“Magara düşüncəli” Orduxan və onun Azərbaycan “variantı”nın “Diqlas” sərsəmləmələri



 “Diqlas” ticarət mərkəzində baş verən yanğında insan tələfatı olmasa da icarədarlara xeyli ziyan dəyib. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq qurumlar tərəfindən araşdırılır. Hazırda müvafiq tədbirlər görülərək binanın aidiyyəti qurumlara təhvil verilməsi və digər məsələlərlə bağlı işlər həyata keçirilir.
Hadisə baş verdikdən dərhal sonra sosial şəbəkələrdə müzakirələr başlandı. Müxtəlif rəylər səsləndirildi, subyektiv mülahizələr irəli sürüldü. Yangın hadisəsinin səhlənkarlıq səbəbindən baş verməsi, qısa qapanma ehtimalı, qızdırıcı cihazların işlək vəziyyətdə qalması kimi fikirlər üstünlük təşkil etdi. Lakin son qərar hadisə baş verən ərazidə aparılan ekspertiza rəyindən sonra veriləcək. Qeyd edək ki, bu tip hadisələr dünyanın əksər ölkələrində baş verir, sadəcə miqyas fəqri olur.  Məsələn, bu yaxınlarda Rusiyanın Novosibirsk vilayətindəki Çernoreçensk qəsəbəsində 2000 kvadrat metr ərazisi olan anbarda baş verən yangın nəticəsində 10 nəfər həyatını itirmişdi. Anoloji hadisələr ABŞ-da, Fransada da baş verib. Belə ki, təbii fəlakətdən, yangın hadisəsindən heç bir dövlət sıgortalanmayıb.

Söhbət baş verən hadisə zamanı insanlara dəymiş ziyanın qısa zamanda aradan qaldırılmasından gedir ki, bu istiqamətdə də müvafiq qurumlar tərəfindən tədbirlər görülməkdədir. Ancaq bir qrup radikal kəsim var ki, nəticə bəlli olmamış baş verən yangın hadisəsindən spekulyativ məqsədləri üçün istifadə etməyə cəhd edirlər. Pafoslu və qeyri-obyektiv‚ həqiqətdən uzaq, ritorik anlamda fikirlər səsləndirərək cəmiyyətin diqqətini özlərinə cəlb etmək istəyirlər. Bu dəfə də insanların heysiyyatı ilə oynamaq “missiyasını” xarici antiazərbaycançı şəbəkənin marioneti olan Orduxan Teymurxanla və ölkədə daim təxribat yaratmaga can atan AXCP sədri Əli Kərimli üzərlərinə götürüblər.
Holland “oglanın” facebook səhifəsində ölkə və dövlət maraqları əleyhinə, eləcə də baş verən hadisə ilə baglı anormal bəyanatlar verməsi bu xəstə təfəkkürlü insanın həqiqətən də müalicəyə ehtiyacı oldugunu göstərir. Orduxan Teymurxan yangın hadisəsini siyasiləşdirməyə çalışaraq özünün “magara düşüncəsi” ilə baş verənlərə “qiymət” verməyə çalışıb. Onun yangın vaxtı əmlaklarına ziyan dəymiş icarədarları zorakı vastələrə əl atmaga çagırış etməsi bu müqəvvanın ölkədə qarışıqlıq yaratmaq niyyətini açıq ortaya qoyur.  Erməni “qlobal tor”unda trolluq edən Teymurxanın belə bir sərsəm mövqe nümayiş etdirməsi insanların heysiyyatına toxunur. Amsterdamda  sərgədan həyat tərzi keçirərək küçələrdə çəkilişlər edən və xırda səsdən belə az qala huşunu itirən qorxaq Neandertal bu gün bir daha təsdiqlədi ki, onun üçün müqəddəs sayıla biləcək heç nə qalmayıb. Yaxınlarının belə qəbul etmədiyi bu siyasi alətin insanların düşdüyü gözlənilməz bir durumdan yararlanamaq istəyi onun bütün parametrlər üzrə mahiyyətsizliyini göstərdi.

Ümumi kontekstdə aparılan araşdırmalar göstərdi ki, Orduxan Teymurxanın Azərbaycandakı “variantı”  Əli Kərimlidir.  Xatırladaq ki, AXCP sədri də hərəkətləri ilə Orduxanı təkrarlayır. O da ümumxalq hüzn günlərində, anım tədbirlərində, eləcə də təbii fəlakət və hər hansı gözlənilməz hadisələr zamanı siyasi təxribatlara cəhd edir. Bu il 20 Yanvar şəhidlərinin anım günündə, 26 fevral Xocalı soyqırımı abidəsini ziyarət  zamanı  “milli şura” üzvlərinin qarışıqlıq yaratmasının şahidi olduq. Bu dəfə də Əli Kərimli özünün facebook hesabından eləcə də, “trollar” şəbəkəsi vastəsilə yangın hadisəsini “provakativ gediş”lə “analiz” edib. 


90-cı illər təfəkküründən uzaga getməyən Əli Kərimli insanlar arasında xaotik vəziyyət yaratmaq niyyəti ilə absurd fikirlər səsləndirib. Əsassız ittihamlar səsləndirərək, təxribata sürükləyən bəyanatlarla icarədarlara çagırışlar edib. Hətta onları AXCP sıralarına qəbul etmək kimi gülünc bir təklif də irəli sürüb.
Yenə də radikal kəsim iyrənc siyasi mübarizə yollarını göstərdilər. İnsan nə qədər ləyaqətsiz olmalıdır ki, reallıgı düzgün qiymətləndirmək istəməsin. Orduxan və Əkli Kərimlinin timsalında biz artıq bunu görürük. Yaxşı bir deyim var, ləyaqətsiz adama həqiqəti söyləmə....

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....