Dövlət Proqramları: nəticə və yeni gözləntilər




  III Dövlət Proqramı da ugurla icra olundu. Sual yaranır ötən müddətdə hər üç proqramın icrası nə kimi nəticələr verib. 2014-2018-ci illərin iqtisadi təhlili deməyə əsas verir ki, dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində regionlarda ən müasir infrastruktur yaradılıb. Sahibkarlıq fəaliyyəti genişləndirilib, yeni müəssisə və iş yerləri yaradılıb, əhalinin rifah halı yaxşılaşdırılıb. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin yaxşılaşmasına səbəb olub.
Birinci dövlət proqramının qəbul edilməsi Prezident İlham Əliyevin 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O zaman dövlət başçısı bəyan etmişdi ki, “əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaq”. 2004-cü ildə birinci dövlət proqramı qəbul edilən zaman hələ ölkəyə böyük həcmdə neft gəlirləri gəlməmişdi. Ölkəmizə neft gəlirləri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra gəlməyə başladı. Güclü iradə və düzgün seçilmiş ardıcıl fəaliyyət Regional İnkişaf proqramlarının icrasına gətirib çıxardı və bütövlükdə bütün digər sahələrdə də ardıcıl siyasət aparılaraq ölkəmiz daha da gücləndirildi.
Regionların davamlı inkişaf etdirilməsi dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu baxımdan regionlarında mövcud infrastrukturun inkişafı və yenidən qurulması, məşğulluğun təmin edilməsi, yeni zavod və müəssisələrin fəaliyyətə başlaması, kənd təsərrüfatına göstərilən qayğı, sahibkarlıq fəaliyyətinə və fermerlərə dövlət tərəfindən verilən dəstək, respublikada aparılan siyasi, iqtisadi və hüquqi islahatların bariz nümunəsidir. Ardıcıl olaraq qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırır, aqrar sahə üzrə sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına əsas verir.
   Regional siyasətin həyata keçirilməsində hər bölgənin özünəməxsus coğrafi şəraiti və əhalinin tarixən məşğul olduğu sahələrin nəzərə alınması mühüm nəticələrə gətirib çıxarıb. Xarici investisiyaların regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi Prezident İlham Əliyevin həyata keçiriyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib.
2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» da 2004 və 2009-cu illərdə qəbul edilən dövlət proqramlarının davamı oldu. III Dövlət Proqramının ugurla icrası təsdiq etdi ki, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlər uğurlu davam etdirilib. Regionlarda infrastrukturun yeniləşdirilməsi in­san­­la­rın firavan və ra­hat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə ya­naşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inki­şafı, inves­tisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sekto­ru davamlı inkişaf edib. Mürəkkəb xarici iqtisadi mühit, o cümlədən dünya enerji bazarında qeyri-sabitlik, milli valyutaların devalvasiyasına baxmayaraq qeyri-neft sektorunuda artımın əldə olunması təqdirəlayiq haldır. Bütün bu çətinliklərə baxmayaraq ölkə rəhbərliyi tərəfindən vaxtında qəbul edilən müdrik qərarlar sayəsində Azərbaycan  böhran vəziyyətindən ən az itkilərlə çıxan ölkədir.
  

Re­gion­ları­n sosial-iqti­sadi in­kişafı Dövlət Proq­ramlarının uğurla həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Regionların inkişafına xid­mət edən kompleks tədbirlərin davamlı səciyyə daşı­ması tama­mi­lə təbiidir: inki­şaf et­miş döv­lətlərin  təcrübəsi də sübut edir ki, iqti­sa­diyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məş­ğul­luq ənənə­lərinin saxlanılması vacib şərtlərdəndir.
Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.  Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxarıb. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub ki, bu sərmayənin yarısı xarici investisiyadır.
     Prezident İlham Əliyev regional inkişaf sahəsində davamlılıgı təmin etmək məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Fərman imzaladı. Bu fərman ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırırmaq məqsədi daşıyır. Prezident İlham Əliyev III Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda bildirib: “İlkin hesablamalara görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir. Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü proqram da artıqlaması ilə icra ediləcək”. 
Növbəti beşilliyin əsas hədəf milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyev imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. IV Dövlət Proq­ramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün növbəti beş il  müddətində ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektoru­nun sürətli inkişafının təmin edilməsi; infrastruktur təminatının yax­şılaşdırılması istiqa­mə­tində tədbirlərin davam etdirilməsi; sahibkarlıq mühiti­nin yaxşılaşdırıl­ması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahib­karlığın inkişafının daha da sürətləndirilməsi; ixracyönümlü məhsul isteh­salının sti­mul­­­­laşdırılması; müasir tipli infrastruktur obyektlərinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin artırıl­ması isti­qa­mə­tində tədbir­lərin davam etdirilməsi və di­gər zəruri tədbirlər nəzərdə tutulur. 
Dövlət başçısı növbəti beş ildə hər bir sahə üzrə görüləcək işlərlə baglı da konkret göstərişlər də verdi. Bakı, Abşeron və digər bölgələr üçün ənənəvi olan sahələrin – zeytunçuluq, üzümçülük, baramaçılıq, tütünçülük, bagçılıq və digər sahələrdə məhsuldarlıgın artırılması və məhsulların  böyük həcmdə xarici bazarlara çıxarılmasının vacibliyini vurguladı. Bu sahələrin inkişaf etdirilməsi üçün aidiyyatı qurumlara tapşırıqlar verdi.
  III Dövlət Proq­ramının uğurla həyata keçirilməsi qeyri-neft sektorunun inkişafına və ixrac imkanlarının genişlənməsinə gətirib çıxarıb. Bölgələrin inkişafına xid­mət edən kompleks tədbirlərin davamı kimi növbəti beşillik proqramın da təsdiq edilməsi ölkə rəhbərinin yürütdüyü iqtisadi strategiyanın məqsədyönlülüyündən xəbər verir.  


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....