dərəcə zəruridir. Belə ki, bəzi qurumlar əksər hallarda bir-birinin fəaliyyətini təkrarlayır ki, bu da həm mürəkkəb strukturun formalaşmasına, həm də bürokratiyaya səbəb olur. Məhz 2016-cı ilin 26 sentyabr tarixində keçirilən referendumdan sonra bu əngəllərin aradan qaldırılması, daha təkmil struktur mexanizminin yaradılması istiqamətində mühüm addımlar atıldı.
Dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır. Ölkə vətəndaşları tərəfindən referendum yolu ilə 3 il öncə Əsas Qanunun 23 maddəsində dəyişiklik və 6 yeni maddənin əlavə edilməsinin də başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaqdan ibarət idi. Dəyişikliklərin böyük qismi sırf insan hü­quq və azad­lıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri for­ma­laş­dırmaq məq­­sədi daşıyırdı. Birmənalı şəkildə demək olar ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatları əslində 2016-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamıdır.

Struktur islahatlarının fəlsəfəsi hansısa qurumların ləğv edilməsi, ixtisarı və birləşdirilməsi yolu ilə dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi kimi anlaşılmamalıdır. Düzdür, məsələdə bu amillər də mühüm rol oynasa da əsas məqsəd idarəçiliyin maksimum sadələşdirilməsi və onun effektivliyini təmin etməkdən və təkmil idarəçilik vasitəsilə iqtisadiyyatda daha ciddi uğurlar qazanmaqdan ibarətdir. Dövlət idarəetmə aparatının işi çevik və özünə aid məsələləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həll etmək mexanizimləri üzərində qurulmalıdır. Qarşıya qoyulan vəzifə də  idarəçiliyin optimal səviyyədə təşkil edilməsidir. Şübhəsiz ki, Azərbaycan siyasi və iqtisadi sahədə eləcə də digər sahələrdə apardıgı islahatlar zamanı beynəlxalq təcrübəni də nəzərdən keçirir. Lakin qazanılmış beynəlxalq təcrübə oldugu kimi deyil milli  xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Effektivliyin əmsalı da buna adekvat olur. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Bu fakt təsdiq edir ki, ölkə başçısının rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı yaranıb. 
 Aparılan struktur islahatları zamanı ləgv edilmiş qurumlarda çalışan vətəndaşların işlə təminatı məsələsi də dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında bildirib: “Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir”.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə  “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə “Azərenerji” ASC-yə göstəriş verməsi də dövlətin vətəndaşların sosial məsələlərinin həllinə həssas münasibətini təcəssüm etdirir. Birinci vitse-prezident işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə məsələnin operativ həllinə dair tapşırıq verməsi bir daha göstərir ki, aparılan struktur islahatları zamanı ixtisar olunan insanların məşgullugu daim diqqət mərkəzində saxlanılır. Struktur islahatları desentrilizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına xidmət edir.   
Struktur islahatları nəticə etibarı ilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına gətirib çıxarıb. Dünyanın bir çox reytinq rəşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir. Həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin ən müxtəlif sahələrində olduqca münbit biznes mühiti yaranıb. Ümumidaxili məhsul istehsalı sahəsində özəl sektorun xüsusi çəkisi artıb. Aparılan ugurlu iqtisadi islahatlar Azərbaycanın dünya iqtisadiyyatındakı mövqelərini gücləndirir. Azərbaycan ABŞ-ın tanınmış "The Heritage Foundation" analitik mərkəzinin tərtib etdiyi 2019-cu il üzrə İqtisadi Azadlıq İndeksində 7 pillə irəliləyərək mövqeyini xeyli yaxşılaşdırıb.Yeni tərtib olunmuş indeksdə Azərbaycan 65,4 bal toplamaqla (il üzrə 1.1 bal daha yaxşı) 180 ölkə arasında 60-cı yeri tutub. İndeksdə bildirilir ki, Azərbaycan "əmlak hüququ", "investisiya azadlığı", "dövlət xərcləri", "məhkəmə sisteminin effektivliyi" və "hökumət bütövlüyü" kimi kateqoriyalar üzrə mövqelərini yaxşılaşdırıb. Xatırladım ki,  Türkiyə reytinqdə 69-cu, Qırğızıstan - 79-cu, Rusiya - 98-ci, Belarus - 104-cü, Tacikistan - 122-ci, Özbəkistan - 140-cı, Ukrayna - 147-ci, Türkmənistan isə 164-cü pillədə qərarlaşıb.
Xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır”. Ölkə başçısına xalqın dərin inamı da onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. 







Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....