REAL-çı iqtisadçının absurd taksi söhbəti...





Son vaxtlar sosial şəbəkələrdə hərşeyşünas “ekspertlər”ə rast gəlirik ki, istənilən məsələyə münasibət sərgiləyirlər. Özü də bu münasibəti həqiqət kimi zorən cəmiyyətə sırımaga çalışırlar. Məsələn, bioloq geosiyasətdən, sənətşünas qlobal iqtisadiyyatın qlobal problemlərindən “təhlillər” verir. Nə deyirəm olsun. Hər kəsin fikir paylaşmaqda haqqı var. Amma insan danışanda və hansısa məsələyə münasibət bildirəndə gərək obyektivliyi qorusun, kimlərəsə yarınmaq naminə danışmasın. Bu günlərdə REAL-çı Natiq Cəfərlinin bir statusunu oxudum. Yeri gəlmişkən bu adam da gah siyasətə girişir, gah da iqtisadi sahədə “dahi ekspert” kimi özünü təqdim edərək proqnozlar verir. Ancaq onun təhlillərinə baxdıqda heç bir əsaslandırmaya rast gəlmək olmur, konkret bazaya söykənməyən ümumi söz yıgını ilə üzləşirsən. Bu dəfə isə hava limanında taksi xidməti göstərən sürücülərə qoyulan tələblərə özünəməxsus tərzdə münasibət bildirib. Belə ki, hava limanında işləmək istəyən taksi sürücüləri gözəl geyinməli, ingilis dilində danışmalıdır. Bu  mütərəqqi addım REAL-çının xoşuna gəlməyib. Niyə? Nəyi pisdir! Dünyanın tərkib hissəsi olaraq inteqrasiya prosesindən kənarda qala bilmərik. Hər bir mütərəqqi addım Azərbaycanın beynəlxalq aləmdə tanınmasına xidmət edir. Nəzərə alsaq ki, ilk tanıtım da məhz hava limanından başlanır və xarici qonaqlara ən yüksək səviyyədə xidmət göstərmək bu baxımdan zəruridir. Artıq bu istiqamətdə konkret nəticələr var və taksi fəaliyyəti ilə məşgul olanlar bu sarıdan heç bir problem-filan da yaşamırlar.  Natiq Cəfərlinin yersiz müdaxiləsi və məsələyə konyunktur yanaşması bir daha göstərir ki, bu tip insanlar Azərbaycanın beynəlxalq aləmdə istənilən sahədə inkişafını həzm edə bilmirlər. Bu qaraguruhçu münasibət antiazərbaycan kampaniyası aparanların fəaliyyət prinsipinə çevrilib. Bu dəfə isə Natiq Cəfərlinin timsalında. Amma əbəs yerə özünüzü yormayın, dəyirman öz işini görür.....      



Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....