Natamamlıq sindromu...




 Bu gün Azərbaycan siyasi palitrasında bəzi şəxslərin manipulyasiya xarakterli taktikalarla özlərini cəmiyyətə “yeni təşkilat və yeni lider” statusunda göstərmək cəhdləri ilə qarşılaşırıq. Yaxın siyasi tarixi analiz etmək yetər ki, bu “yenilikçilər”in məhz müxalifətin şinelindən çıxaraq zamanında bir neçə dəfə mövqelərini dəyişərək ayrı-ayrı siyasi təşkilatlarda aşağı postlarda təmsil olundugunu görəsən.
Siyasətdə nəticənin olmamasının özü də bir nəticədir prinsipi ilə yaşayan, ancaq nə cəmiyyət nə də ki, müxalifət daxilində ciddi siyasi fiqur və alternativ siyasi qüvvə kimi qəbul edilməyən  “yeni qüvvə”nin missiyasina diqqət yetirək. Söhbət vaxtilə AMİP-in katiblərindən biri olan, sonrada isə liderinə arxa çevirərək Müsavat Partiyasında və AXCP-də “siyasi dilmanc” funksiyasını daşıyan İlqar Məmmədovdan gedir. Bu şəxs adı çəkilən təşkilatlarda təmsilçiliyi dönəmində xaricdəki dairələrlə qrant sövdələşmələrində qeyri-səmimi mövqe sərgiləməsi səbəbindən bu qurumlardan mədəni şəkildə uzaqlaşdırıldı. Xatırladaq ki, İlqar Məmmədov dünyada “rəngli inqilabların” əsas ideya rəhbəri, məşhur maliyyə fırıldaqçısı Corc Sorosun yaratdığı Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü kimi xaricdən aldığı qrantlarla antiazərbaycan fəaliyyəti ilə tanınıb.

Xatırladım ki, İlqar Məmmədov 2013-cü ildə qanunsuzluqlara yol verdiyi üçün polis tərəfindən saxlanılıb. Yaxın Şərq ölkələrində baş verən inqilabların təsiri altında 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar etmişdi. O törətdiyi bu əmələ görə 7 il həbs cəzası almışdı. 2018-ci ilin avqustun 13-də isə Şəki Apellyasiya Məhkəməsi onun azadlığa buraxılması barədə qərar verdi.
Özünü cəmiyyətə  yeni “siyasi qüvvə” kimi təqdimatdan sonra REAL sədri ötən müddətdə hansısa bir yeni xətt, yeni fəaliyyət, yeni yanaşma metodu ilə fərqlənmədi, əslində müxalifətdaxili intiriqaların dərinləşməsində xüsusu rol oynadı. İlqar Məmmədov virtual müxalifətçilik funksiyasını yerinə yetirməklə sosial baza kimi “trollar” şəbəkəsindən radikal müxalif rəqiblərini sıradan çıxarmaq üçün vasitə kimi istifadə etdi. Ancaq bu “yeni metod” da işə yaramadı. Çünki ümumən radikal müxalifətin fəaliyyəti yalnız sosial şəbəkələr müstəvisində quruldugundan virtual məkan savaşları da tərəflərin tam mahiyyətini üzə çıxardı.
   


REAL sədrinin primitiv siyasi mübarizə metodlarından istifadə etməsi və sərsəm bəyanatları onun natamam siyasətçi obrazını formalaşdırır. Siyasi diletant, natiqlik qabiliyyəti olmayan və ətrafına ciddi elektorat toplaya bilməyən İlqar Məmmədov son dönəmlərdə  fəaliyyətini əsasən mənbəyi bəlli olmayan xarici qurumların “statistikaları” üzərində quraraq bundan spekulyasiyalar etməkdədir.
     Onun bu günlərdə facebook hesabından “Anti-sosial siyasət necə olur ki?” başlıqlı bir “yazısı” diqqəti cəlb etdi. Siyasətdən kilometrlərlə uzaq olan Məmmədovun iqtisadi-sosial təhlil qabiliyyətinin də sıfır olması bu yazıdan bir daha aydın oldu. Belə ki, REAL sədri heç bir mənbə göstərmədən ABŞ-in hansısa ( ola bilər ki, Sorosa yaxın hansısa qurum) bir qrup aliminin tibbi statistik araşdırmasına istinad edib.  Bildirir ki, 192 ölkə üzrə tədqiqatlar aparılıb və xəstəliklər üzrə yaş həddinin dünya üzrə 65 oldugu “üzə çıxıb”.  Ermənistandakı göstərici dünya üzrə ortalamaya yaxın, Gürcüstanda  60 yaş, Azərbaycanda isə 58 yaş müəyyən edilib.
  Ən maraqlısı da odur ki, İlqar Məmmədov “təhlil”  və “muqayisələr” apararaq belə qənaətə gəlib ki, xəstəliklər üzrə yaş həddinin belə olmasında “səbəb” Azərbaycanda səhiyyə, təhsil, qidalanma, ümümən yaşayış səviyyəsinin Ermənistan və Gürcüstandan aşagı olmasıdır. Bu “dəyərləndirməni” aparan adamın ümumiyyətlə müqayisəsi qüsurludur. Əvvəla ABŞ-ın hansısa qrup alimlər tərəfindən belə bir tibbi statiskanın ölkələrin müvafiq rəsmi qurumlarına istinad etmədən aparması sübyektiv yanaşmanı otraya qoyur.  Digər tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistanın İlqar Məmmədovun təhlil etdiyi kriteryalarla müqayisəsi göstərir ki, onun ümumiyyətlə Azərbaycandakı inkişafdan və əhalinin sosial durumundan xəbəri yoxdur.
     

İstər təhsil, səhiyyə, istərsə də yaşayış səviyyəsinə görə Azərbaycan bu iki ölkələri birgə götürdükdə dəfələrlə üstündür. 2019-ci ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir.  Büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat təşkil edir. Müqayisə üçün deyək ki, Gürcüstanın dövlət büdcəsi bu il 4,8 mlrd.dollar, Ermənistanın isə 3,35 mlrd.dollar səviyyəsindədir. Azərbaycanın təkcə bu il müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsinə 3,37 mlrd. manatın ayrılması nəzərdə tutulub ki ( təxminən 2 milyard dollar), bu da 2018-ci illə müqayisədə 4,6% çoxdur. Bu rəqəm Azərbaycanın regionda siyasi, iqtisadi və hərbi gücünü əyani şəkildə  göstərir.
Dövlət Statistika Komitəsinin verdiyi göstəricilərə əsasən, respublika və Bakı şəhəri üzrə 60 yaşdan yuxarı yaş qruplarına görə əhalinin sayının artan dinamikası müşahidə edilir. Bu, xüsusən 60-74, 75-89 yaş qruplarında özünü daha çox büruzə verir. Orta ömür həddi  isə 75.2-dir (kişilər 72.7, qadınlar 77.6).
 Azərbaycan Cənubu Qafqaz regionunda dayanıqlı siyasi mövqeyi və iqtisadi potensialı ilə bu cografi arealda ümumi iqtisadi inkişaf istiqamətlərini müəyyən edən ölkə kimi qəbul olunur. Prezident İlham Əliyevin 2018-ci il oktyabrın 30-da imzaladığı “2019-2030–cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” Sərəncamında Məşğulluq Strategiyasının icrası dövründə işsizlik və yoxsulluq səviyyəsi azalıb, əhalinin gəlirləri, o cümlədən əməkhaqqı daha da yüksəlib. Təkcə bu il əməkhaqqları 38 faiz artırılıb. Ölkə üzrə işsizlik səviyyəsi 5 faiz, yoxsulluq həddi isə 4,9 faizdir.
İşgalçı Ermənistan və dost ölkə olan Gürcüstan üzrə müqayisə aparaq.
 BMT-nin beynəlxalq araşdırma qrupunun hazırladığı "Xoşbəxtlik haqqında ümumdünya hesabatı - 2018" adlı sənəddə də Ermənistan 129-cu sırada qərarlaşıb. Ötən illə müqayisədə 8 pillə geriləyib. Araşdırmalar dünyanın 156 dövləti arasında həyat şəraiti, sosial dəstək və korrupsiyanın səviyyəsi göstəriciləri əsasında aparılıb. Bütün transmilli layihələrin həyata keçirilməsində kənarda qalan  Ermənistanda həyat şəraitinin ildən-ilə pisləşdiyi hesabatda xüsusi qeyd olunub. 

Ermənistan Milli Statistika Xidmətinin 2018-ci il məlumatına əsasən, ölkə MDB-də yoxsulluq göstəricisinə görə üçüncü yerdədir. Ölkədə yoxsulluq səviyyəsi 35 faizi ötüb. Daha dəqiq desək, hər 4 vətəndaşdan biri yoxsuldur. Bir çox təşkilatların hesabatlarında isə bu göstərici bir qədər də yüksək -  37 faizdən çox göstərilir. Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, Ermənistanda işsizlik səviyyəsi 20 faizə yaxındır. Lakin ekspertlər hökumətin real statistikanı gizlətdiyini, işsizliyin 32 faizi keçdiyini bildirir.
Erməni KİV-lərinə müsahibə verən Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Markaryan ölkədə qiymət artımı dalğasının mümkün nəticələrindən danışıb. O qeyd edib ki, Ermənistan hökuməti ölkədəki yoxsulluq göstəricilərinə biganəlik nümayiş etdirir: “Qiymət artımı yoxsul təbəqənin istehlak etdiyi məhsullara şamil olunduğu üçün yoxsulluq həddi 35-40 faizə çatıb”.
Eyni zamanda  iqtisadiyyatının çox hissəsini kənd təsərrüfatı təşkil edən Ermənistan iqtisadiyyatı heç bir prespektiv vəd etmir. “Forbes” jurnalının hesabatına görə "Dünyanın ən pis iqtisadiyyatları" olan ölkələri sırasında Ermənistan ikinci yerdə dayanır. 
Ermənistanın Təhsil və Elm naziri Araik Arutyunyan bu yaxınlarda News.am saytına müsahibəsində bildirib: “On il ərzində müəllimlərin əmək haqqı artırılmayıb. Yaxın gələcəkdə müəllimlərin maaşlarının artırılacagını desəm yalan söyləmiş olaram. Hazırda iqtisadi islahatları gözləyirik.  Ötən il ali məktəblərdə direktorların maaşları qənaət və daxili imkanlar hesabına təmin ediblər. Bu il direktorlar Təhsil və Elm Nazirinə müraciət ediblər ki, artıq eyni əmək haqqlarını da ödəyə bilməyəcəklər”.
    Gürcüstanda əhalisnin isə 21,9%-i mütləq yoxsulluq səviyyəsində yaşayır. Gürcüstan Milli Statistika İdarəsinin 2018-ci ilin yekunlarına dair məlumata görə, ötən il ölkənin şəhərlərində yoxsulluq səviyyəsi 18,6%, kənd yerlərində isə 26,6% təşkil edib. Qadınlar arasında yoxsulluq səviyyəsi 21,6%, kişilər arasında isə 22,4% olub. Gürcüstanda işsizlik səviyyəsi isə 13,9% təşkil edib.
REAL sədrinin siyasətdə piyada oldugu kimi, sosial-iqtisadi sahədə də qüsurlu təhlillər aparması bir daha onun yarımçıqlıgından xəbər verir. Azərbaycanın qonşu ölkələrlə müəyyən sahələrdə ugursuz müqayisəsi çox mətləblərə aydınlıq gətirir. Biz sadəcə Azərbaycanın inkişaf göstəricilərinin çox cüzi hissəsini sadaladıq. Faktlara söykənmədən qərəzli hesabatlara, “statistik təhlillər”ə istinad etmək bu tip insanların inkarçı və xəstə təfəkkürə sahib olduqlarını göstərir. Cəmiyyəti belə “yeniliklərlə” özünə cəlb etmək olmaz.

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....