Avropa parlamentinin ikili standartları: Bu dəfə Mger Yegiazaryanın nümunəsində


 
Avropanın bəzi siyasi institutlarının ayrı-ayrı dövlətlərə münasibətdə ikili standartlardan yanaşmaları artıq son dövrün acı təcrübəsinə çevrilib. Siyasi-diplomatik fəaliyyətdə təməl prinsiplərindən geri çəkilmələr, beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizmin sərgilənməsi bu qurumların müəyyən dairələrin əlində siyasi alətə çevrildiyini göstərir. İkili standartların tətbiqini əsas fəaliyyət yönümü seçən Avropa Parlamenti bu baxımdan daha çox diqqəti cəlb edir. Reputasiyası kifayət qədər korlanmış bu qurumun Azərbaycana yönəlik siyasi davranışları bir sıra məqmları təhlil etmək zərurəti yaradır.
Sual olunur, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycana belə bir mənfi  münasibət haradan qaynaqlanır. Xristian təəsübkeşliyimi, yoxsa  ermənipərəst dairələrin ayırdıqları iri həcmli pullar.
Ermənistanı açıq şəkildə müdafiə edən antiazərbaycançı şəbəkə ölkəmizə qarşı zaman-zaman qarayaxma kampaniyası aparıb. Azərbaycan əleyhinə çirkin kampaniya aparan antiislam, antitürk mövqeli qüvvələr ölkəmizlə sıx əməkdaşlıq edən nüfuzlu təşkilatlarla da münasibətlərimizi zədələməyə yönələn addımlardan çəkinməyiblər. Erməni lobbisinin təsiri altına düşən bir sıra qeyri-hökumət təşkilatları da bu işdə onlara yardımçı olublar. Ancaq müəyyən vaxtlarda antiazərbaycançı dairələr qərəzli kampaniyalarına nüfuzlu qurumları da cəlb ediblər. Nəticə isə o olub ki, Cənubi Qafqaz dövlətləri ilə baglı insan huquqları kimi fundamental məsələlərdə hazırlanan hesabatlarda Azərbaycan tərəfi tərəzinin bir gözünə Ermənistan və Gürcüstan isə tərəzinin o biri tərəfinə qoyulub.
Avropa Parlamentinin (AP) “insan haqları”nın müdafiəsi pərdəsi altında zaman-zaman etdiyi spekulyasiyalar buna misal ola bilər.  Qurumun bir sıra məsələlərdə anormal və qərəzli mövqe tutması xususən də Azərbaycanla bağlı məsələlərdə “təxirəsalınmaz” qərarlar qəbul etməsi bu təşkilatın diktə altında fəaliyyət göstərdiyinə şübhə yeri qoymur. Fikir verin, Ermənistan və Gürcüstandan fərqli olaraq bu qurum Azərbaycanla baglı yalnız dezinformasiyalar əsasında silsilə dinləmələr və müzakirələrin təşkil edir, siyasi motivli qətnamələr qəbul edir. 2004-cü ildən bu günə qədər Avropa Parlamenti Azərbaycan barəsində ondan artıq qətnamə qəbul edib, 200-dən çox debat, dinləmə, müzakirə, parlament sorğuları keçirib bəyanatlar imzalayıb. Azərbaycanla müqayisədə Gürcüstan və Ermənistanda baş verən proseslərlə baglı isə 1-2 qətnamə qəbul edilib, 10-dək müzakirələr aparılıb.

Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn qərəzli siyasi aksiyaların cavabında, Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul etdi. Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərinə qatılmamasını qərara aldı. Eyni zamanda, həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyuldu.
2016-cı ilin aprel ayında Avropa Parlamentinin rəhbərliyi Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqu bərpa etmək üçün Avronest PA-nın nümayəndə heyətini Azərbaycana ezam etdi. Bu istiqamətdə danışıqların davam etdirilməsi üçün sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda oldu və əlaqələrin bərpa edilməsi məsələsi müzakirə edildi. Səfərin yekunlarına əsasən, qəbul edilmiş bəyanatda Avropa Parlamentinin nümayəndə heyəti bir ildən bəri Avropa Parlamenti ilə Milli Məclis arasında dialoqun olmamasından təəssüfləndiyi bildirildi, qarşılıqlı münasibətlərin kəsilməsinə gətirib çıxara biləcək hər hansı halın gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd olundu. Bütün bunlardan sonra Milli Məclis Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək barədə qərar qəbul etdi.
Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edən zaman avropalı parlamentarilərə bu məsələ ilə bağlı qətiyyətli mövqeyini bildirmişdi. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlət başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirərək respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırmışdı. Həmi vaxtdan 3 il keçsə də Avropa Parlamentinin mahiyyəti dəyişməyib. Azərbaycan bu gün də hədəfə götürülüb. Son bir neçə faktla baglı paralellik aparmaqla bəzi məqamları aydınlaşdırmaq olur.
Avropa Parlamentinin Ermənistanda Nikol Paşinyan hakimiyyətinin yaratdıgı xaos, keçmiş rejimin nümayəndələrinə, eks-prezidentlərə qarşı anti-demokratik yolla apardıgı mübarizədən sanki xəbərləri yoxdu. Bəlkə də, Avropa Parlamentinin nümayəndələri qədər Ermənistana heç bir qurum təmsilçiləri səfər etmirlər. Amma səsləri çıxmır. Bu günlərdə Ermənistanda baş verən hadisənin üzərində sükutla keçilməsi isə AP-nin əsl mahiyyətini çılpaqlıgı ilə ortaya qoydu.   

  Erməni KİV-ləri neçə gündür ki, “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryan aclıqdan ölməsi barədə yazırlar. Belə ki, 1968-ci il təvəllüdlü məhbus cəza çəkdiyi “Nubarasen” həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. Onun aclıqdan öldüyü bildirilir. Ermənistanın Ədliyyə Nazirliyi isə Yegiazaryanın ölüm səbəbini gizlədərək, faktla bağlı araşdırma aparıldığını bəyan edib. Qeyd edək ki, M.Yegiazaryan 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.
Siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yeqiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Vazqen, Paşinyanın Mqer Yeqiazaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib: 
“Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik. Amma siz “nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır” prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə...” 
   Obyektivlikdən uzaq və qərəzli mövqelər sərgiləyən Avropa Parlamenti isə bloger Mehman Hüseynovla baglı tələm-tələsik toplantı keçirərək qətnamə qəbul etdi. Bu məsələdə kənar əllərin də canfəşanlıgı az rol oynamamışdı. M. Hüseynovun cinayət işinə xitam verilməsi il AP-dakı qaraguruhçu qrup şoka düşdü. Onların budəfəki saxtakarlıgını isə AP-nin Rumıniyadan olan üzvü, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolayn ifşa etdi.  N.Nikolayn Avropa Parlamentinin bəzi üzvləri tərəfindən verilən bəyanatların saxta olduğunu və gələcəkdə AP üzvlərinin baş verən hər hansı hadisə haqqında ətraflı məlumatı etibarlı mənbələrdən əldə edəcəklərinə ümid bəslədiyini vurğuladı.
 Avropa Parlamentinin xristian təəsübkeşliyi  Ermənistanın timsalında özünü bariz şəkildə göstərir. Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsini yada salmayan AP Azərbaycandakı xırda çatışmazlıqları süni şəkildə şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, antihumanist, zorakı addımlara isə göz yumurlar. Azərbaycan torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə ümumiyyətlə xatırladılmır. Ancaq  "24 aprel tarixinin Avropa İttifaqında "erməni soyqırımı qurbanları"nın anım günü elan olunması" haqqında qətnamə qəbul edilib.
Bu gün Avropa Parlamenti ilə münasibətlərin yenidən qurulması məsələsinə baxmaq ən düzgün addım olardı.   Avropa parlamentinin ikili standartlarının bu dəfə Mger Yegiazaryan nümunəsi bir  çox  nədənlərə aydınlıq gətirməyə yetər.
 

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....