Vətəndaşları qaygılandıran problemli kreditlər məsələsi ugurla həll edildi
“Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır” - bu sözlərin müəllifi olan
Prezident İlham Əliyevə olan xalqın böyük inamı məhz onun hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.
Dövlət başçısının
mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirməkdə məqsədi iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını
təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq
və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Hər bir fərdin maraq və mənafeyini özündə
ehtiva edən bu siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir. Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqam da ictimai öhdəliklərə,
xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial
rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirməsidir.
Vətəndaşların həyati
tələbatlarının ödənilməsinə göstərilən bu qayğı özünü bilavasitə sosial təminat
sistemində biruzə verir. Sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər
barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı paytaxta və
regionlara təşkil edilən səfərlər Prezidentin ötən 16 illik fəaliyyətinin əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.
Vətəndaşlar tərəfindən qaldırılan sosial təmayüllü məsələlərin həll edilməsi məqsədilə
imzalanan dövlət proqramları, fərman və sərəncamlar birbaşa insanların rifah
halının yüksəlməsinə xidmət edir. Cari ilin əvvəllərindən başlayaraq ən müxtəlif
sosial qrupların maddi dururmunu yüksəlməsinə xidmət edən mühüm sənədlərin
imzalanması da buna əyani sübutdur.
Sosial
sahədə atılan mühüm addımların davamı kimi problemli kreditlərlə baglı məsələnin
həll edilməsi də insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Çünki
banklardan vaxtilə kredit götürən vətəndaşlar sonradan onların qaytarılmasında
ciddi çətinliklərlə üzləşmişdilər. Prezident İlham Əliyevin vətəndaşlarımızı
narahat edən problemli kreditlər məsələsinin həlli edilməsi ilə baglı konkret fərman
imzalaması da ölkə başçısının fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq
məramı üzərində qurduğunu təsdiqlədi.
Hələ 2012-ci ildə buna oxşar bir problem
ortaya çıxmışdı. O zaman əhalini SSRİ Əmanət Banklarında qalan əmanətlərinin
taleyi qaygılandırırdı. Həmin dövrün ən yaddaqalan sosial layihələrindən biri
ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət
Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan
xüsusi fərman imzalaması olmuşdu. Vətəndaşları uzun illərdən bəri qayğılandıran
bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllininin ölkə
başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. Fərmanın icrası üçün böyük
maliyyə vəsaiti ayrıldı ki, bu da 2 milyon 400 min şəxsi əhatə etdi. Düzdür, Azərbaycan
dövləti o əməanətlərə heç bir hüquqi, mənəvi məsuliyyət və öhdəlik daşımasa da
ölkə rəhbərliyi insanlarımızın mənafeyini nəzərə alaraq belə bir addım atdı.
“Biz bu məsələni həll etməklə əsas vəzifəni
vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün
azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir”-deyən Cənab
Prezident bu məsələ ilə baglı müvafiq qurumlara tapşırıq verdi və ən qısa müddətdə
optimal həll variantı tapıldı. Bu məsələdə də vətəndaşların mənafeyi əsas
götürüldü.
Dövlət problemin həlli ilə bağlı maliyyə vəsaitinin
böyük hissəsini öz üzərinə götürüb. Fərmanda iki dövrdə götürülən problemli
kreditlərin birdəfəlik həlli nəzərdə tutulub. Birinci dövr 2015-ci ilin
fevralın 21-nə qədər, ikinci dövr isə 2015-ci ilin fevralın 22-dən dekabrın
21-nə qədər olan dövrdə vətəndaşların götürdüyü kreditlərlə bağlıdır. Fərmanda
aydın şəkildə göstərilib ki, bu hədd 10 min dollar, 17 min manat səviyyəsində olmalıdır.
Birinci mərhələdə götürülən hər 1 dollara görə, 0,25 manat, fevralın
22-dən dekabrın 21-nə qədər götürülən hər dollar kreditə görə isə 0,6 manat
ödəniş müəyyənləşib. Bu fərman 900 minə yaxın vətəndaşını əhatə edəcək.
Bununla da insanların çoxdan gözlədiyi və onları ciddi narahat edən məsələ
birdəfəlik həll olunacaq. Qeyd edim ki, əhalinin banklara olan kredit
borcu 1 milyard dollardan atrıqdır.
Problemli
kreditlərin həll edilməsi bankların da fəaliyyətinə əlavə stimul verəcək. Eyni zamanda banklarla vətəndaşlar
arasında qarşılıqlı etimadın bərpa olunmasına imkan yaradacaq. Prezident
İlham Əliyevin imzaladıgı bu fərman vətəndaşlarımızın dövlətdən gözləntilərini tam
yerinə yetirdi.
Təəssüflər olsun ki, Prezidentin
həyata keçirdiyi sosial islahatlar paketi ilə baglı radikal müxalifət düşərgəsində
sərsəm mövqe nümayiş etdirənlər var. Bu dəfə də
radikalların ag qargası Əli Kərimli baş roldadır. O özünün facebook
hesabında problemli kreditlərin dövlət hesabına həll edilməsini spelyukativ
formada izah edərək yenə də “siyasi klounluq” edib. Bir qrup trol dəstəsini də
işə salaraq ambisioz, populist bəyanatlar səsləndirib. Ancaq onun sərsəmləmələri
düşdüyü acınacaqlı durumdan xəbər verir. Çünki 19 və 20 yanvarda etdiyi təxribatçı
hərəkətlərlə özünü və başıpozuq dəstəsini Azərbaycan ictimaiyyətinə bir daha
tanıtdıra bilib. Onun indiki sayaqlamaları isə nə qədər rəzil bir vəziyyərtə
oldugunu gşstərir.
Azərbaycan Prezidenti
problemli kreditlər məsələsinə birdəfəlik son qoymaqla 900 min insanın
narahatçılıgını aradan qaldırdı. Dünyanın heç bir ölkəsində vətəndaşlarla bank
arasında yaranmış bu tip məsələlərdə dövlət hər hansı müdaxilə etmir.
Prezidentin bu addımı bir daha onun xalqın mənafeyindən çıxış etdiyini və
insanların istənilən probleminə həssaslıqla yanaşdıgını bir daha təsdiqlədi.
Комментарии
Отправить комментарий