Ermənistanın komitə sədrindən şok açıqlama: “Ölkədə insanları öldürmək üçün bəzi şəxslərə lisenziya verilib”



“Ermənistanın eks-müdafiə naziri Mikael Harutyunyan gizlənə bilməz, onun harada olduğunu bilirik”. armtimes.com-un məlumatına görə bu barədə Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bu gün Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin iclasında bildirib.
Komissiya sədri Andranik Koçaryan, Artur Vanetsyana istinadən bildirib ki, ölkənin keçmiş müdafiə nazirinin tapılıb istintaqa təhvil verilməsi  milli təhlükəsizlik məsələsidir.
Andranik Koçaryan bildirib ki, Harutyunyan Ermənistana qayıtmalı və istintaq orqanlarının suallarını cavablandırmalıdır. "Ölkəni tərk edənlər nəhayət ki, Ermənistanın dövlət olduğunu başa düşməlidirlər. Artıq qanunlar işləyir. Ölkədə soyğunçuluq etmək, insanların öldürürmək və cəzasız qalmaq üçün lisenziyası olan insanlar var idi. Artıq bu özbaşınalıqlara birdəfəlik son qoyulmalıdır”.
Xatırladaq ki, axtarışda olan Mikael Harutyunyan 2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir