Ermənilik siyasi fəaliyyətə çevriləndə: Leyla Yunus və Əli Kərimli baş roldadı



Belə bir deyim var: düşmənin də gərək kişi olsun. Təəssüflər olsun ki, bu sarıdan bəxtimiz gətirməyib. Ermənilər eləcə də, bu üzdəniraqlardan daha artıq ermənilik edən milli satqınlarımız var ki, onlar ermənilərlə fəaliyyətlərini sinxronlaşdıraraq Azərbaycana qarşı ən şərəfsiz, ən alçaq üsullarla mübarizə aparırlar. Ən müxtəlif zamanlarda ermənilərlə həmrəylik nümayiş etdirən və bunu “qəhramanlıq” kimi dəyərləndirən sapı özümüzdən olan baltalar faktiki olaraq geni modifikasiya olunmuş məxluqlar kimi siyasi alət funksiyasını yerinə yetiriblər.
Bu sırada dərin erməni təəsübkeşliyi ilə seçilən və həmin şəbəkinin manqurtlaşmış simalarından olan “hüquq müdafiəçisi” Leyla Yunus xüsusi fəallıq göstərir. Leyla Yunus fəaliyyətinin bütün dövrlərində antimilli, antiazərbaycan mövqeyi ilə tanınıb. O, həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələrlə, o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Bir faktı xatırladım.
“Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda bir sıra tədbirlər təşkil olunmuşdu. Emin Hüseynovun moderatorlugu ilə Azərbaycanda insan haqlarının vəziyyətinə həsr edilmiş bir tədbir keçirilirdi. Həmin tədbirdə Leyla Yunusun şəbəkəsi də iştirak edirdi. O cümlədən də cəmiyyətin müxtəlif təbəqələrindən - jurnalistlər, QHT təmsilçiləri, xarici ölkədən gələn qonaqlar orada idilər. Leyla Yunus fikirlərini rus dilində özü də aqressiv formada quraraq ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn uydurma məlumatlar yaymaga başladı. Mən də jurnalist kimi ona sual ünvanladım və ciddi mübahisə yarandı. Ona fikirlərini rəsmi dövlət dilimiz olan Azərbaycan dilində ifadə etməyə çagırsam da, mənə aqressiv şəkildə “Mən söyüş söyəndə Azərbaycan dilinə keçirəm” dedi. O, Azərbaycan xalqına, mədəniyyətinə, ümumiyyətlə, Azərbaycan anlayışına nifrət edir, Azərbaycan dilini isə söyüş söymək üçün vasitə kimi qiymətləndirir (Burdan baxın: www.youtube.com/watch?v=TQ4Yq1a2btw).
L.Yunus ermənilərin dünyanın müxtəlif ölkələrində təşkil etdikləri tədbirlərin fəal iştirakçısıdır. Bu günlərdə “hüquq müdafiəçisi” Avropa Parlamentində ermənilərin təşkil etdiyi “Armeniafobia” adlı toplantıya canlı qoşularaq çıxış edib. Erməni təəssübkeşi çıxışında  belə deyib: “Azərbaycanlılar uşaqlarının 10 yaşlarının olmasına baxmayaraq, “xristianların azərbaycanlıların düşmənləri” olduğunu təlqin edirlər. Bununla yanaşı, azərbaycanlılar erməniləri “qara paltarlı Allahsız kimi tanıdırlar”.
Avropa Parlamentində canlı yayıma qatılan Leyla Yunus erməni sevgisini necə lazımdırsa eləcə də ifadə edib. Bu “üzdəniraq” təkcə antimilli düşüncə ilə deyil, həm də erməni təəssübkeşliyi ilə milli həqiqətlərimizi inkar etmək, xalqımızı aşağılamaq, faciələrimizi danmaq kimi manqurt mövqeyi nümayiş etdirir. Leyla Yunusun uzun illər Ermənistanın xüsusi xidmət orqanlarının təlimatları əsasında işləyən müxtəlif erməni QHT-ləri ilə əməkdaşlıq edib, bu gün də həmin fəaliyyətini Avropada davam etdirməkdədir. Leyla Yunusun Ermənistan kəşfiyyatının məxfi agentlərindən olan Laura Bağdasaryanla uzun müddət əməkdaşlıq etdiyi də faktlarla sübut olunub.
L.Yunus zaman-zaman ermənilərlə işbirliyinə gedərək milli maraqlarımızı satmaqla məşğul olub. Bunu təsdiqləyən kifayət qədər faktlar sadalamaq mümkündür. Leyla Yunus AŞ PA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirib, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürüb. O Azərbaycanı müdafiə edən hər bir AŞ PA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edib və bununla da onun erməni maraqlarına xidmət etdiyi aşkara çıxıb.
Ötən il Xocalı soyqırımının anım günündə, Azərbaycan keçiriləcək prezident seçkiləri ərəfəsində Avropada dövlətimizə qarşı mətbuat konfransı düzənləyən Leyla Yunus və bloqer Mehman Hüseynovun qardaşı Emin Hüseynov “nə üçün Xocalı soyqırımı barədə insanları məlumatlandırmırsınız” sualına istehza edib, gülərək əl çalıblar. Hətta E.Hüseynov rus dilində “indi ağlayacağam” ifadəsini səsləndirərək, xalqımızın acısını ələ salan fikirlər səsləndirmişdi.
 “Hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. “Xidmətlərinin” müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub.
Maraqlı tərəf budur ki, bu gün “hüquq müdafiəçisi”nin müdafiəçisi statusunda AXCP sədri Əli Kərimli çıxış edir. Bu yaxınlıq təsadüfi sayıla bilməz. Ə.Kərimli və onun yaxın ətrafı da antiazərbaycançı şəbəkənin “beşinci” kolonudur və onların da maliyyələşməsində erməni lobbisinin rolu az deyil. Leyla Yunusun antiazərbaycan mövqeyini müdafiə edən Əli Kərimli bununla da erməni dəyirmanının hərəkət verici qüvvəsi kimi çıxış edir. Dini-ekstremistlərə dəstək verən müavini Fuad Qəhrəmanlını müdafiə edən və facebook səhifəsində eləcə də xarici internet resurslarında bu barədə moizələr oxuyan Əli Kərimlinin indi də Leyla sevdalısı rolunda çıxış etməsi təsdiq edir ki, bu radikal dəstə emənilər lobbisinin sifarişlərini yerinə yetirirlər.
Azərbaycan xalqı öz içindəki xainləri artıq tanıyır. Xaricdəki ermənipərəst manqurtlar olan Leyla Yunus, Emin Hüseynov, Orduxan Teymurxan, Vidadi İskəndərli ilə Əli Kərimlinin eyni mövqeyi paylaşması və siyasi fəaliyyətlərini məhz erməni təssübkeşliyi üzərində qurmaları bu üzdəniraqların mahiyyətini bir daha cəmiyyətə göstərir.         

Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....