Azərbaycanın turizm potensialı Küveyt mətbuatında
http://www.aljarida.com/articles/1550421172460764100/
Küveyt dövlətinin aparıcı
nəşri olan aljarida.com-da Azərbaycan dünyada yeni bir turizm məkanı kimi təqdim
olunub. Bu sahədə geniş potensiala malik olan respublikamızda turizmin inkişafı
və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə
çevrilməsi xüsusi vurgulanıb. Məqalədə Azərbaycanda məqsədyönlü brendinq tədbirlərinin
həyata keçirilməsi, infrastrukturun ən
müasir standartlara uygun olması müsbət məqamlar kimi qeyd olunub, cəlbedici turizm məkanlarının müxtəlifliyinə,
paytaxt və bölgələrdə unikal səyahət imkanlarının olmasına diqqət yönəldilib. Küveytin
adıçəkilən nəşrinin dünyada nüfuza və böyük oxucu auditoriyasına malik oldugunu
nəzərə alsaq, ölkəmizin turizm potensialı ilə baglı daha geniş məlumatın çatdırılması
baxımından bu məqalənin mühüm əhəmiyyəti
var.
Turizm dünyada sürətlə inkişaf edən biznes sahələrindəndir.
Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin
payına düşür, göstərilən xidmətlərin təqribən üçdəbiri beynəlxalq turizm vasitəsilə
həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda
və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. BMT-nin Ümumdünya Turizm Təşkilatı
tərəfindən ildə üç dəfə turizm reytinqi açıqlanır. Bu reytinqdə BMT-yə üzv olan
region və subregionlar beynəlxalq turistlərin sayına, daxili turizmdən əldə
olunan gəlirə və xaricə gedən ziyarətçilərin xərclərinə əsasən sıralanır. 2017-ci
il üzrə ən çox turist gələn ölkələr - Fransa (88,9 milyon), İspaniya (82,2
milyon), ABŞ (72,9 milyon), Çin (59,9 milyon), İtaliya (48,6 milyon), Türkiyə (39,9
milyon) qərarlaşıb. Türkiyə turizm sektorunda 2023-cü il hədəflərinin 50
milyon turist və gəlirlərinin 50 milyard dollar olacagını proqnozlaşdırır. Statistik təhlillərə əsaslanan proqnozlar
turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyətli olduğunu deməyə əsas verir. Belə
ki, bu sektor, eyni zamanda, sosialiqtisadi inkişafın əsas təkanverici qüvvəsi
kimi dünyanın bir çox ölkələrinin milli iqtisadi prioriteti hesab edilir.
Əlverişli
təbii şəraitə malik olan Azərbaycan da turizm sahəsində böyük inkişaf perspektivlərinə
malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji,
mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
Turizmin inkişafına dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində bu
sahənin dinamik inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına
inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə
davamlılığı yüksəlmişdir.
Turizm sahəsində mövcud olan geniş imkanlar
ölkəmizin bir sıra beynəlxalq təşkilatlarla turizmin inkişafı istiqamətində
əməkdaşlıq etməsinə şərait yaradır. Bu beynəlxalq qurumlar arasında Dünya
Turizm Təşkilatının, İslam Konfransı Təşkilatının, GUAM-ın, Müstəqil Dövlətlər
Birliyinin və digər təşkilatların adlarını çəkmək olar. Eyni zamanda,
Azərbaycan turizm sahəsində zəngin təcrübəsi olan Türkiyə, Polşa, İtaliya,
Gürcüstan, Ukrayna, Rumıniya, Belarus, Yunanıstan, Moldova, Qətər və digər
ölkələrlə hökumətlərarası sazişlər imzalamışdır.
2016-cı ilin 24 noyabr
tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Küveyt Dövlətindəki səfirliyinin birgə təşkilatçılığı ilə
Azərbaycanın turizm potensialının Küveyt dövlətində təbliğatı məqsədilə iki
ölkənin turizm sənayesi nümayəndələri arasında B2B görüşu keçirilmişdi. Tədbir
çərçivəsində Azərbaycanın zəngin turizm potensialının Küveyt dövlətində
təbliğatı məqsədilə ölkə təqdimatı, eləcə də yerli mehmanxana və turizm
şirkətlərinin təqdimatları olmuşdu. Azərbaycanın turizm potensialının Küveytdə
tanıdılması baxımından bu tədbirin böyük əhəmiyyəti olmuşdu.
Prezident İlham
Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi daim
diqqətdə saxlayır. Buna ən bariz nümunə kimi Prezident İlham Əliyev tərəfindən
2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunmasını göstərmək olar. Ötən
müddətdə Azərbaycan milli mədəniyyətinin və turizm potensialının dünyada tanıdılması,
ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiya olunması, milli
mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi
və gələcək nəsillərə olduğu kim çatdırılması istiqamətində müəyyən nəticələrə nail
olmuşdur.
Turizm
sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədilə 2006-cı ildə Turizm
İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən
kurslar açılmış, eyni zamanda, Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə müxtəlif
təlim proqramları həyata keçirilməkdədir. Aparılan kompleks işlərin nəticəsi olaraq
ölkəyə gələn turistlərin sayı ilbəil artır, respublikamızda fəaliyyət göstərən turizm
şirkətləri şəbəkəsi genişlənir. Turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda
durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlər bu vəzifənin
yeni imkanlara adekvat səviyyədə həllinə şərait yaradır. "Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin
problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin
edilməsi üçün hazırlanmış və ugurla həyata keçirilmişdir. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol
Xəritəsi” də bu sahədə qəbul edilmiş mühüm sənədlər sırasındadır.
Strateji Yol Xəritəsində 2025-ci
ilədək turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli
bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin
edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir
ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi
və turizmin inkişafı ilə əlaqədar aidiyyəti orqanların qarşılıqlı
koordinasiyası kimi tədbirləri özündə ehtiva edir. Son illərin statistik
göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biridir.
Ölkədə turizm infrastrukturunun
yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü
fəaliyyətin həyata keçirilməsi mehmanxanaların və digər turizm xidməti müəssisələri
şəbəkəsinin genişləndirilməsinə imkan yaradıb. Bakıda və bölgələrdə dünya
standartlarına cavab verən otel komplekslərinin istifadəyə verilməsi ölkəmizin qüdrətindən
xəbər verir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər
iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Ölkəmizdə
qeyri-neft sektorunun inkişafına olan diqqət və qayğı respublikamızda turizimin
inkişafını sürətləndirmişdir. Əldə olunan
nəticələr ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərəhələyə
qədəm qoymasını zəruri edir.
Azərbaycan dünya turizm sektorunda ən çox
üstünlük verilən 20 turizm məkanından biri olmagı qarşıya məqsəd qoyub. Strateji
Yol Xəritəsinə əsasən turizm sektoru üzrə müəyyən edilmiş on altı prioritetin
həyata keçirilməsi nəticəsində Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465
milyon manat artacaq, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə
turizm sektorunda 25 min iş yeri
yaradılacq.
Blogunuzu beyendim Azerbaijna Visa Online
ОтветитьУдалить