Paşinyan hökumətinə qarşı etirazlar başladı
Ermənistan
paytaxtında Milli Akademik Opera və Balet Teatrının yaxınlığında yerləşən
kafenin sökülməsinə etiraz əlaməti olaraq kütləvi aksiya keçirilir. Hökumətin qərarından
narazı olan işçilər Maştots prospektini, daha sonra Tumanyan küçəsini bağlayıblar.
News.am
saytının yaydıgı məlumata görə etirazçılar "Sən
kimsən?" Əvvəlki olanlardan fərqli olanı nədir? Hökumətin başçısı
haradadır? Məryəm haradadır?” -deyə narazılıqlarını bildiriblər.
Səhər
saatlarından başlayaraq kafeləri sökülmüş iş adamları İrəvan Bələdiyyəsinin Başçısı Hayk Marutyan və
administrasiyasının rəhbəri Viktor Mnatsakanyanla gö
rüş tələb
ediblər. Günortadan sonra etirazçıların nümayəndələri ilə V. Mnatsakanyanla
görüş baş tutsa da nəticə əldə edilməyib. Etirazçılar İrəvan meri
Ayk Marutyanla görüş tələb edirlər.
Əraziyə cəlb olunan polis əməkdaşları vətəndaşlara güc tətbiq ediblər,
saxlanılanlar var.
Комментарии
Отправить комментарий