Mitinq avantürası: Yalan vədlər və puça çıxan arzuları


    

19 yanvar mitinqindən sonra müxalifətin radikal kəsimi əməlli başlı “havalanıb”. Kütləvi aksiyalar vasitəsi ilə mübarizə imitasiyası yaratmaga cəhd edən bu siyasi şoumenlər nə tələb etdiklərinin belə izahını verə bilmirlər. Mitinq eyforiyasından çıxa biməyən radikal partiya sədrlərinin aksiya sonrası verdikləri gülünc bəyanatlar cəmiyyət tərəfindən də istehza ilə qarşılandı.
Sosial şəbəkələr və sponsor dəstəkli xarici internet resursları vastəsilə uzun-uzadı apardıqları təbligatın nəticəsində mitinqə 3-4 min adam yıgan radikal kəsim bundan ruhlanaraq dərhal anormal açıqlamalar verdi. Bu sırada AXCP sədri Əli Kərimlinin konyuktur maraqlarına xidmət edən sərsəmləmələri xüsusulə diqqəti çəkdi. Paradoksal odur ki, Əli Kərimli ölkədə sosial-iqtisadi, hüquqi sahədə əldə edilən islahatlardan tutmuş, ABŞ-ın Rusiyaya yönəlik siyasətinə, Fransadakı “sarı jiletlilər” hərəkatı, Ukraynada və Türkiyədə keçirilən seçkilərə qədər 19 yanvar mitinqinin izlərinin olması ilə  baglı gülünc və pafoslu çıxışlarının ardından indi də  yeni mitinq keçirmək niyyətini elan edib. Lakin bir “ekstremal” vəziyyət planları alt-üst edib.

AXCP və onun kökaltı funksiyasını daşıyan Milli Şuranın aprelin 6-da, Müsavatın isə aprelin 7-nə mitinq təyin etməsi daxili çəkişmələrə və “müxalifət adına sahiblənmə” ugrunda ənənəvi qarşıdurmaya gətirib çıxarıb. Əli Kərimli və Arif Hacılının “mehriban düşmən”lər olması və bu patoloji nifrətin davam etməsi mitinqlərin bir gün fərqi ilə keçirilməsi ilə baglı qərarın verilməsində də özünü göstərib. Hər iki partiya sədri “ümummüxalifət mitinqi” adı altında spekulyativ bəyanatlar vermələri də əslində bu siyasi şounun tərkib hissəsidir.
İstər Əli Kərimli istərsə də Arif Hacılının müxalifətin “lideri” statusunda görünmək cəhdləri ötən mitinqlərdə də qabarıq görünüb. Tribunadan söz haqqının daha çox kimə aid olması məsələsi hətta təşkilat rəhbərlərinin bir-birlərini itələyərək qabaga keçmək kimi rəzilliklərlə müşahidə olunub. Bu faktlar da hər kəsin gözü önündə baş verib. Müxalifətin “həmrəyliyindən” dəm vuran Arif Hacılı və Əli Kərimlinin tərəfdarlarının sosial şəbəkələrdə hələ keçirilməsinə rəsmi münasibət olmayan mitinqlərlə baglı söz davaları başlayıb.
Bununla da radikal kəsimin böyük iddialarla “ümummilli maraqların” müdafiəçisi qismindən çıxış etmələrinin mahiyyəti anlaşılır. Bu təşkilat rəhbərləri son 25 ildə eyni spekulyasiyalar edərək hələ də müxalifət daxilində özlərinə bir lider seçə biməyiblər. Belə insanların xalqın adından danışmaga haqqları çatmır. Partiyaları arasında  belə saglam siyasi mübarizə aparmaq gücündə olmayanların hakimiyyət iddiasında olmaları absurd görünür.           
  AXCP və Müsavat-ın mətbuat xidmətlərinin rəhbərləri - Natiq Adilovun eləcə də Mustafa Hacıbəylinin statusları və hər iki təşkilatın trollar şəbəkəsinin paylaşımları deyilənlərə faktdır. Tərəflərin bir-birlərini itiham etməsi və təhqirlərə yol verməsi birbaşa Əli Kərimli və Arif Hacılının  münasibətlərinin xarakterini əks etdirir. Mitinqlər məsələsində belə ortaq mövqe nümayiş etdirə bilməyən bu radikal kəsimin bir-birlərinə “əzələ nümayiş” etdirmələri onların mitinq ugursuzluqlarını bəri başdan şərtləndirir.


Digər bir tərədfdən, bu təşkilat rəhbərləri sosial bazalarının olmamasını açıq etiraf edirlər. Arif Hacılı partiya başqanlıgını ələ keçirdikdən sonra Müsavatdan başlanan kütləvi istefalar bu gün də davam edir. Bunu özü dəfələrlə etiraf edib. Əli Kərimli isə xarici antiazərbaycan şəbəkənin maliyyə dəstəyi ilə yayımlanan Qənimət Zahidin “Sözarası” proqramına açıqlamasından sosial bazasının olmamasını etiraf etməklə yanaşı gənclərə yönəlik zərərlı çagırışları da diqqəti cəlb edir: “Bizim insan resurslarımız tükənib. Ona görə üzümü gənclər tuturam. Azərbaycan gəncliyi bizimlə birgə prosesə qoşulun!. BDU-da eləcə də digər təhsil ocaqlarında oxuyan tələbələr çagırış edirəm, meydanlara çıxın! Axı nə itirəcəksiniz? Siyasi mülahizələrlə uzagı sizləri Universitetdən xaric edərlərsə, gedib Avropada təhsil alarsınız.  Müxtəlif proqramlar var, hakimiyyət əleyhinə çıxslar etsəniz Avropada təhsil alamanıgıza şərait yaradıla bilər. İnzibati həbslərdən də çəkinməyin”.

Bu gün radikal düşərgədə cərəyan edən proseslər bir daha təsdiq edir ki, müxalifət adına iddialı olan şəxslər hələ də əsl müxalifətçiliyin mahiyyətini  anlamayıblar. Müxalifətçilik dövlətçiliyimizə qənim kəsilmək, əldə oluna ugurları öz adına çıxmaq, inkarçılıq, qüsurlü xarici təcrübənin transformasiyası demək deyil.  Müxalifətin birlik imitasiyası da məhz bir gün fərqi ilə təyin etdikləri mitinqlərdə bir daha aydın oldu. Daha özünüzü bundan da artıq rüsvay etməyin...

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....