Сообщения

“Magara düşüncəli” Orduxan və onun Azərbaycan “variantı”nın “Diqlas” sərsəmləmələri

Изображение
  “Diqlas” ticarət mərkəzində baş verən yanğında insan tələfatı olmasa da icarədarlara xeyli ziyan dəyib. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq qurumlar tərəfindən araşdırılır. Hazırda müvafiq tədbirlər görülərək binanın aidiyyəti qurumlara təhvil verilməsi və digər məsələlərlə bağlı işlər həyata keçirilir. Hadisə baş verdikdən dərhal sonra sosial şəbəkələrdə müzakirələr başlandı. Müxtəlif rəylər səsləndirildi, subyektiv mülahizələr irəli sürüldü. Yangın hadisəsinin səhlənkarlıq səbəbindən baş verməsi, qısa qapanma ehtimalı, qızdırıcı cihazların işlək vəziyyətdə qalması kimi fikirlər üstünlük təşkil etdi. Lakin son qərar hadisə baş verən ərazidə aparılan ekspertiza rəyindən sonra veriləcək. Qeyd edək ki, bu tip hadisələr dünyanın əksər ölkələrində baş verir, sadəcə miqyas fəqri olur.   Məsələn, bu yaxınlarda Rusiyanın Novosibirsk vilayətindəki Çernoreçensk qəsəbəsində 2000 kvadrat metr ərazisi olan anbarda baş verən yangın nəticəsində 10 nəfər həyatını itirmişd...

Siyasət tükənəndə...

Изображение
“Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam, aldanmışam. Mən 15 il əvvəl Ulu Öndər Heydər Əliyevin siyasi platformasına qoşularkən, məqsədim onu qara qüvvələrdən qorumaq, səhhətinin bərpa olunmasına yardımçı olmaq idi”. (“525-ci” qəzetin 12 aprel 2007-ci il tarixli 612-ci sayı. “Əli İnsanov: Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlıqlı müraciət).     Bu sitatın müəllifi keçmiş səhiyyə naziri Əli İnsanovdur. Amma inkar etmişdi ki, ölkə başçısına belə bir müraciət ünvanlamayıb. Fakt faktlıgında qalır. Onun avantürist xarakterə malik olması, mənafeyindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, «psevdoqəhrəman» obrazı yaratmaq kimi qara niyyətləri bu gün də öz “aktuallıgı”nı saxlayır. 73 yaşlı Əli İnsanov həbsxanadan çıxandan sonra illər əvvəl etdiyi xəcalətli hərəkətlərini davam etdirməyə başlayıb.  Eyforiyaya qapılaraq  Don Kixotluq sevdasına düşüb. Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə azadlığa çıxan...

Ermənistanın komitə sədrindən şok açıqlama: “Ölkədə insanları öldürmək üçün bəzi şəxslərə lisenziya verilib”

Изображение
“Ermənistanın eks-müdafiə naziri Mikael Harutyunyan gizlənə bilməz, onun harada olduğunu bilirik”. armtimes.com-un məlumatına görə bu barədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin iclasında bildirib. Komissiya sədri Andranik Koçaryan, Artur Vanetsyana istinadən bildirib ki, ölkənin keçmiş müdafiə nazirinin tapılıb istintaqa təhvil verilməsi   milli təhlükəsizlik məsələsidir. Andranik Koçaryan bildirib ki, Harutyunyan Ermənistana qayıtmalı və istintaq orqanlarının suallarını cavablandırmalıdır. "Ölkəni tərk edənlər nəhayət ki, Ermənistanın dövlət olduğunu başa düşməlidirlər. Artıq qanunlar işləyir. Ölkədə soyğunçuluq etmək, insanların öldürürmək və cəzasız qalmaq üçün lisenziyası olan insanlar var idi. Artıq bu özbaşınalıqlara birdəfəlik son qoyulmalıdır”. Xatırladaq ki, axtarışda olan Mikael Harutyunyan 2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Siyasət ustadının gedişi....

Изображение
79 yaşlı Nursultan Nazarbayevin prezidentlik postundan istefa verməsi dünya çapında böyük rezonanas dogurub. Beynəlxalq siyasi ekspertlerin, analtik mərkəzlərin təmsilçilərinin qiymətləndirmələri, eləcə də bu ölkə ilə səmərəli əməkdaşlıq quran dövlətlərin rəsmi nümayəndələrinin açıqlmaları belə bir məntiqə kökləndi ki, Mərkəzi Asiyanının lider dövlətinin rəhbərinin növbəti qərarı qazax xalqının firavan gələcəyinin təmin edilməsinə yönəlib.     Nursultan Nazarbayev adı postsovet məkanında eləcə də, qlobal siyasi arenada müdrik dövlət xadimi, birləşdirici rəhbər, qazax xalqının dünyanın tərəqqipərvər cəmiyyətlərinə inteqrasiyasına dəyərli töhfələr vermiş lider kimi qəbul edilir. Paytaxtın “möcüzələr adası” hesab edilən Astanaya köçürülməsi, Qazaxıstanın iqtisadi sahədə Mərkəzi Asiyanın dominat ölkəsinə çevrilməsi, əhalinin sosial rifah halının yüksək səviyyədə təmin olunması, dünya ölkələri və beynəlxalq qurumlarla ugurlu təmsilçilik bu böyük dövlət xadimini...

“Siyasi deqradasiya” simfonyası: Bu dəfə kontrabasda Orduxan Teymurxandır

Изображение
Avropanın müxtəlif ölkələrində məskunlaşaraq özlərini “azərbaycanlı” adlandıran və Azərbaycan hakimiyyətinə, dövlətimizə, onun simvollarına qarşı “söyüş kampaniyası” aparan siyasi marionetlərin dalana dirəndikləri açıq müşahidə olunur. Artıq bu antiazərbaycançı şəbəkənin bütün arqumentləri tükənib. Siyasi savadsızlıqları, danışıq qabiliyyətlərinin olmaması, Avropanın mərkəzi şəhərlərində yaşasalar belə məhdud dünyagörüşləri, özlərini idarə etmək bacarıqlarının  olmaması bu marginal dəstənin mahiyyətsizliyini ortaya qoyub.   Azərbaycanda sosial-iqtisadi, hüquqi islahatların ugurla davam etdirilməsi və əldə edilən müsbət nəticələr bu radikal şəbəkədə şok effekti yaradıb. Prezidentin Novruz bayramı ərəfəsində 431 nəfəri əfv etməsi cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılansa da bu radikal dəstə ənənəvi inkarçı, qaraguruh təfəkkürlə məsələyə münasibət sərgiləyirlər. Bu sırada Hollandiyada erməni lobbisinin maraqlarına uyğun olaraq Azərbaycan dövləti və hakimiyyətini hədəf...

Prezidentdən böyük humanizmlik nümunəsi

Изображение
Prezident İlham Əliyev ötən 16 ildə Azərbaycanda siyasi barışı­ğın, vətəndaş həm­rəyliyi və sülhün təmin olunması, etimad mü­hi­­tinin forma­laşdırılması istiqamətində mühüm addımlar atır. Bu önəmli məqam ölkə başçsının idarə­çilik fəlsəfəsində humanizm və insan­pər­vərlik ideyala­rının parlaq xətt təşkil etdi­yini bir daha təsdiqləyir. Azərbaycan Prezidenti bu addımlarının ma­hiy­yətini   ölkə ictimaiy­yətinə çox düzgün, dürüst şəkildə izah edir. Azər­baycanda məh­kumların əfv edilməsi – bağışlanması təqdirəlayiq ənə­nəyə çev­rilib. Bu ənənənin əsası Heydər Əliyev tərəfindən qoyulub. Heydə Əliyevi böyük şəxsiy­yət və lider kimi xarak­terizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də baca­rırdı. Şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı respublikamızda Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış və bu, 3104 məhkuma şamil edilmişdir. Həmçinin 1996-2003-cü illərdə 7 ...