Nikol Paşinyanın siyasi klounlugu bumeranq effekti verir




 Erməni baş nazir Nikol Paşinyanın Daglıq Qarabag münaqişəsinin həlli ilə baglı qeyri-ciddi və imitasiya xarakterli bəyanatları ümumən Ermənistan diplomatiyasının gülünc vəziyyətə düşdüyünü göstərir. Siyasi illuziyalara qapılaraq flyüger kimi mövqeyini tez-tez dəyişən erməni nazirin atdıgı addımlar faktiki bumeranq effekti verir. Hakimiyyətə çevriliş yolu ilə gələn Nikol Daglı Qarabag münaqişəsi ilə baglı ictimai rəyə hesabladıgı açıqlamaların ardından daban-dabana zidd gedişlər etməsi paradoks yaradıb.
Paşinyan baş nazir seçkilərində yalnız Ermənistan vətəndaşlarının iştirak etdiyini və ona görə də Dağlıq Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığı kimi sərsəm bəyanatından sonra bu günlərdə separatçı rejim rəhbərliyinin də iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının iclasını keçirməsi bir sıra nüanslara aydınlıg gətirir.
 Əvvəla Paşinyan anlayır ki, pafosla ictimai rəyə hesabladıgı bəyanatlarının siyasi-hüquqi əhəmiyyəti yoxdur və Daglıq Qarabagı danışıqlar prosesində tərəf kimi göstərə bilməyəcək. Beynəlxalq hüquq müstəvisində də münaqişənin sülh yolu ilə nizamlanması prosesində yalnız Azərbaycan və Ermənistan tərəf kimi qəbul olunur. Daglıq Qarabag adından danışmaq səlahiyyətinin olmadıgını deyən Nikol oglunu separatçı rejimin nəzarətində olan hərbi hissələrin birində “qulluq” etməyə göndərməsi, Təhlükəsizlik Şurasının iclasını məhz qondarma “respublikada” keçirməsi əslində, sürüşkən erməni siyasətinin mahiyyətini ortaya qoyur.
ATƏT-in Minsk qrupu həmsədrlərinin də münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində aparılan danışıqlarda də əsas tərəf kimi Azərbaycan və Ermənistanı görməsi və üçüncü tərəfin prosesə qatılmasını düzgün saymaması hər halda Paşinyanın son addımlarına az təsiri olmayıb. Bəyanatda açıq bildirilir ki, danışıqların formatı dəyişdirilə bilməz və danışıqlar Helsinki Yekun aktında nəzərdə tutulan prinsiplərə söykənir. Bu prinsiplər isə ondan ibarətdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ dövlətlərin ərazi bütövlüyünü təhdid edə bilməz.

Nikol Paşinyan bir müddət əvvəl yerli KİV-lərə verdiyi açıqlamada deyib ki, gələcəkdə işğal edilmiş Qarabağ ərazisini Ermənistanın bir hissəsi kimi görür. Faktiki olaraq Paşinyanın məsələ ilə baglı hər dəfə fərqli mövqe nümayiş etdirməsi və bununla da özünü gülünc vəziyyətə salması onu göstərir ki, qaraguruhla hakimiyyətə yiyələnən Nikol hökumətinin ümumiyyətlə,  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konsepsiyası yoxdur. 
Bu gün separatçı rejimin rəhbəri Serj Sarkisyan və Robert Koçaryanın əlaltısı olmuş Bako Saakyandır. Məlum oldugu kimi Robert Koçaryan artıq həbsdədir, Serj Sarkisyanı da yaxın vaxtlarda eyni aqibət gözləyir. Nikolun Saakyanı faktiki olaraq rejimin rəhbərliyində saxlaması da müəyyən vaxt qazanmaga hesablanıb. Ermənistanda “köhnə qvardiya”nın tam zərəsizləşdirilməsindən sonra separatçı rejim rəhbərliyi də dəyişdiriləcək. Məhz danışıqlar prosesində Daglıq Qarabagın üçüncü tərəf kimi ortaya atılması da prosesdə vaxt qazanmaq məqsədi daşıyır. Nikolun həm Ermənistanda həm də separatçı rejim daxilində “təmizləmə əməliyatı”nı aparması indiki vaxtda onun xeyrinə deyil. Onun Daqlıq Qarabgda separatçı rejimin rəhbəri ilə eyni masa ətrafında oturması da yumşaq tərzdə danışıqların məhz Ermənistan tərəfindən aparılması zərurətinin başa salınması da bu baxımdan anlaşıla bilər. 
Şübhəsiz, işğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların nəticəsiz qalacağı təqdirdə, münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. 2016-cı il aprel və 2018-ci ilin mayında ugurlu hərbi əməliyyatlar Azərbaycanın hərbi gücünü Ermənistana eləcə də bütün dünyaya göstərdi.  Ermənistan və Azərbaycan arasında 1994-cü ilin 12 mayında atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkək müqaviləsinin imzalanmasından 25 il ötsə də, ATƏT-in Minsk qrupunun vastətəçiliyi ilə aparılan  danışıqlar prosesi nəticə verməyib. Ermə­nis­tanın sabiq prezidenti S.Sarkisyan kimi baş nazir Nikol Paşinyan da rejimin ömrünü uzat­­maq üçün bütün mümkün variantlardan istifadə edir. Hər bir çıxışında daban-dabana zidd bəyanatlar verməklə özünü gülünüş hədəfinə çevirir. Ancaq siyasi klonlugun da ömrü uzun deyil. Ermənistan rəhbərliyi görüntü xatirinə spekulyasiyalarını davam etdirəcəyi təqdirdə Azərbayacan ordusu bu dəfə işgalçıya yüz illər belə yaddan çıxmayacaq bir dərs verəcək.
Nikol nəhayət ki, bunu anlamalı və imitasiyalarına son qoymalıdır.....











Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....