Aprel zəfərinin vahiməsi: Paşinyan və Tonoyanın timsalında



Üç il öncə cəbhə bölgəsində Ermənistan ordusu üzərində qazanılan ugurdan sonra rəsmi Bakının danışıqlar prosesindəki hərbi-siyasi, psixoloji üstünlüyü tam təmin edildi. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi və sərt mesaj verdi: danışıqlar prosesi imitasiya xarakteri daşımamalıdır. Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə öz torpaqlarını azad etmək, ərazi bütövlüyünü və suverenliyini təmin etmək əzmindədir.
 Aprel döyüşləri göstərdi ki, Prezident İlham Əliyevin ordu quruculuğu ilə bağlı əvvəlcədən gördüyü hərtərəfli tədbirlər düşmənə sarsıdıcı zərbə vurmağa imkan verir. Azərbaycan tərəfi Ermənstana sərt mesaj verdi ki, istənilən təxribatın qarşısı dərhal alınacaq və bu dəfə vurulan zərbə daha kəsərli olacaq!
Bu il də aprel zəfəri ilə bağlı sosial şəbəkələrdə, KİV-lərdə həmin dövrün xalqımıza yaşatdıgı Qələbə sevincindən bəhs edən paylaşımlar, məqalələr geniş yer alıb. Ancaq ordumuzun qəhrəmanlıq nümunəsi ilə baglı ölkə rəhbərliyi tərəfindən sosial şəbəkələr vasitəsilə aparılan fəal təbliğat bu baxımdan daha çox diqqəti cəlb etdi.
 Prezident İlham Əliyev “Facebook” səhifəsində və “YouTube” kanalında Azərbaycan Ordusunun aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb. Videoçarxa “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” şərhi verilib.
Birinci vitse-prezidenti Mehriban Əliyeva də rəsmi “İnstagram” səhifəsində bu barədə yazıb: "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".
Azərbaycan rəhbərliyinin aprel döyüşləri ilə bağlı aktiv təbliğatı Ermənistan cəmiyyətində dərin təşvişə səbəb olmaqla rəsmi dairələrin də narahatçılıgı ilə qarşılanıb. Ermənistan Xarici İşlər Nazirliyinin dərhal bəyanat yayması deyilənləri təsdiqləyir. İşgalçı ölkənin XİN-in yaydıgı məlumatda göstərilir ki, guya 3 il əvvəl qondarma rejimin hərbçiləri Azərbaycan tərəfinin genişmiqyaslı hücumunun qarşısını almağa müvəffəq olublar. Ermənistan XİN səviyyəsində aprel döyüşləri ilə bağlı verilən tələm-tələsik bəyanat bir daha sübut edir ki,  Azərbaycanın dövlət rəhbərlərinin apardığı təbliğat qarşısında Ermənistanın rəsmi dairələri erməni ictimaiyyətinə əsaslandırılmış bir cavab verə bilmirlər və açıqlamanı da faktlardan yayınmaq cəhdi kimi qiymətləndirmək olar.
Fakt faktlıgında qalır. 3 il əvvəl Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və bəzi strateji mövqelər düşməndən azad olundu. Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini işgaldan azad etdi. Aprelin 5-də Azərbaycan tərəfi sülhpərvərlik nümayiş etdirərək məhz Ermənistanın o vaxtkı hakimiyyətinin   xahişindən sonra atəşkəsə razılıq verdi. O vaxt da Azərbaycan rəhbərliyi bəyan etdi ki, atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır  olacaq. Ermənistan tərəfinin geniş əks təbligatına baxmayaraq beynəlxalq birlik də torpaqların Azərbaycana məxsus oldugunu qəbul etdi.
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan populist və daxili auditoriyanın diqqətini baş vermiş hadisədən yayındırmaga hesablanan sərsəm bəyanatlar verib. Şübhəsiz ki, hakimiyyətə çevriliş yolu ilə gələn baş nazir ölkədəki sosial, iqtisadi, siyasi problemlərin dərinləşdiyi, ordu quruculugu sahəsində ciddi işlərin görülmədiyi bir vaxtda ritorikaya əl atmaqdan başqa çarəsi qalmayıb. Ölkədə baş qaldırmış narazılıqlar fonunda onun spekulyativ bəyanatlar səsləndirməsi bu baxımdan anlşılandı. Ölkəni feodalizm qaydalarına uygun idarə edən Paşinyanın sistemsiz və məntiqi olmayan açıqlamalarla şzanü daha gülünc vəziyyətə salır.

Prezidentlərin Vyana görüşünədək qondarma rejimi də danışıqlar prosesində tərəf kimi göstərməyə şalışan siyasi müqəvva olan Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatından sonra  danışıqlar prosesinin formatının dəyişməzliyini qəbul etmək məcburiyyətində qaldı. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.
Azərbaycan Prezidentinin aprel qələbəsinin üçüncü ildönümü münasibətilə “facebook” səhifəsində videoçarx paylaşması fonunda işgalçı ölkənin baş naziri Nikol Paşinyanın erməni ictimaiyyəti qarşısında boynu bükük və çarəsiz vəziyyətdə qalması bu günkü Ermənistanın düşdüyü acınacaqlı durumu əks etdirir. Siyasi, iqtisadi, diplomatik və hərbi müstəvilərdə Azərbaycana uduzan Ermənistan Nikol Paşinyanın sayəsində çökməkdə davam edir.
 Bu dramatik mənzərədə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulunu təqdim etməsi absurd yanaşma olmaqla, Nikol Paşinyan hökumətində təmsil olunan şəxslərin düşüncə sarıdan da problem yaşadıqlarını göstərir.  Çünki aprel zəfəri bu ölkənin ordusunun nəyə qadir oldugunu göstərdi. Uzun illərdən bəri Ermənistan ordusu barədə yaratdıqları mif cəmi dörd gün çəkən müharibə zamanı darmadagın oldu.Məlum oldu ki, silah-sursat sarıdan, eləcə də hərbi qüvvələrin döyüş hazırlgının səviyyəsi baxımdan Azərbaycan Ordusu ilə heç müqayisəyə gələ bilməzlər. Döyüş meydanında bu aşkar sübut olundu.
Ermənistanın güclü ordusu olması barədə sərsəm bəyanatlar verən Ermənistanın müdafiə naziri David Tonoyanın bir ay əvvəl news.am saytına verdiyi açıqlamanı xatırladıram: “ Hazırda məlum səbəblərdən (Daglıq Qarabag münaqişəsi) Ermənistan böyük orduya sahib olmalıdır. Lakin ölkə əhalisinin azsaylı olması ordu sıralarının genişləndirilməsinə mane olur. Bu səbəbdən də, daha çox müqavilə əsasında hərbi xidmət keçilməsinə üstünlük verilməlidir. Amma bunun üçün Ermənistan büdcəsində pul çatışmır. Bizim bütün beynəlxalq standartlar üzrə əhalinin sayı ilə qeyri-mütənasib ordumuz olmalıdır. Bunun üçün biz təcili icbari və müqaviləli hərbi xidmət sistemini təkmilləşdirmək naminə hər şeyi edirik. Çünki başqa variantımız yoxdur. Amma tam müqaviləli hərbi xidmətə keçmək üçün bu gün heç bir maliyyə imkanımız yoxdur” - Tonoyan vurğulayıb. Bu xatırlatma daha bir erməni siyasi klounlugunun  nümunəsidir.
Azərbaycanın Xarici İşlər nazirliyi də Ermənistan müdafiə nazirinin son bəyanatına münasibət bildirib. Bəyanatda bldirilir ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir: “Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”.
Ermənistanda Azərbaycan Ordusununu dördgünlük müharibə zamanı qazandıgı zəfər hələ uzun müddət unudulmayacaq. İşgalçı dövlətin rəhbərlərinin böyük təşvişlə açıqlamalar vermələri bu qorxunun təzahürüdür.    



Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....