Simasız siyasi ortaqlar....



Görkəmli irland yazıçısı Oskar Uayldın belə bir fikri yadıma düşdü. Böyük mütəfəkkir deyirdi: "Cəmiyyət bəzən cinayətkarı bağışlayır, lakin xəyalpərəsti isə yox!" Bu gün Azərbaycan siyasi səhnəsində hakimiyyət iddiasında olan, lakin bütün fəaliyyətlərini irreal illuziyalar üzərində quran Don Kixotlar mövcuddur. Müxalifətin radikal kəsiminə aid olan və addımlarını xaricdəki antimilli dairələrin və onların siyasi marionetləri ilə sinxronlaşdıran bu siyasi oyunbazlar son vaxtlar bir qədər fəallaşıblar.   
Bu sırada Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və xaricdə onlara dəstək verən, ölkəmiz əleyhinə söyüş kampaniyası aparan Orduxan Teymurxan, Mirzə Sakit, Qurban Məmmədov və onların muzdlu təbligat ruporlarıdır. Bu şəxslər hər zaman destruktiv fəaliyyətləri ilə cəmiyyət üçün zərərli ünsürlər olduqlarını sübuta yetiriblər. Müxtəlif zaman kəsiyində xarici dairələrin sifarişləri əsasında ugursuz spekulyasiyalar ediblər və xalqın ciddi təpkisi ilə yerlərində oturmaq məcburiyyətində qalıblar. 

Bir vaxtlar yaxın Şərq eləcə də, bəzi MDB ölkələrində baş verən "rəngli inqilab"lardan ruhlanaraq eyni ssenarini Azərbaycanda da həyata keçirmək üçün dəfələrlə uğursuz cəhdlər etsələr də  hər dəfə biabırçı fiasko ilə üzləşiblər. Ötən illərin təhlili göstərir ki, Azərbaycanda demokratik proseslərin dönməz xarakter almasında siyasi hakimiyyətin gücü və iradəsi həlledici rol oynayır.  Azərbaycanda kənar qüvvələrin təsiri ilə hansısa "inqilab ssenariləri"nin gerçəkləşdirilməsi nəinki mümkünsüzdür, ümumiyyətlə, siyasi müzakirə predmeti belə deyil. Bir sıra dövlətlərdən fərqli olaraq, Azərbaycanda siyasi hakimiyyət sistemi sabit və uğurlu şəkildə idarə edilir. Bütün bunlar güclü və səmərəli dövlətin əsas göstəriciləri olmaqla, ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinin mühüm amili kimi qiymətləndirilir. Şübhəsiz ki, inqilab etmək üçün real situasiya və bunu bacaran cəsarətli siyasi liderlər lazımdır. Bu iki amilin heç biri Azərbaycanda mövcud deyil.
Son dönəmlərdə müxalifətin radikal kəsimi populist və mənasız çağırışlarla, əsassız ittihamlar, yalan vədlərlə cəmiyyətin diqqətini cəlb etmək istəyirlər. Bu dəfə də eyni ssenari, ənənəvi mitinq avantürası ilə “siyasi meyit” olmadıqlarını sübuta yetirməyə çalışırlar. Ölkə daxilində bu ugursuz siyasi taktikadan Əli Kərimli və onun oyuncaq qurumu olan Milli Şurası istifadə edir. 19 yanvar mitinqindən sonra bu qaragürüh var qüvvəsi sosial şəbəkələr üzərindən  çıgırmaga başladılar ki, biz artıq “gücük”. Ancaq 10 siyasi təşkilatın birlikdə mitinqə 3-4 min adamı çıxarması əslində gücün yox rüsvayçılıgın göstəricisi oldu. Əli Kərimlinin xarici internet resursları vastəsilə mitinqlərin davamlı olması anonsunu verməsi də əslində ictimai rəyə hesablanmış bir gedişdir.
Azərbaycanda sosial-iqtisadi, hüquqi sahədə davamlı islahatların aparılması radikal kəsimin bütün arqumentlərini tükəndirib.  Əli Kərimlinin ölkədə aparılan islahatların 19 yanvar mitinqi ilə əlaqələndirməsi ilə baglı dediyi fikirlərin də tam əsassız oldugu sübuta yetirilib.  Milli Şuranın sədri Cəmil Həsənlinin antimilli qüvvələrin maliyyə dəstəyi ilə yayımlanan və müəllifi Qənimət Zahid olan “Sözarası” proqramında  ölkədaxili proseslər və mitinqlər məsələsi ilə baglı çıxışında əvvəldən axıra kimi “baş-ayaq” vəziyyətdə qalması ümumən düşərgənin acınacaqlı durumundan xəbər verir.  Əli Kərimli-Cəmil Həsənli cütlüyü heç bir ciddi elektorata, ictimai dəstəyə malik olmadığını ya bilmirlər, ya da ki, görmək və qəbul etmək istəmirlər. Bu qoca və orta yaşlı siyasi müqəvvaların son addımları onların Don Kixotun “yel dəyirmanı ilə mənasız mübarizəsinə bənzəyir”.
  Bu arada AXCP sədrinin 20 apreldə yenidən mitinq keçirməklə baglı “trollar” şəbəkəsinə xüsusui tapşırıqlar verməsi və gəncləri açıq itaətsizliyə çagırışları bu  patiya sədrinin ölkədə qarışıqlıq yaratmaq niyyətinin oldugunu göstərir. Əli Kərimlinin bu günlərdə facebook səhifəsində xarici ölkələrdən birində baş verən sanksiyalaşdırılmamış mitinqlə baglı video paylaşması da bu şəxsin ideoloji-siyasi cəhətdən yetişmədiyini, milli maraqlar qarşısında məsuliyyət hissi daşımadıgını tam sübut edir. Onun bu paylaşımı bir daha hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır oldugunu təsdiqləyir.
Müsavat partiyasına saxta seşkilərlə başqan seçilən Arif Hacılı da müxalifətdə “lider” olmaq arzusunu gerçəkləşdirə bilməsə də mitinqlərdə əsas təşkilatçı qismində iddiasını ortaya qoyub. Ancaq ənənəvi rəqibi Əli Kərimlinin ciddi təzyiqi ilə üzləşib. AXCP sədrinin mitinq təyin etdiyi gündən bir gün fərqi ilə aksiya keçirməklə baglı qərar verən Arif Hacılı onsuz da param-parça olan müxalifəti daha da dagınıq duruma salır. Məqsəd isə “müxalifətin birliyi Arif Hacılıdan keçir” prinsipini həyata keçirməkdir. Artıq bu partiya sədrləri arasında yaşanan gərginlik onların “trollar” şəbəkəsi vastəsilə açıq təhqirlərlə müşahud olunur. 

Əli Kərimlinin xaricdə simasız siyasi ortaqları da var. Bu sırada Orduxan Teymurxan etdiyi şzafrenik çıxışlarla, qeyri-adi hərəkətlərlə  daha çox diqqəti cəlb edir.  Neandertal dövrün insanının xatırladan Teymurxan əsas çıxışlarını populizm, radikallıq, dağıdıcılıq, qaragüruhçuluq, qisasçılıq kimi naqis cəhətlər üzərində quraraq ictimaiyyətin diqqətini cəlb etməyə çalışır. Onun son vaxtlar “Azadlıq” qəzetinin sabiq əməkdaşı, şair Mirzə Sakitlə sinxron fəaliyyətləri də bu arada diqqətdən yayınmır. Fikir verin, öz dogmaları barədə satirik şerlər qoşaraq ailəsi tərəfindən də rədd edilən Mirzə Sakit bu gün Teymurxanın “əl meymununa” çevrilib. Orduxan bu zavallıya Avropa “turnesi” zamanı bir bakal pivəyə küçənin ortasında şer oxutdurur. Bu yaxınlarda Avropa Parlamenti önündə içkili vəziyyətdə  rəqs etdiklərinə görə polis tərəfindən rüsvaycasına qovulmaları  buna misaldır.
Radikal kəsimə aid olan ancaq müxalifətin özünə qarşı da sərt bəyanatlar səsləndirən Qurban Məmmədov özü də nə etdiyini anlamır. Onun bu yaxınlarda facebook səhifəsindəki paylaşımından sitat gətirmək istəyirəm: “Əli Kərimli, Cəmil Həsənli məni müxalifəti ittiham etməkdə günahlandırırlar. Yaxşı edirəm, sizin kimi qorxaqları ittiham etmək də azdır. Əli Kərimli deyir ki, mitinq edək, küçələrə çıxaq. Kimdir sizin dalinizca gələn! Cəmil Həsənli agzına gələni danışır, müxalifəti parçalamısınız, ancaq istəyirsiniz ki, müxalifət deyəndə sizin adınız çəkilsin. Bəs, onda biz kimik. Mən görürəm ki, paylaşımlarıma az adam reaksiya verir, bir faydası yoxdur, bambılı kimi özüm deyib, özüm eşidirəm”.
Bəli, imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən bu siyasi intiriqantlar tarixin arxivinə qovuşmaları ilə artıq barışmalıdırlar.


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....