Flyuger əqidəlilər...


Azərbaycan hakimiyyəti tərəfindən əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan hər bir addım, həyata keçirilən islahatlar radikal müxalifətdə böyük əndişə yaradır. Həyata keçirilən islahatları özlərinin düşüncə tərzinə uygun “intrepretasiya” edərək ölkə xaricindəki antimilli qüvvələrlə bu məsələdə də mövqelərini sinxronlaşdırırlar. AXCP sədri Əli Kərimli və xaricdə  mənzillənmiş mənafe qrupları bu məsələdə son vaxtlar fəallaşıblar.
Ölkə daxilində eləcə də xaricdə olan radikal qüvvələr aparılan sosial islahatları, idarəetmənin daha çevik səviyyəyə gətirilməsini və bunun bütövlükdə inkişafımıza ciddi təkan verməsindən narahat olurlar. Bu baxımdan da Əli Kərimli ənənəvi qara piar kampaniyasını öz facebook səhifəsindən, eləcə də xaricdə sifarişli əsaslarla fəaliyyət göstərən internet resursları vastəsilə realizə edir.  Əli Kərimli anlayır ki, onu ictimaiyyətdə dəstəkləyən, fikirlərinə ciddi yanaşan yoxdur. Bu baxımdan özünə diqqət cəlb etmək və antiazərbaycan dairələrinin maraq dairəsinə düşmək üçün sosial şəbəkələrdə aktivliyi artırmagı qərara alıb.

Fikir verin, onun son aylarda yazdıgı statuslar, “trollar”ı vastəsilə apardıgı kampaniyalar, xarici internet resurslarındakı sponsor dəstəkli müsahibələrində yalnız bir məqsəd var o da ki, hakimiyyətin fəaliyyətinə kölgə salmaqdır. Ölkə başçısının bölgələrə son səfərlərində vətəndaşlatlarla birbaşa ünsiyyət qurması və onların problemlərini bilavasitə dinləyərək dərhal da göstərişlər verməsi bu siyasi buqələmunlarda böyük narahatçılıqla qarşılanır.  Elə buna görədir ki, hər dəfə Əli Kərimli yalanlarından ibarət hansısa paylaşımalar etməklə diqqəti başqa istiqamətə yönəltməyə çalışır. Bu dəfə isə Əli Kərimli  antimilli şəbəkənin maliyyə dəstəyi ilə yaradılmış və müəllifi Qənimət Zahid olan “Sözarası” proqramında ölkədə aparılan islahatlarla baglı növbəti sərsəmləmələrindən sonra gənclər mövzusuna keçərək onları kütləvi itaətsizliyə çagırış edib.
Əli Kərimlinin “Sözarası” proqramına müsahibəsindən sitat: “Universitetlərin qapılarını baglayın və bizim mitinqlərə çıxın, necə ki, o vaxt Qənimət bəylə tələbə olanda belə etmişdik. Əgər Bakıdakı universitetlərin qapılarını baglayıb bizim mitinqlərə gəlsəniz istəyimizə nail olacagıq. Bizim müsahibələrə baxın, yollar axtarın, siyasi proqramlara çıxın. Ətrafınıza insanları toplayın, sosial şəbəkələrdə fəal olun, bizim ardımızca gəlin”.
AXCP sədri yaxın vaxtlarda mitinq keçirməklə baglı qəraralarını açıqlayacagını bildirməklə mitinqlərarası dövrdə gəncləri sosial şəbəkələrdən daha fəal istifadə edərək onlara dəstək olmaga cagırış edib. Qənimət Zahid də bu mövzuya müdaxilə edərək etiraf edib ki, ola bilsin ki, bu çagırışa 5-6 nəfər dəstək versin, amma ruhdan düşmək lazım deyil.
Əli Kərimli sosial şəbəkələr vasitəsilə indi də gənclərimizi öz zərərli siyasi fikirləri ilə  “zəhərləməyə” çalışır. Göründüyü kimi öz radikal, konstitusiyaya zidd addımlarında gənclərdən vasitə kimi istifadə etməyə çalışır. Məqsəd budur ki, Əli Kərimli öz xarici himayədarlarından tapşırıq alıb ki, bu cür gedişlər edərək  gəncləri qanunlarımıza zidd hərəkət etməyə sövq etsin və bu alınmayanda isə başqa pozucu fəaliyyətə əl atsın. Sual olunur Əli Kərimli niyə bu qanunazidd siyasi çagırışlarını öz oğluna etmir? Niyə sosial şəbəkələrdə Əli Kərimlinin tapşırığı ilə hərəkət edən radikal dəstənin içərisində oglu yoxdur? Çünki bu insana öz şəxsi mənafeyi lazımdır və partiya və ümumilli maraqlar isə onun vecinə deyil.
Bu gün Azərbaycan gəncliyi kifayət qədər yetkindir və bütün prosesləri analiz etmək qabiliyyətindədər. Gənclərin milli ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün respublika rəhbərliyi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Ötən müddətdə cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı, onların intellektual səviyəsinin yüksəldilməsi üçün bütün zəruri imkanlar yaradılıb. Gənclərin dövlət idarəetmə strukturlarına yüksək vəzifələrə təyin edilməsi, cəmiyyətin hərəkətverici qüvvəsi olaraq bütün sahələrdə önə çəkilməsi günümüzün reallıgıdır.
Ötən əsrin 90-cı illərindən fərqli olaraq müasir gəncliyi boş vədlər, çılgın cagırışlar, populizmlə cəlb etmək mümkün deyil. Əli Kərimlinin 90-ci illər eyforiyası ilə bu gün gənclərimizi universitet qapılarını baglamaga, özünün siyasi avantürasına dəstək verməyə çagırışları bu şəxsin siyasi və mənəvi qocalıgına dəlalət edir.  Xatırladım ki, Əli Kərimlinin də təmsil olundugu AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz idarəçiliyi sahəsində bütün sahələrdə olduğun kimi gənclər siyasətində də ciddi problemlər yaşanmışdı. Yüksək intellektual səviyyəyə malik olan gənclər dövlət idarəçiliyindən uzaqlaşdırılmış, əvəzində isə idarəçilikdən belə anlayışı olmayan insanlar mühüm vəzifələrə təyin olunmuşdu. Yarıtmaz kadr dəyişiklikləri çox keçmədən ağır nəticələr verdi. Həmin dövrdə yaşamış insanlar bunu çox yaxşı xatırlayırlar. Prezident İlham Əliyevin Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə həmin dövrü  xarakterizə edən bir fikrini yada salıram: “Əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdür. Görün, hüquq mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdür və buna görə heç bir məsuliyyət daşımamışdır. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi».
Şübhəsiz ki, tarixi danmaq mümkün deyil. Azərbaycan xalqı Əli Kərimli və onun radikal şəbəkəsinin hansı “potensiala” sahib oldugunu yaxşı görüb. Hazırda sosial şəbəkələrdə virtual müxalifətçilik edən bu tiplərin qaraguruh  çagırışlarla “bəlkə də qaytardılar” istəkləri sabun köpüyü effekti verəcək.  





Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....