Siyasət ustadının gedişi....







79 yaşlı Nursultan Nazarbayevin prezidentlik postundan istefa verməsi dünya çapında böyük rezonanas dogurub. Beynəlxalq siyasi ekspertlerin, analtik mərkəzlərin təmsilçilərinin qiymətləndirmələri, eləcə də bu ölkə ilə səmərəli əməkdaşlıq quran dövlətlərin rəsmi nümayəndələrinin açıqlmaları belə bir məntiqə kökləndi ki, Mərkəzi Asiyanının lider dövlətinin rəhbərinin növbəti qərarı qazax xalqının firavan gələcəyinin təmin edilməsinə yönəlib.
    Nursultan Nazarbayev adı postsovet məkanında eləcə də, qlobal siyasi arenada müdrik dövlət xadimi, birləşdirici rəhbər, qazax xalqının dünyanın tərəqqipərvər cəmiyyətlərinə inteqrasiyasına dəyərli töhfələr vermiş lider kimi qəbul edilir. Paytaxtın “möcüzələr adası” hesab edilən Astanaya köçürülməsi, Qazaxıstanın iqtisadi sahədə Mərkəzi Asiyanın dominat ölkəsinə çevrilməsi, əhalinin sosial rifah halının yüksək səviyyədə təmin olunması, dünya ölkələri və beynəlxalq qurumlarla ugurlu təmsilçilik bu böyük dövlət xadiminin adı ilə baglıdır.     
Qazaxıstan sahəsinin böyüklüyünə görə dünyada doqquzuncu yerdə qərarlaşıb, regionun ÜDM-nin 60 faizi bu ölkəyə məxsusdur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil edir, həmçinin böyük mineral resurslara sahibdir. Son 30 ildə bu təbii ehtiyyatların xalqın mənafeyinə uygun istifadə edilməsi də məhz Nursultan Nazarbayevin adı ilə baglıdır.

Qazaxıstan liderinin türkdilli ölkələrlə, xüsusən də Azərbaycanla baglılıgı, bütün dövrlərdə ölkəmizin maraqlarına uygun addımlar atması iki türk respublikası arasında bütün müstəvilərdə əməkdaşlıgın inkişafına şərait yaradıb.  Ortaq tarixə, mədəniyyətə malik olan bu türk dövlətləri arasında 30 ilə yaxın müddətdə əməkdaşlıq daha da dərinləşib. Azərbaycanın ən agrılı problemi olan Daglıq Qarabag münaqişəsinin alovlandıgı ilk illərdə də Nursultan Nazarbayevin problemin sülh yolu ilə həlli istiqmətində fəaliyyət göstərməsini xatırlayıram. 
    1991-ci il  sentyabrın 21-də  Rusiya prezidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistan-Azərbaycan münaqişəsinin sahmanlanmasına vasitəçilik etmək təşəbbüsü ilə Bakıda olmuşdular. Prezidentlər Bakıdakı görüşlərdən sonra Dağlıq Qarabağa (Xankəndiyə), oradan isə İrəvana gedərək Jeleznovodskda (Rusiya) Azərbaycan-Ermənistan danışıqlarının təşkili barədə müzakirələr aparmışdılar. 
Həmin ilin sentyabrın 23-də Jeleznovodsk şəhərində Rusiya prezidenti B.Yeltsin və Qazaxıstan prezidenti N.Nazarbayevin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərləri  arasında görüş keçirildi. Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etdilər. Görüşün yekunu olaraq münaqişənin sülh yolu ilə həllinə dair bəyannamə imzalansa da erməni tərəfi bu anlaşmaya əməl etmədi. Jeleznovodsk görüşündən cəmi bir neçə gün sonra Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumlara başladı. Qazaxıstan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ilk gündən ədalətli və beynəlxalq hüquq normalarına söykənən mövqe tutub. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan  Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır.
Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlib. Ulu öndərin xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirib. Dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb edib.
Siyasi münasibətlərin daha da möhkəmləndirilməsi bilavasitə iqtisadi münasibətlərin dinamik inkişaf zərurəti ilə şərtlənir. Ölkələrimiz və xalqlarımız arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş ciddi nailiyyətlər ümumilikdə dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.
Qazaxıstanda 130 min etnik azərbaycanlı yaşayır ki, onlar da adıçəkilən ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Eyni zamanda müştərək müəssisələr açır, biznes qurur və ölkələrmiz arasında münasibətlərin yaxşılaşdırmağa kömək edirlər. Azərbaycan dövləti Qazaxıstana fəal sərmayə qoyub və Aktauda logistika mərkəzinin açılışı və həmin şəhərdə energetika-maşınqayırma zavodunun inşası ticari-iqtisadi əməkdaşlığınn möhkəmlənməsinə yönəlib. Eyni zamanda ölkəmiz Qazaxıstandan müasir nəqliyyat vasitələri, teplovozlar, elektrovozlar idxal edir. Qazaxıstanın iqtisadi cəhətdən inkişaf etməsi, dünya miqaysında artan nüfuzu, eyni zamanda Azərbaycanın iqtisadi baxımdan bölgədə lider rolunu oynaması, regionda və beynəlxalq aləmdə nüfuzunun daim artması kimi ümumi oxşarlıqlar əlaqələrimizin genişlənməsi üçün yaxşı zəmin yaradır. Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan əlaqələri son illərdə daha da inkişaf edib.
Bütün bu sadalananalar və əldə olunan nəticələr Qazaxıstana ugurla rəhbərlik etmiş Nursultan Nazarbayevin ölkəyə rəhbərlik etdiyi “qızıl dövrə” təsadüf edir. Prezident İlham Əliyev  Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə etdiyi telefonla zəngində bu məqamlara toxunub.  Dövlət başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Prezident İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Xatırladım ki, Nursultan Nazarbayev istefa verdikdən sonra spiker Kasım-Jomart Tokayev  seçki müddətinin başa çatmasına qədər prezident postuna gəlib.
Beynəlxalq və regional miqyasda nəhəng layihələrin əsas təşəbbüskarlarından və icraçılarından biri olan Azərbaycan ilə böyük enerji resurslarına malik olan Qazaxıstan arasındakı  münasibətlər bundan sonra da ugurla davam edəcək. Çünki əsası ulu öndər Heydər Əliyev və qazax xalqının lideri Nursultan Nazarbayev tərəfindən möhkəm təməl üzərində qurulmuş bu əlaqələr xalqlarımızın mənafeyinə uygundur.


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....