Çadırlardan – müasir şəhərciklərə aparan yol...





Azərbaycanda ümumi inkişafı şəraitində sosial cəhətdən həssas, daim qaygıya, diqqətə ehtiyac duyan bir qrup var. Bu qrup aztəminatlı əhali kateqoriyasına daxil olan qaçqın və məcburi köçkün soydaşlarımızdır. Bu kateqoriyadan olan vətəndaşlarımızın mənzil şəraitinin yaxşılaşdırılması, aylıq müavinətlərinin artırılması ilə bağlı son 16 ildə ölkə rəhbərliyi tərəfindən ardıcıl addımlar atılıb.
 Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diq­qəti çəkən ən mühüm məqam da ictimai öhdəliklərə, xalq qarşısında ver­­­diyi hər bir vədə yüksək sadiqlik göstərməsidir. Hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirən cənab İlham Əliyev "ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq", - deyə bəyanat vermişdi.
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"bu istiqamətdə mühüm sənəd oldu. 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə Dövlət Proqramına Əlavələr təsdiq edildi. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər normativ aktlar uğurla icra edilib .
Təssüflər olsun ki, bütün sahələrdə əldə olunan ugurlara qara eynəklə baxan antimilli qüvvələr və onların siyasi marionetləri  ötən illərdə görülən işlərlə baglı qərəzli və sərsəm fikirlər səsləndirirlər. Bu istiqamətdə davamlı işlər görüldükcə inkarçılar da əsassız arqumentlərlə sponsor dəstəkli internet resurslarında sayaqlayırlar.

Qaçqın və məcburi köçkülərin yataqxanalardan, qəzalı vəziyyətdə olan binalardan ən müasir standartlar səviyyəsində inşa olunmuş mənzillərə köçürülməsi prosesi bu gün də davam edir.  Prezident İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında da hər bir vətən­da­şın maraq və məna­feyi­ni maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yara­dıl­ması istəyi dayanır. Bəzi statistik rəqəmləri aşıqlamaqla antimilli qüvvələrə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işləri göstərməyi vacib sayıram.
-  2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb.
-  58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.
-  2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılmasına 7,1 milyard manat vəsait ayrılıb. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
Bu günlərdə Prezident İlham Əliyevin Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin aşılışında iştirak etməsi də bu kateqoriyadan olan soydaşlarımıza göstərilən davamlı diqqəti bir daha göstərir. 2018-ci ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib ki, bunlardan 9-u 54, 4-ü 36, digərləri isə 108 və 72 mənzillidir. Yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi inşa edilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.Ölkənin iq­ti­­sadi inki­şa­fından, neft strategi­ya­sının səmərəli nəticələrindən əldə edi­lən divi­dent­­­lər insan­ların sosial prob­lemlə­rinin həllinə, və­təndaşların həyat səviy­yə­­si­nin yax­­şı­­­laşdırıl­masına yö­nəldilir.
Yeni yaşayış binasının açılışında Prezident bir daha dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandıgnı bildidi: “Mən çox şadam ki, belə gözəl qəsəbə salınıb, burada 810 ailə yaşayacaq. Bütün şərait yaradılıb. Mənzillərlə tanış oldum, geniş, yaraşıqlı mənzillərdir. Böyük məktəb tikilib, uşaq bağçası, ictimai yerlər kifayət qədər genişdir. Yəni, burada yaşamaq üçün bütün imkanlar var. Tezliklə buraya bu günə qədər ağır vəziyyətdə yaşayan köçkünlər köçəcəklər. O köçkünlər ki, uzun illər ərzində yataqxanalarda, pansionatlarda, digər uyğunlaşdırılmış yerlərdə yaşamışlar. Onların həyatında yeni dövr başlayır. Burada yaradılan şərait ən yüksək standartlara cavab verir. Gözəl, yaraşıqlı binalar, geniş otaqlar, mənzillər. Bu, bizim siyasətimizi göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir”. 

Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fər­din maraq və məna­feyini özündə ehtiva edən siyasət hər za­man ictimai etimad qa­za­nır, dəstəklənir. Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, mil­yonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yük­səlmək heç də hər bir rəhbərə nəsib olmur. Bu gün ugurları görməzdən gələn yalnız sosial şəbəkələr vastəsilə qarayaxma kampaniyası aparan xarici antimilli qüvvələr və onların daxildəki siyasi alətləri anlamalıdırlar ki, artıq populizmlə, avantürist hərəkətlərlə insanların diqqətini cəlb etmək mərhələsi keçib. Özünüzə başqa məşguliyyət tapın...

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....