Mehman Hüseynovun böyük etirafı: “Mən agıllanası deyiləm”


 



Bloger Mehman Hüseynov evində mətbuat konfransı keçirdi. Əslində blogerin nə danışacagı, əvvəllki mövqeyindən kardinal şəkildə geri çəkiləcəyi, hansi ittihamlarla çıxış edəcəyi qabaqcadan bəlli idi. Onun jurnalistlərin suallarını cavablandırarkən etdiyi emosional hərəkətlər, nizamsız fikirlər söyləməsi, proseslərə sırf radikal rakursdan yanaşması, yalanlarını həqiqət kimi qələmə verməsi, hətta “mən agıllanası deyiləm” kimi fikirləri ilə diqqəti cəlb etdi.

Blogerin mətbuat konfransında tez-tez noutbuka baxması və solunda oturan vəkillərinin də ara-sıra onun sözünü kəsərək müdaxilələri faktiki olaraq onların tezislər üzərindən işlədiklərini qabarıq şəkildə göstərdi. Suallar müxtəlif olsa da cavablar standart və daha çox təlimat xarakterli idi. Ən maraqlısı isə bəzi məqamlarda onun sualların istiqamətini dəyişməyə çalışması və tələskənlik edərək “ssenaridən” çıxması idi.  Fikir verin, bu insan bir mətbuat konfransıda fikirlərini neçə dəfə təhrif etdi.

Mehman Hüseynov aclıq aksiyasının neçə gün davam etdirməsi ilə baglı sualda karıxdı. Əvvəlcə “quru aclıq” etdim, sonradansa, aksiya zamanı süd, yogurd qəbul etmişəm fikrini bildirdi. 4 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalova xəsarət yetirməsi məsələsini də danaraq belə bir hadisənin olmadıgını deyib. Halbuki KİV-lərdə, sosial şəbəkələrdə Əli Abdalovla barışıq səhnəsinin video görüntüləri var.

Onun mətbuat konfransında həbsxanadakı vəziyyətlə baglı reallıga uygun olmayan fikirlər bildirməsi həqiqətən də bu insanın ikiüzlülüyündən, konyuktura, merkantal maraqlara uygun tez-tez mövqe dəyişdiyini təsdiqləyir.  
Bu insan üçün müqəddəs heç nə yoxdur. Bu adam  anasının xəstəliyindən, ölümündən siyasi divident götürmək üçün hələ də manipulyasiya edir. Anası vəfat edən zaman həbsxanadan çıxmasına şərait yaradıldı, dəfndə iştirak etdi. Bu gün verdiyi açıqlamalarla isə tamamilə fərqli mövqedən çıxış edərək anasının ölümündə kimlərisə əsassız şəkildə ittiham etdi.  Bloger Mehman Hüseynovun mətbuat konfransında işlətdiyi ifadələr onun xarici antiazərbaycançı şəbəkənin təlimatına uygun olaraq mövqeyini sinxronlaşdırdıgını bir daha göstərdi.
Mühüm məqamlardan biri də Əli Kərimlinin sosial şəbəkələrdə bir müddət əvvəl Mehman Hüseynovun azadlıga çıxmasında “rol oynaması” barədə dediyi fikrə münasibəti oldu. “Bu belə deyil, mənim azadlıga çıxmagımın onunla heç bir əlaqəsi yoxdur” cavabını verib.
Xatırladaq ki, Mehman Hüseynovun müxalifətin “xaç atası” Əli Kərimli ilə münasibətlərində soyuqluq elə ilk gündə özünü göstərib. AXCP sədri çagrılmamış qonaq kimi Mehmanın evinin kandarındaca şok yaşadı. Mehman Hüseynov kameralar qarşısında pozlar verərkən Əli Kərimli ayaqüstə cəmisi bir neçə cümlə deyir, onun üçün mitinq keçirməsini və tvitter haştağı təşkil etməsini vurğulayır. Bu soyuq münasibət blogerin mətbuat konfransında Əli Kərimli ilə baglı sualı cavablandırarkən işlətdiyi ifadələrdə də özünü göstərdi. Yəni AXCP sədri Mehmanla baglı böyük xəyal qırıqlıgı yaşadı.
Siyasi fəaliyyətini sosial şəbəkələrə keçirən və faktiki olaraq virtual müxalifətçiliklə məşgul olan Əli Kərimli siyasi divident qazanmaga hesabladıgı Mehman variantından zərərlə çıxdı. Bu əslində onun xarici antazərbaycan şəbəkənin siyasi predmet kimi isifadə limitinin tükəndiyinə də dəlalət edir. Nəzərə alsaq ki, Mehman Hüseynov hazırda qardaşı Emin Hüseynovun çaldıgı siyasi zurnaya uygun addımlar atır və mətbuat konfransı da əslində bu oyunun tərkib hissəsi idi. Əli Kərimli ilə Emin Hüseynov arasında köhnə ədavətin oldugunu nəzərə aldıqda, birincinin təşəbbüskarlıgının işə yaramadıgını görmək olar.

Mehman Hüseynovun mətbuat konfransında tezislər üzərində qurdugu çıxışı radikal kəsimin atacagı addımları da proqnozlaşdırmaga əsas verir. Yəni blogerin siyasi sifarişçiləri ilə Əli Kərimlinin radikal kəsim arasında bu gün nüfüz savaşı start götürüb. AXCP sədrinin son vaxtlar radikal düşərgədə əsas təşəbbüskar rolda çıxış etməsi və Mehman məsələsində də spekulyasiyası xaricdə oturan siyasi müqəvvalar tərəfindən birmənalı qarşılanmayıb. Çünki antiazərbaycan dairələrə Əli Kərimlinin “fəal”, özlərinin isə “fəaliyyətsiz” durumda görünmələri son nəticədə böyük maliyyə itkisi ilə üzləşdirib. Bu səbədəndir ki, xaricdə oturan antimilli dəstə artıq Mehman Hüseynovu Əli Kərimliyə qasrşı qoymaqla nisbəti öz xeyirlərinə dəyişməyə çalışırlar.
Amma bu merkantal siyasi dəstə etdikləri hərəkətlərlə bütün planlarını da açmış olurlar. Necə ki, Mehman Hüseynov keçirdiyi mətbuat konfransında antimilli dairələrin siyasi marioneti oldugunu çılpaqlıgı ilə ortaya qoydu.                 


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....