VII Qlobal Bakı Forumu: yeni xarici siyasətdə əsas gözləntilər



VII Qlobal Forumun paytaxtımızda keçirilməsi dünyanın diqqətini növbəti dəfə Cənubu Qafqaz regionuna və bölgənin əsas güc mərkəzinə çevrilmiş  Azərbaycana yönəltdi. Bir daha təsdiq olundu ki, Bakı sülh, tərəqqi və əməkdaşlıq paytaxtıdır və ölkə həqiqətlərinin dünyaya çatdırılması baxımından bu platformanın böyük əhəmiyyəti var.
 Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan  VII Qlobal Bakı Forumunun işində 55 ölkədən 500-dən çox nümayəndə iştirak etməsi bu tədbirin beynəlxalq miqyasda dəstəkləndiyini və əhatə dairəsinin eləcə də nüfuzunun ildən-ilə yüksəldiyini göstərdi. Bu dəfə “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər toplaşdılar. Forumda 10 müxtəlif sessiya zamanı iştirakçılar tərəfindən qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edildi. Dünyada mühüm beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq əhəmiyyət daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Forumda dünyanın yeni xarici siyasət məsələlərinin müzakirə predmetinə çevrilməsi də təsadüfi deyildi. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri bir araya toplayan Qlobal Bakı Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Yaxın Şərqdə və Avropanın müəyyən yerlərindəki vəziyyət, qaçqın böhranı son illərin reallıqlarıdır. Avropanı bürümüş “sarı jiletlilər” hərəkatı və Suriyada terrorla mücadilə və böyük qaçqın kütləsinin hələ də öz torpaqlarına qayıda bilməmələri, qonşu ölkələrə səpələnmələri humanitar fəlakətə gətirib. Faktiki olaraq dünyanın iqtisadi, siyasi və hərbi cəhətdən qüdrətli dövlətlərinin bu tip məsələlərdə hələ də vahid konsepsiyalarının olmamaları son nəticədə apardıqları xarici siyasət xəttində müəyyən qeyri-müəyyənliyə gətirib çıxarır. Bu da ümumən dünyanın siyasi mənzərəsinin tədricən dəyişməsinə eləcə də yeni-yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur ki, bundan da xalqlar əziyyət çəkir. Odur ki, VII Qlobal Bakı Forumunun əsas məqsədlərindən biri də məhz bu məsələlərin müzakirəsi və ayrı-ayrı dövlətlərin iştirakçılarının təcrübə və biliklərini bu kimi məsələlərə yönəltməklə  yaranmış vəziyyətdən çıxış yolunun tapılmasına nail olmaqdır.
  

Prezident İlham Əliyev Qlobal Forumda çıxışı zamanı Azərbayacnın xarici siyasəti, regional və qlobal təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan, Daglıq Qarabag münaqişəsi, ölkəmizin  multikulturalizm mərkəzi olmasından danışdı və bu əməkdaşılıq platformasından istifadə edərək dünyanın diqqətini növbəti dəfə respublikamız yönəltdi.
Ölkə başçısının son 16 ildə apardıgı xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulub. Uğuru xarici siyasət nəticəsində ölkəmizin dünyadakı mövqeləri xeyli güclənib. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Bakıda beynəlxalq tədbirlərin uğurla keçirilməsi ölkəmizin dünya miqyasında nüfuzunun yüksəldiyini bir daha sübuta yetirir.
Budəfəki Forumda da beynəlxalq münasibətlərin gələcəyi, münaqişələrin qarşısının alınmasında dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması və digər mühüm məsələlər müzakirə olundu. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumlarına da da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.  Forumda qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparıldı. Bu mövzular arasında “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamlı inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” xüsusu olaraq diqqəti cəlb etdi.


Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunda Azərbaycanın xarici siyasət strategiyasının əsas prioritetlərini bir daha açıqladı: “Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki, o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq”.
Azərbaycan Prezidenti ölkəmizdəki multikulturalizmdən də danışdı. Ölkə başçısının milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar.
     Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Bu müsbət meyillər  hazırda da davam edir. Ölkəmizdə heç vaxt dini, yaxud da ki, milli zəmində qarşıdurma baş verməyib. Multikulturalizmlə bağlı meyillərini gücləndirilməsi üçün ölkəmizdə bütün zəruri tədbirlər həyata keçirilir. Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfin­dən də təqdir olunmaqdadır.
Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan olunması da qlobal məkanda ciddi kataklizmlərin yaşandığı bir vaxtda zamanın çağırışlarına cavab verən bir addım olmuşdur. Dövlət başçısı tarixdə ilk dəfə olaraq İslam dünyasına siyasi mesaj ünvanladı, vahid mövqedən çıxış etməyin, birliyə nail olmağın, eyni zamanda, dünyaya inteqrasiyanın vacibliyinə işarə etdi. İslam ölkələri arasında ədavəti qızıdırmaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də xüsusi fəallıq göstərirlər. Şübhəsiz ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli”nin elan edilməsi İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə töhfə vermək baxımından ilk təşəbbüs oldu.
    Monteneqro Prezidenti Milo Cukanoviç Azərbaycanın son illər ərzində çox vacib beynəlxalq forumlar təşkil etməsini qlobal və regional sabitliyə öz töhfəsini verdiyini bildirdi. Bolqarıstanın Baş naziri Boyko Borisov isə dünyada hökm sürən münaqişələrdən danışdı və diqqətə çatdırdı ki, münaqişə edən ölkələrin əldə olunan razılaşmalara, imzalanan sənədlərə riayət etmələri vacibdir. Ölkəsinin qonşularla dostluq münasibətlərindən danışan Boyko Borisov Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirdi. Forumda iştirak edən xarici ölkələrin təmsilçiləri Azərbaycanı yerləşdiyi regonda sülhə və təhlükəsizliyə verdiyi tşhfədən danışdılar.
   Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş altı forum mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.
Bakıda belə bir mötəbər Forumun keçirilməsi Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Şübhəsiz ki, Forumda iştirak edən xarici dövlətlərin nümayəndələri öz ölkələrində Azərbaycan haqqında, burada gedən inkişafla bağlı geniş məlumat vercəklər. Dünyanın 55 ölkəsindən 500-dən şox nümayəndənin bir araya gələrək, xarici siyasət məsələlərini müzakirə etmək üçün mərkəz kimi Bakını seçmələri son dərəcə mühüm siyasi mahiyyət daşıyır.



Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....