“Opinion Way” pizmasından Azərbaycan reallıgı



Prezident İlham Əliyevin ötən 16 ildə qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarıgı, ölkədə apardıgı kompleks islahatlar, respublikamızı bölgədə və bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi həm daxildə, həm də xaricdə ciddi siyasi dəstək almasına ciddi zəmin yaradıb.
Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşması insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması bu zaman kəsiyində reallaşıb. Prezident seçkilərindən ötən 1 il ərzində də bütün sahələrdə aparılan davamlı islahatlar bu siyasi kurs alternativin olmadıgını sübut etməklə nüfuzlu qurumlar, eləcə də beynəlxalq reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Əslində son bir ildə əldə olunan və onilliklərə bərabər hesab edilən böyük dəyişikliklər “16+1” formulunun nəticəsi kimi də qiymətləndirilə bilər.

Azərbaycanda 2003-cu ildən başlayaraq sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə aparılan islahatların son bir ildə də ugurla davam etdirilməsi mühüm nəticələrə gətirib çıxarıb. Təkcə ötən bir il ərzində əldə olunan ugurların miqyasına baxmaq kifayətdir.  
- Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatdı,
- Prezident  bölgələrə 24 dəfə səfər etdi, mühüm sosial və hərbi təyinatlı obyektlərin açılışını etdi;
- Avropa İttifaqı ilə Yeni Tərəfdaşlıq Prioritetləri müəyyənləşdi, Qoşulmama Hərəkatına sədrlik Azərbaycan həvalə edildi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı.
 - 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanıldı, Naxçıvanda ugurlu Günnüt əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olundu.
    -   Ötən ilin mayında Cənub Qaz Dəhlizinin, iyunda isə onun mühüm hissələrindən biri olan TANAP-ın-Trans-Anadolu Boru Kəmərinin açılışı oldu. Bu, regionda ən böyük infrastruktur layihələrindən biridir. Qaz istehsalı və nəqlinə yatırılmış investisiyaların ümumi həcmi 40 milyard dollara yaxındır. Ələt Beynəlxalq Ticarət Limanın  fəaliyyətə başlaması da bu dövrə təsadüf edir.
-   2018-ci ildə üçüncü peykimiz orbitə buraxıldı,
- Ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.
2019-ci ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir.  Bu il əməkhaqqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116 manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. İqtisadi islahatların nəticəsi olaraq ölkəmizdə əməkhaqları, pensiyalar da davamlı olaraq artırılacaq.
Prezidentin 28 yanvar 2019-cu il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb və bu il  800 mənzilin verilməsi nəzərdə tutulub. 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər Prezidentin müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb. Əhalini şoxdan narahat edən problemli kreditlərlə baglı məsəslə insanları razı slacaq formada öz həllini tapıb.
Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Xüsusi vurgulamaq lazımdır ki, adıçəkilən nüfuzlu təşkilat  2018-ci il prezident seçkiləri ərəfəsi də rəy sorgusu keçirmiş və ölkə əhalisi cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirmişdilər.   

Bu dəfəki sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.
sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb.
“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.
Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Bununla bağlı rəyi soruşulanların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyi, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olub. Bu nəticəni sosioloqlar onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir.


“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib. Belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür.
Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala “əla”, 16,0 faizi “kafi” cavabı verib, 2,4 faizi “pis”, 7,7 faizi isə “dəqiq bilmirəm” kimi münasibət bildirib. Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara söykənibdir. Bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub.
Bəli, bu qiymətləndirmə Prezident İlham Əliyev çoxşaxəli fəaliyyətini güzgüsüdür. Qeyd edək ki, sorgunu həyata keçirən təşkilat dünyada  böyük nüfuza malikdir və nəticələri də tam reallıgı əks etdirir. Bir il öncə Azərbaycan xalqı öz liderinə necə böyük etimad göstəribsə, bu gün də həmin mövqeyi nümayiş etdirir.
Bu da təsadüfi deyil. Bir neçə il öncə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq Cənub-Cənub mükafatı ilə təltif olunub. Nyu-Yorkda təşkil edilən mərasimdə bildirilib ki,  Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş Dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Cənub-Cənub mükafatı ilə təltif olunub.
  

Xatırladaq ki, Filippində nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş ölkələrində həyata keçirilən uğurlu islahatları, dövlət başçılarının fəaliyyətini əks etdirən, geniş oxucu kütləsinə malik "BizNewsAsia" jurnalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "İlin adamı" elan etmişdi. Həmçinin Prezident İlham Əliyev Türkiyənin nüfuzlu «Ekovitrin» jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda «10 ilin dövlət adamı» seçilmişdi. Dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı və 10 minə yaxın tələbə arasında online keçirilən sorğuya əsasən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İƏT coğrafiyasında «İlin dövlət başçısı» seçilməsi bütün sahələrdə əldə edilən uğurlara verilən yüksək qiymətdir. gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilmişdir. 
Dövlət başçısının cəmiyyətin maraq və məna­felərini ümumi bir nöq­tədə bir­ləş­­dir­mək bacarığı Azərbaycan xal­qının ona sonsuz eti­ma­dının əsas səbəb­­lərindən biri kimi çıxış edir. Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlər qəbul etmək istəməyən bəzi antimilli dairələr eləcə də onların siyasi marionetləri yəqin ki, bu qiymətləndirmədən sonra bir daha şoka düşüblər. Bütün potensiallarını səfərbər edərək siyasi aksiyalara cəmi 3-4 min adam çıxaran radikal düşərgə rəhbərləri arasında rəy sorgusu keçirilərsə onlara ölkə əhalisinin neçə faiz səs verməsi məsələsi həmişə sual dogurub. Mitinqə yıgdıqları cüzi insan qrupları əslində, 10 milyonluq Azərbaycan xalqının onlara olan birmənalı mənfi münasibətini tam əks etdirir.  

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....