Siyasət tükənəndə...



“Qarşınızda xəcalət çəkirəm, böyük günah iş tutmuşam, aldanmışam. Mən 15 il əvvəl Ulu Öndər Heydər Əliyevin siyasi platformasına qoşularkən, məqsədim onu qara qüvvələrdən qorumaq, səhhətinin bərpa olunmasına yardımçı olmaq idi”. (“525-ci” qəzetin 12 aprel 2007-ci il tarixli 612-ci sayı. “Əli İnsanov: Cənab prezident, qarşınızda xəcalət çəkirəm” başlıqlı müraciət).
   



Bu sitatın müəllifi keçmiş səhiyyə naziri Əli İnsanovdur. Amma inkar etmişdi ki, ölkə başçısına belə bir müraciət ünvanlamayıb. Fakt faktlıgında qalır. Onun avantürist xarakterə malik olması, mənafeyindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, «psevdoqəhrəman» obrazı yaratmaq kimi qara niyyətləri bu gün də öz “aktuallıgı”nı saxlayır.
73 yaşlı Əli İnsanov həbsxanadan çıxandan sonra illər əvvəl etdiyi xəcalətli hərəkətlərini davam etdirməyə başlayıb.  Eyforiyaya qapılaraq  Don Kixotluq sevdasına düşüb. Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə azadlığa çıxan sabiq səhiyyə nazirinin jurnalistlərə ilk açıqlaması zamanı səsləndirdiyi iki fikir bu insanın islah olunmadıgını və yenə də böyük ambisiyalara qapıldıgını nümayiş etdirir.
Eks-nazir jurnalistlərə açıqlamasında azadlıga buraxılmasında ABŞ-ın, Avropa ölkələrinin eləcə də bir sıra beynəlxalq qurumlarının “rolu”ndan danışması eləcə də, müxalifətlə əməkdaşlıq perspektivləri barədə “bilmək olmaz hələ, kim kimin ətrafında birləşəcək”,- deyə iddialı fikir bildirməsi müəyyən sualları ortaya çıxarıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Əvvala, Əli İnsanov ölkə başçısının sərəncamı ilə azadlığa buraxılan 431 nəfərdən biridir.   2005-ci ilin oktyabrında törətdiyi konkret cinayət əməllərinə görə həbs edilmiş və prezidentin humanizmi nəticəsində azadlıga çıxmış keçmiş səhiyyə naziri verdiyi bəyanatlarda reallıqla əlaqələrini itirdiyi bir daha nümayiş etdirib. Sual olunur, 2005-ci ildən bu yana necə olur ki, adlarını sadaladıgın beynəlxalq qurumlar, eləcə də dövlətlər bircə dəfə də olsun səninlə baglı hansısa bəyanat verməyiblər. Bu şəxsin mövcudlugu belə həmin dairələrin maragında belə olmayıb. İnsanavin adlı dərman pereparatının dünyada tanındıgını deyən bu “alim”in yaratdıgı həbin heç bir müalicə təsirlərinin olmadıgı və xeyli pulların havaya sovruldugu sonradan bəlli oldu.  Həmin qurumların hakimiyyətə hansısa təsirlərindən danışan Əli İnsanov unudur ki, Azərbaycan rəhbərliyinə təsir və təzyiq göstərməklə nəyəsə nail olmaq mümkün deyil.  Prezident məhz lazım bildiyi zamanda qərarlarını verir və bunu zaman-zaman təsdiqləyib.  

Korrupsiyaya bulaşmış, mənsub olduğu komandaya xəyanət etmiş, dövlət çevrilişinə cəhd etmiş Əli İnsanovun azadlıga qovuşandan sonra minnətdarlıq edəcəyi tək ünvan cənab Prezident olmalı idi. Ancaq o həbsxnadan çıxandan sonra özünü aqressiv şəkildə ifadə etdi, cəmiyyətə fərqli görünmək istədi. Keçmiş səhiyə naziri inkarçı xislətini yenə də ortaya qoydu. Bu insanda unutqanlıq hissi o qədər güclüdür ki, vaxtilə etdiyi səhvlərə görə bagışlanması üçün ölkə başçısına yalvarışlarını unudaraq xarici dairələrə məqsədli mesajlar verdi. Bu nəticə göstərdi ki, illərdir keçirdiyi məhbus həyatı bu insanın isalah olunaraq saglam cəmiyyətə qayıtması üçün kifayət etməyib.
Əli İnsanovun həbsxanadan çıxandan sonra hansı yöndə siyasi fəaliyyət göstərəcəyi məsəsləsi ətrafında da müxtəlif fikirlər dolaşır. Qeyd edək ki, onun təşkilat yaratmaq və ətrafına reneqatları toplayacaqlgı barədə mətbuatda məlumatlar gedir. İlk sırada isə reneqat Eldar Namazovun adı çəkilir. Xatırladaq ki,  E. Namazov Ə. İnsanova yaxınlığı ilə seçilən şəxs olub. Hətta illər öncə “YeS” blokunun yaradılmasına Ə. İnsanovun dəstək verdiyi də iddia olunur. Eyni düşüncəyə sahib olan və hakimiyyətə münasibətdə də xəyanətkarlıqları ilə bir mövqeni paylaşan bu insanların bir yerdə olmaları qeyri-realdır. Çünki “olmasa olmaz” fəlsəfəsi bu insanların eyni yolu addımlamasına əngəl yaradır.  E.Namazovun birincilik iddiasi və Ə.İnsanovun da məkrli liderlik ambisiyaları bir təşkilat daxilində onların qruplaşmasına imkan verməz. Hər halda görünən nəticə budur.
Ə.İnsanov daha bir ənənəvi variantı gündəmə gətirib. Söhbət bu dəfə də Qərbi azərbaycanlılarla baglı məsələdən gedir. Ancaq həbsxanada oldugu müddətdə bu “ssenari” əks effekt vermişdi və adıçəkilən regiondan ona heç bir dəstək gəlməmişdi. Xatırladım ki, 2005-ci il oktyabrın 28-də “Hyatt Regency - Naxçıvan” hotelində əslən Qərbi Azərbaycandan olan ziyalılar mətbuat konfransı keçirərək Əli İnsanovun dövlətçiliyimizə qarşı yönələn hərəkətlərini, səhiyyə sistemində yol verdiyi korrupsiya əməllərini pisləmişdilər.  Bu sırada  Misir Mərdanov, Əhliman Əmiraslanov, Abel Məhərrəmov, Abuzər Xələfov adlarını xatırlatmaq yerinə düşər.
Bu gün də Əli İnsanovun bu ad altında spekulyasyaları müşahidə olunsa da reallıq odur ki, sosial şəbəkələrdə sosial statusundan asılı olmayaraq regonu təmsil edən insanlar birmənalı şəkildə keçmiş səhiyyə nazirinin açıqlamalarını ciddiyə almırlar. Belə demək mümkünsə onun bioloji, siyasi və mənəvi cəhətdən yaşlandıgını və bu baxımdan da fikirlərinin əhəmiyyətsiz oldugunu bildirirlər.

Əli İnsanovun bir sıra mətbu orqanlarında ayrı-ayrı şəxslərin ünvanına verdiyi açıqlamalara münasibət də fərqlidir. Məsələn,  sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev keçmiş səhiyyə naziri Əli İnsanovun son çıxışları ilə bağlı bildirib:  "Əli İnsanovun son müsahibəsi zamanı söylədiyi müəyyən fikirlərin hamısı səhvdir. Ona demək istəyirəm ki, ağrıdan doğan emosiya ilə müsbət nəticə əldə etmək mümkün deyil. Mən heç kimə ağıl öyrətmək fikrində deyiləm. Əgər ağıl öyrənmək istəsəydi, 15 il bundan əvvəl məni dinləyərdi, daha qeyri-adamları yox! Ona görə də mən hesab edirəm ki, onun dediyi fikirlərin hamısı səhvdir"
Meydan Tv-nin rəhbəri  Emin Milli isə ölkə başçısının 16 mart tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış keçmiş səhiyyə naziri Əli İnsanova çağırış ünvanlayıb. O, sosial şəbəkədə yazıb: “Əli İnsanov etiraf etməlidir, üzr istəməlidir və siyasətdən getməlidir”.
Əli İnsanov yenə də populizm, ambisioz idialarla gündəmdə qalmaq istəyir. Onun nala-mıxa vuran fikirləri, reallıgı düzgün qiymətləndirməyərək “kənar əl” təsirlərindən spekulyasiyaları  ugursuz siyasi gedişlərinin konturlarını müəyyən etməyə imkan verir.  Bu yolun onu hara aparıb çıxaracagını bir daha düşünməsi yaxşı olardı...  


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....