Siyasi və mənəvi cəhətdən qocalmanın fəsadları...
Qoca
vaxtında Əli Kərimlinin “siyasi tilovuna” düşən və bütün hərəkətlərini də onun
addımlarına sinxronlaşdıran yaşlı professor son vaxtlar nə danışdıgının belə
fərqində deyil. Siyasi “analizlər”i qalsın bir tərəfə onu “iqtisadi təhlil”
verməyə məcbur edənlər faktiki olaraq
gülünc mənzərə yaratmış olurlar. Xaricdə özünə məskən salan və Əli Kərimlinin
muzdlu təbligatçısı rolunda çıxış edən Qənimət Zahidin Cəmil Həsənlı ilə
“Sözarası” proqramında söhbəti bu baxşmdan diqqəti cəlb edir.
Milli
Şura sədri ilə söhbət Prezidentin problemli kreditlərin həll edilməsi ilə baglı
fərmanı üzərində qurulmuşdu. Qənimət Zahid ümumi söz oynatmalarından sonra
məsələ ilə baglı Cəmil Həsənlinin də fikrini öyrəndi. Qoca professor məsələyə
necə girişdisə, hardan başlayıb haradan qurtardıgını özü də bilmədi. Onun
“dəyərləndirməsi”nin əsas tezisi bundan ibarət oldu:
1.
Sözügedən fərman niyə fiziki şəxslərə şamil olunmur.
2.
Qazaxıstandakı anaoloji addımlar niyə bizdə tətbiq edilmir.
3.
Banklar zamanında nə üçün vətəndaşlara dollarla kredit veriblər.
Bu
tezislərdən də aydın görünür ki, Həsənlinin heç fərmandan belə xəbəri yoxdur.
Fərmanın əhatə dairəsi, dövlət tərəfindən vətəndaşlara ediləcək güzəştlər və
bankların bu məsələdə daşıyacaqları funksiyaları barədə onun məlumatsız olması
belə gülünc aşıqlamalar verməsinə gətirib çıxarıb. Qənimət Zahidin hər “qiymətləndirmə”dən
sonra Cəmil Həsənlinin fikirlərinə düzəliş etməsi isə gülməli bir vəziyyət
yaradıb.
Cəmil Həsənlinin problemli kreditlərlə
baglı “iqtisadi təklifləri”nə və ittihamvari fikirlərinə gəlincə, ona yalnız
fərmanı oxumaq məsləhəti vermək qalır. Belə ki, dövlət başçısının fərmanına
əsasən 400 mindən çox vətəndaş xarici valyutada götürdüyü kredit borcunun
devalvasiya yükündən azad olunur, təxminən bu qədər vətəndaşın isə 360 günədək
gecikdirilmiş milli valyutadakı kredit borcuna ciddi güzəşt mexanizmləri tətbiq
edilir. Müvafiq fərmanla 2015-ci ilin dekabrın 21-dək bankdan xarici valyuta
ilə götürdüyü krediti sonrakı dövr ərzində bağlayan vətəndaşların ödədiyi əlavə vəsait də geri
qaytarılacaq. Əgər vətəndaş
0,78 məzənnə ilə dollar krediti götürübsə, devalvasiyadan sonra krediti yüksək
məzənnə ilə ödəyibsə, iki məzənnə arasındakı fərqi geri alacaq.
Fərmana əsasən, 2015-ci
il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə
- 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları), 2015-ci il fevralın 22-dən
həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada
əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları)
güzəşt nəzərdə tutulub. Ödəniş ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə
prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit
borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin
sərəncamına veriləcək. Hər bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5
min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.
Mərkəzi Bank Fərman qüvvəyə
mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ
dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı
keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına
Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğinədək
dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verəcək. Mərkəzi bank
həmçinin, bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə
ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ
dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5
faiz olmaqla qiymətli kağızların verilməsini təmin edəcək. Prezidentin fərmanı öz yaxınları, qohumlarına kredit
götürən müharibə veteranları, əlillər, təqaüdçülər və bu qəbildən olan digər
təbəqə üzvləri üçün də əhəmiyyəti böyükdür.
Qazaxıstanla analogiya apamaq məsələsinə gəlincə,
Cəmil Həsənliyə ölkə
başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında
qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi
fərmanını xatırlatmaq istərdim. Həmi vaxt fərmanın icrası üçün böyük maliyyə
vəsaiti ayrıldı ki, bu da 2 milyon 400 min şəxsi əhatə etdi. Bu fərman
postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən
məqbul variant sayılmışdı.
O ki, qaldı bankların
vətəndaşlara dollarla kredit verməsi məsələsinə bu da professorun
diletantlıgından xəbər verir. Hər bir insan bankla əməliyyatlar aparanda, eyni
zamanda kredit götürəndə və yaxud əmanət qoyanda istənilən valyutanı seçməkdə
sərbəstdir. Dünyada belə qəbul olunub. Heç kimi banklardan məcburi qaydada
hansısa ölkənin valyutasında kredit götürməyə vadar edə bilməz. Hansı şərtlər
məqbuldursa bu variant da seçilir. Həmin dönəmdə də insanların bir çoxu məhz
dollarla kredit götürmüşdü. Buna görə bankları ittiham etmək Həsənlinin
ümumiyyətlə bu kimi proseslərdən bixəbər oldugunu göstərir.
Bu gün bütövlükdə radikal müxalifət Cəmil Həsənlinin timsalında
siyasi, mənəvi cəhətdən qocaldıgını nümayiş etdirir. Ölkədə ugurla həyata
keçirilən kompleks islahatların fonunda baxdıqda isə ümumiyyətlə müxalifətin
varlıgı belə görünmür.
Комментарии
Отправить комментарий