Prezidentdən böyük humanizmlik nümunəsi




Prezident İlham Əliyev ötən 16 ildə Azərbaycanda siyasi barışı­ğın, vətəndaş həm­rəyliyi və sülhün təmin olunması, etimad mü­hi­­tinin forma­laşdırılması istiqamətində mühüm addımlar atır. Bu önəmli məqam ölkə başçsının idarə­çilik fəlsəfəsində humanizm və insan­pər­vərlik ideyala­rının parlaq xətt təşkil etdi­yini bir daha təsdiqləyir. Azərbaycan Prezidenti bu addımlarının ma­hiy­yətini  ölkə ictimaiy­yətinə çox düzgün, dürüst şəkildə izah edir.
Azər­baycanda məh­kumların əfv edilməsi – bağışlanması təqdirəlayiq ənə­nəyə çev­rilib. Bu ənənənin əsası Heydər Əliyev tərəfindən qoyulub. Heydə Əliyevi böyük şəxsiy­yət və lider kimi xarak­terizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də baca­rırdı.
Şəxsiyyət azadlığına humanist münasibətin formalaşdığı respublikamızda Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış və bu, 3104 məhkuma şamil edilmişdir. Həmçinin 1996-2003-cü illərdə 7 dəfə amnistiya elan edilmişdir. Amnistiya aktları törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirən 77 mindən çox insana şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.

Humanizmin təntənəsi

  Azərbaycan Prezidenti İlham Əliyev də son 16 ildə əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini tə­min etmişdir. Dövlət başçısının ötən müddətində əfvlə bağlı imzaladığı sərəncamlar Azərbaycanda insan hüquq­la­rının etibarlı təmi­natına və demok­ra­tik­ləşməyə xidmət edən strateji siyasi kur­sun layiqincə da­vam et­dirildiyini gös­tərir.

Prezidenti İlham Əliyev xalqımızn uzun əsrlik tarixi bayramı sayılan - Novruz ərəfəsi “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı da bu baxımdan çox mühüm addım oldu. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinin əsas götürüldüyü qeyd edilib. Bu sərəncam bir daha Azərbaycan dövlətinin humanizm siyasətinə üstünlük verdiyini göstərir. Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü, ümumiyyətlə isə Azərbaycanda sayca 65-ci əfv sərəncamıdır. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib.
 Sərəncam ümumilikdə, 431 nəfər məhkuma şamil olunub. Onlardan 399-u cəzasının çəkilməmiş hissəsindən azad edilib, həmçinin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş beş nəfərin cəzası yüngülləşdirilib.Bir sıra xarici ölkə vətəndaşları məhkumluqdan azad olundu.  Prezident İlham Əliyevin bu əfv sərəncamı Novruz bayramı ərəfəsində qohum-əqrəbası həbsdə olan bir çox ailələrə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda, islah olunma istiqamətində müsbət nəticələr əldə edən azad cəmiyyətə qovuşdular və şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Bu, həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş çox gözəl şansdır. Belə bir şansın verilməsi dövlətimizin humanizm siyasətinin mahiyyətindən və məzmunundan doğur. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə xüsusilə gözəl ovqat yaradır. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhvali-ruhiyyədə qeyd edirlər.
Dövlət başçısının ötən müddətdə qanunçuluğa, hüquq qay­da­­­larına, ədalətə bağlı olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış et­məsi eyni za­­manda onun yüksək humanizminin ifadəsidir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik, peşəkar siyasətçi olaraq əmə­li addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət tə­mi­­­natının olduğunu praktik surətdə təcəssüm etdirir.


Emin Millidən müxalifətə KİŞİLİK, cəsarət dərsi

Əlamətdar günlər və bayramlar ərəfəsində Azərbaycanda məhkumlarla bağlı əfv və amnistiyaların tətbiqi artıq ənənə halını alsa da bu gün radikal düşərgədə yenə də müəyyən spekulyativ bəyanatlar səsləndirilir. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə açılan müzakirələrdə Azərbaycanın beynəlxalq dairələrin təzyiqi qarşısında güzəştlərə getdiyi barədə sərsəmləmələrə rast gəlinir. Əslində nə baş verir.

Yeri gəlmişkən, əfv sərəncamı ilə baglı radikallar arasında da müsbət fikir bildirənlər, hətta Prezidentə minnətdarlıq məktubu ünvanlayanlar da oldu. Xaricdəki anmilli fəaliyyətinə görə qəbul etmədiyim, ancaq Prezidentin son əfv sərəncamını obyektiv qiymətləndirdiyinə görə Meydan Tv rəhbəri Emin Millini fəqləndirməyi lazım bildim. Emin Milli Prezidentə ünvünladıgı məktubda bu humanist addımı təqdir edib və müxalifətdəki dostlarına da məsələdə obyektivlik nümayiş etdirməyə çagırış edib. Hətta Emin ölkəyə gəlmək və siyasi proseslərdə iştirak etmək arzusunu da bildirib. Emin Milli bu məktubu ilə radikal düşərgəyə reallıgı düzgün qiymətləndirmək baxımından əsl KİŞİLİK və cəsarət dərsi keçdi. Onun bu çıxışı bəri başdan deyək ki, radikalların ürəyincə olmayıb. Güman ki, onu satılmaqda, xəyanətkarlıqda günahlandıracaqlar. Bu onların xislətidir və dogru söz deyənlər onların “qrant mafiyasına” ziyan gətirir. Bu səbəbdən də Əli Kərimlinin trollar dəstəsinin yaxın günlərdə Emin Milli “düşməndir” siyasi sifarişı əsasında sosial şəbəkələrdə canfəşanlıq edəcəkləri gözlənilir.
NİDA Hərəkatının fəali Qiyas İbrahimov da bu humanist aktın əhəmiyyətindən danışıb. KİV-lərə verdiyi açıqlamada “ölkədəki müxalifət liderlərindən heç bir şey gəzləməyə dəyməz, çünki onlar potensial diktatorlardır”- deyib. Sərbəst buraxılan gənc vurgulayib ki, özünü müxalifətin lideri hesab etmir və özündə liderlik potensialı da görmür.

Minnətdarlıq hissi tükənəndə: Əli Kərimli və Əli İnsanov nümunəsində 

Prezidentin son əfv sərəncamı ilə azadlıgı qovuşanlar arasında Nardaran hadisələrində, dövlət çevrilişinə cəhddə, insanları kütləvi itaətsizliyə çagırışlarda bilavasitə  iştirak edən şəxslər də var. Konkret cinayət törətdiklərinə görə həbs olunan və əlamətdar bayram ərəfəsində Prezident tərəfindən əfv olunan şəxslərin azadlıga çıxması cəmiyyət tərəfindən böyük humanist addım kimi dəyərəndirildi. Ancaq Əli Kərilmli və onun yaxın ətrafı, eləcə də 2005-ci ilin oktyabr ayında dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq həbs edilən və son əfv sərəncamı ilə azad edilən keçmiş səhiyyə naziri Əli İnsanov bu humanizm aktını özlərinə məxsus tərzdə münasibət sərgiləyiblər.

Gözləmək olardı ki, AXCP sədri müavinləri – Fuad Qəhrəmanlı və Gözəl Bayramlının əfv olunmasını ən azından müsbət hal kimi qiymətləndirəcək və sosial şəbəkələr vastəsilə bu humanizmi heç olmasa bircə dəfə cəsarət tapıb təqdir edəcək. Lakin bu dəfə də Əli Kərimli  cəsarət göstərə bilmədi. Konkret cinayət əməlləri törətmiş müavinlərinin azad edilməsini Prezidentin humanizminin nəticəsi kimi yox, 19 yanvar mitinqi ilə əlaqələndirdi. Nə qədər rəzil, inkarçı xislətdə oldugunu Kərimli bir daha nümayiş etdirdi.

Əli Kərimli həbsdən azad olunan - Fuad Qəhrəmanlı eləcə də Gözəl Bayramlı ilə görüşərək onalara danışmaq imkanı vermədən “mübarizəni davam etdirəcəyik” anaonsunu verməsi ümumiyyətlə bu tip insanların reallıq hissini itirdiklərini göstərir. AXCP sədri hələ bloger Mehman Hüseynov həbsdən azd olunan zamanı bu siyasi şounu düzənləmişdi. Hmin vaxt da 19 yanvar-Emin Hüseynov paralelliyini apararaq bu ad altında müəyyən divident qazanmaga çalışmışdı. O radikal düşərgədə ciddi təpki ilə qarşılandı. Mehman Hüseynovun azad olunması məsəsləsində “xidmətlərini”n oldugunu göstərməsi işə yaramadı.
Xaricdək antiazırbaycan şəbəkənin siyasi alətləri başda Emin Hüseynov olmaqla öz facebook hesablarında, eləcə də internet resurslarında Əli Kərimlinin Mehman Hüseynovun adından spekulyasiyasını ifşa etdilər. AXCP sədrinin qapıarxası edilməsi də bu nəticədən qaynaqlanırdı. Bu dəfə də Əli Kərimli yenidən 19 yanvar mitinqinin son əfv sərəncamına hansısa təsirlərindən bəhs edən  siyasi şoularını aparmaqdadır. Yenə də Qənimət Zahidin “Sözarası” ilə Sevinc Osmanqızının proqramı onun yalanlarını tirajlamaqdadır.

Əli İnsanov da həbsxanadan çıxar-çıxmaz ilk sözünü minnətdarlıqla başladı. Amma bu minnətdarlıq böyük humanizm göstərərək 431 nəfəri, o cümlədən İnsanovun özünü də azadlıga qovuşduran Şəxsin ünvanına yönəlmədi. Keçmiş səhiyyə naziri azadlıga çıxmasına görə Qərbə, ABŞ rəhbərliyinə, konqresinə, Avropa Birliyinə və Avropa Şurasına təzim etdi. Nə qədər paradoksal bir vəziyyətdir. Sual olunur, adı çəkilən dairələrin məsələdə nə kimi rolu ola bilər. Niyə indiyə qədər həmi dairələr öz mövcudluqlarını göstərmirdilər. Bu sualların əslində bir cavabı  var.  Əli İnsanovun istinad etdiyi beynəlxalq qurumların, dövlətlərin Azərbaycana təsir, təzyiq etmək imkanları sıfıra bərabərdir. Bunu sübut edən kifayət qədər faktlar var. Azərbaycan dövləti onunla təzyiq, təhdid dili ilə danışan istənilən subyekti yerində otuzduraraq öz maraqlarını diktə etmək gücünü çoxdan sübuta yetirib. Əli İnsanovun müəyyən qüvvələrin təsiri altında belə açıqlama verməsi onun da artıq radikal siyasi şoumenlər dəstəsinə qoşuldugunu sübuta yetirir.
Son 16 ildə hüquq islahatları nəticəsində respublikamız insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Azərbaycanın qüdrətli dövlət kimi dünya siyasi arenasında öz layiqli yerini tutması insan hüquq və azadlıqları sahəsində Qərbin yüzilliklər boyu keçdiyi yolu ən qısa zamanda adlayaraq böyük nailiyyətlər qazanıb. Milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün müvafiq Qərb təsisatları ilə əməkdaşlıq edilmiş, bir sıra milli hüquqi aktlar məhz belə əməkdaşlıq və müzakirələrin nəticəsində qəbul edilmişdir.
Humanizm və insanpərvərlik ideallarını rəhbər tutan Prezident İlham Əliyev hansısa beynəlxalq təşklatın, dövlətin və dairələrin istəyinə uygun olaraq addım atmır. Bunu ölkə başçısı dəfələrlə sübuta yetirib. Prezident İlham Əliyev şəxsi nümunəsində əsl lider ilə populistin fərqini əyani şəkildə göstərib. 
Azərbaycan rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətdə Azərbaycanın qazandığı bütün nailiyyətlər cənab İlham Əliyevin əsl dövlət xadimi olduğunu bir daha təsdiqləyir. Prezident  pafosdan, populizmdən uzaq olan, praqmatik təfəkkürlü lider oldugunu sübuta yetirib. Dövlət başçısının elə bir vədi yoxdur ki, ötən 16 ildə bəyanat səviyyəsində reallaşmamış qalsın. Ölkə başçısının beynəlxalq tribunalardan Azərbaycanın haqlı mövqeyini diktə etməsi, Ermənistan başda olmaqla bir sıra dövlətlərin də böyük təkidlə Ramil Səfərovun Macarıstanda ömürlük həbsdə saxlanması cəhdlərinin dəf edilərək Vətən oglunun ölkəyə gətirilməsi, Cocuq Mərcanlı, Günnüt hərbi nailiyyətləri, nüfuzlu tədbirlərin paytaxtımızda keçirilməsi üçün etimad mühitinin yaradılması eləcə də ölkə əhalisinin sosial durumunun yaxşılaşdırılması sahəsində, eləcə də bir çox dövlətlərin tərəddüdlə yanaşdıgı sosial islahatların ugurla həyata keçirilməsi ölkə başçısının qətiyyətindən, prinsipallıgından irəli gəlir.   
Azərbaycan Prezidenti son addımı ilə bir daha təsdiqlədi ki, qətiyyətli, prinsipal lider olaraq qərarları da məhz lazım bildiyi anda verir.



Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....