Rəzilliyin son həddi...



Yenə də danışdılar. Amma bu dəfə özləri barədə. Ermənipərəst dairələrin əlində siyasi alətə  çevrilən xaricdəki antiazərbaycançı şəbəkənin üzvləri bir-birlərini rüsvay etdilər. Qrant ovçuları, əxlaqları, dünyagörüşləri eyni olan – Orduxan Teymurxan və Səid Nuri, Məhəmməd Mirzəli arasında müxalifətin mitinq-yürüş məsələsində qarşılıqlı təhqirlərin səsləndirilməsi bu simasızları daha da eybəcərləşdirib.

Söhbət ondan gedir ki, adlarını çəkdiyim siyasi buqələmunlar arasında əvvəllər də “qitə savaşları” qrant çəkişmələri, qarşılıqlı ittihamlar olub. Bu dəfə isə tam mahiyyətlərini ortaya qoydular. Avropada küçə həyatı yaşayan Orduxan Teymurxan sosial şəbəkə vastəsilə ABŞ-da eyni həyat tərzi keçirən Səid Nuri və Məhəmməd Mirzəlini 19 martda razılaşdırılmamış mitinqə insanları itaətsizliyə çagırışlarını kəskin tənqid edib. Teymurxanın “bu pendir mitinqidir” deməsi və mitinqə insanları kütləvi itaətsizliyə çagıran “cütlüyü” başıboşluqda ittiham etməsi və özünə xas tərzdə təhqirlər yagdırması əks tərəfdə də adekvat reaksiya ilə qarşılanıb..



Xatırladım ki, ABŞ-ın ştatlarında dilənçi qrant puluna yaşayan Səid Nuri və Məhəmməd Mirzəli vaxtilə Tural Sadıqlı ilə erməni lobbisindən aldıqları pulları bölüşdürərkən 100 avroya görə sosial şəbəkələrdə bu məsələni açıq müzkirəyə çıxarmışdılar. Həmin vaxtdan da Avropadakı “siyasi şoumenləri” qrant ogruları kimi təqdim edərək aralarında “soyuq müharibə”ni başlatmışdılar. Hazırda Orduxan Teymurxanın “cütlüyü” təhqir etməsi qarşı tərəfin də  öz “tərbiyələr”ini nümayiş etdirmələri üçün yeni meydan açıb.


Azərbaycanda qeyri-qanuni mitinqlərə insanlara çagırış edən Səid Nurinin jarqonla "Orduxan böyük zivbil-zaddır?!",  Məhəmməd Mirzəlinin isə Avropada qrant üstündə oturmusunuz bizim fəaliyyətimizi  həmişə gözdən salırsınız, çünki   "xain və paxılsınız..." deməsi bu simasızların mahiyyətsizliklərini bir daha ortaya qoyur.
Onların sosial şəbəkələrdə, xüsusilə “YouToube” və “Facebook”dakı hər bir açıqlamaları bu insanların nə qədər savadsız, tərbiyəsiz, milli mənlik şüurundan uzaq olduqlarını göstərir. Azərbaycan xalqı adından spekulyasiyalar edən əslində isə, dövlətçiliyimizə düşmən kəsilən bu tiplər bir-birlərinin iç üzlərini açdıqca cəmiyyət onları daha da yaxşı tanıyır. Fikir verin psixi durumu yerində olmayan, şər-böhtan, məntiqə və həqiqətə sığmayan sərsəmləmələrlə gündəmə gələn Orduxan Teymurxan bu gün xarici antiazərbaycan şəbəkə tərəfindən “əl meymunu” funksiyasını daşıyır. Onun Niderland küçələrində, iri ofislərin tualetlərində, vagzallarda, piyada keçidlərində “canlı yayımlar” təşkil etməsi bu insanın rəzil durumda oldugundan xəbər verir.  Özünü Avropalıya xas həyat tərzi keçirdiyini göstərməyə çalşsa da davranışları, “xəbər” hazırladıgı məkanlara baxdıqca onun Orduxanlıgı dərhal sezilir.  Bu tipin xarici görkəmi onun daxili aləmini tamamlayır.
Onunla eyni “siyasi düşüncəni” bölüşən və Azərbaycana düşmən olan qüvvələrdən maliyyə yardımı alan  Səid Nuri və Məhəmməd Mirzəlinin də kimlikləri də hər kəsə bəllidir. Otellərdə, kafelərdəki əxlaqsız hərəkətləri ilə yaddaşlarda qalan bu cütlük bu gün Orduxanı əxlaqsızlıqda, xainlikdə, paxıllıqda günahlandırırlar?! Əslində Orduxan Teymurxanın ünvanına deyilən fikirlər onun mahiyyətini tam əks etdirir. Amma bunun eyni naqislikləri olan əqidədaşları tərəfindən səsləndirilməsi paradoks yaradır.

Bu gün xaricdə "siyasi mühacir” adı altında ölkəmiz əleyhinə təxribatlar aparan, ermənipərəst dairələrdən “xidmətləri” müqabilində qrantlar toplayan, maraqları toqquşanda isə ən təhqiramiz  formada bir-birlərini ifşa edən  bu siyasi dəllallar mahiyyətlərini göstəririlər. Özləri xaricdə oturub  Azərbaycanda insanları kütləvi itaətsizliyə çagırışlar edən marionetlər sosial şəbəkələrdəki son rüsvayçılıqları ilə  daha da rəzil bir duruma düşüblər. Sonra da deyirlər ki, insanlar niyə bizim paylaşımlarımıza ciddi yanaşmırlar.

 

 

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....