“Siyasi deqradasiya” simfonyası: Bu dəfə kontrabasda Orduxan Teymurxandır


Avropanın müxtəlif ölkələrində məskunlaşaraq özlərini “azərbaycanlı” adlandıran və Azərbaycan hakimiyyətinə, dövlətimizə, onun simvollarına qarşı “söyüş kampaniyası” aparan siyasi marionetlərin dalana dirəndikləri açıq müşahidə olunur. Artıq bu antiazərbaycançı şəbəkənin bütün arqumentləri tükənib. Siyasi savadsızlıqları, danışıq qabiliyyətlərinin olmaması, Avropanın mərkəzi şəhərlərində yaşasalar belə məhdud dünyagörüşləri, özlərini idarə etmək bacarıqlarının  olmaması bu marginal dəstənin mahiyyətsizliyini ortaya qoyub.
 Azərbaycanda sosial-iqtisadi, hüquqi islahatların ugurla davam etdirilməsi və əldə edilən müsbət nəticələr bu radikal şəbəkədə şok effekti yaradıb. Prezidentin Novruz bayramı ərəfəsində 431 nəfəri əfv etməsi cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılansa da bu radikal dəstə ənənəvi inkarçı, qaraguruh təfəkkürlə məsələyə münasibət sərgiləyirlər. Bu sırada Hollandiyada erməni lobbisinin maraqlarına uyğun olaraq Azərbaycan dövləti və hakimiyyətini hədəf alan insanabənzər varlıq olan - Orduxan Teymurxanın sərsəm açıqlamaları diqqəti cəlb edir. O , həqiqətən meymun və inan arasındakı keçid dövrünə xas bir yaşam tərzi nümayiş etdirir.  

Orduxan Teymurxanın qulaqcıqla Niderland küçələrində sərgadan gəzərək, şzafrenik insana xas formada ”siyasi şərhlər” verməsi, sonra da söyüş, təhqirlə dolu ifadələr işlətməsi onun  mahiyyətini göstərir. O bu dəfə də sayaqladı. “Facebook” profilindəki son canlı yayımda Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən verilən əfv sərəncamı, eləcə də mitinqlər məsələsindən danışıb. Başlayan kimi də “fontan” vurub. Əvvəlcə deyir ki, “Novruz” rus sözüdür, mənası “yeni gün” deməkdir! Bu adam dogrudan da xəstə oldugunu hər dəfə sübuta yetirir. Sonra isə əfv sərəncamı ilə baglı sayaqlamaga başlayır.
Sosial şəbəkə “qəhrəmanı” öz paylaşımında ölkə başçısısnın imzaladıgı əfv sərəncamında “Müsəlman birliyi” hərəkatının rəhbəri Taleh Bagırzadənin adının olmamasından narahatçılıgını ifadə edib. Bu narahatlıq bir daha Orduxan Teymurxanın hansı şəbəkənin buyruq qulu oldugunu müəyyən etməyə imkan verir. Məlum oldugu kimi, 2015-ci il noyabrın 26-da hüquq mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən bir qrup silahlı cinayətkar dəstə zəzərsizləşdirildi. Radikal ekstremist dəstəyə rəhbərlik edən Taleh Bağırzadənin qeydiyyatdan keçməyən və hüquqi ünvanı olmayan “Müsəlman birliyi” hərəkatı üzvlərinin dövlət və konstitusiya quruluşumuza qarşı yönələn cinayətkar əməllərinin qarşısı qətiyyətlə alındı. Oruxanın dini ekstremist dəstənin rəhbərini gündəmə gətirməsi onun əsas fəaliyyət istiqamətlərinin konturlarını dəqiq müəyyənləşdirir.
İnsanları hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edənlərlə Orduxanın sinxrionlaşan mövqeyinin bir daha şahidi oluruq. Bu manqurtlaşmış varlıq da sosial şəbəkələrdə  insanları kütləvi itaətsizliyə çagırışları ilə diqqəti cəlb edir. Demək, bu adamları birləşdirən ortaq nöqtələr var. 
Teymurxan Holladiya küçələrində mitinq məsələsindən də danışıb. Orduxanın siyasi alət kimi bu gün kontrabasda tək qalmasının onun öz dilindən səsləndirilməsi bu məxluqun nə qədər rəzil duruma düşdüyünü göstərir: “Ayın axırında Avropada və ABŞ-da mitinqlər təşkil etməyi düşünürük. Amma bizə dəstək olmasa mən Hollandiyada təkbaşına mitinq edəcəyəm. Heç kim mənə lazım deyil,  bazar günləri təkbaşına etirazlara çıxacam”.

Bu insanın psixi durumunun yerində olmadıgı hər çıxışında bir az da yəqinləşir. Xatırladım ki,  ötən ayın sonunda söyüş qrupunun üzvlərindən olan Məhəmməd Mirzəli, Tural Sadıqlı və Orduxan Teymurxan arasında ayrı-ayrı şəhərlərdə mitinqlərin təşkil edilməsi barədə razılıq əldə olunaraq xarici antiazərbaycan şəbəkədən pul da alınmışdı. Orduxanın və digər marginal dəstə üzvlərinin  mitinqlərinə heç kimin gəlməməsi sifarişçilər tərəfindən narazılıqla qarşılanmışdı. Teymurxan həmin vaxt böyük otellərin birinin tualetinə gedərək təkbaşına siyasi şüarlar səsləndirməsi də işə yaramadı. Ona görə də Orduxan eyham vurur ki, təkbaşına mitinq edəcəm. Çünki anlayır ki, Avropada sanksiyalaşdırılmamış mitinqə heç bir formada icazə verilə bilməz. Onun siyasi alət kimi təkbaşına  “mitinq kompozisiyasını” qurması da yalnız ofis tualetləri çərçivəsində reallaşır.

 Küçə söyüşləri, nalayiq hərəkətləri yaşam tərzinə çevirən Orduxan Teymurxan indi də dini ekstremizni təblig edən açıq çagırışlar edir. Lakin anlamır ki, təkbaşına eyforiyaya qapılaraq Holland küçələrində tufeyli həyat sürən, ekstremist şüarlar səsləndirməklə diqqəti özünə cəlb edə bilməyəcək. Şübhəsiz ki, Azərbaycanda Yastı Salmanlara, Yarməmmədlərə heç zaman yer olmayıb. Bu kimi antimilli ünsürlər Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənmir. Bunun fərqində olun artıq.









Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....