Ermənidən artıq erməniliyin formulu...




 Avropa ölkələrinə səpələnmiş və Azərbaycan əleyhinə çirkin qarayaxma kampaniyaları aparan bir qrup təxribatçılar – Emin Milli, Orduxan Teymurxan, Tural Sadiqli, Vidadi İskəndərli, Məhəmməd Mirzəli, Qurban Məmmədovun erməni lobbisinin təsiri altında fəaliyyət göstərdikləri faktlarla sübut olunub. Bu üzdəniraqlar konkret dairələrdən aldığı sifarişlərin icrası ilə məşğuldurlar.
Azərbaycanda həyata keçirilən islahatlar, əhalinin sosila rifah halının yüksəlişinə xidmət edən tədbirlərin davam etdirilməsi bu “siyasi killer”lərin yuxularını ərşəyə çəkib. Bütün internet resurslarını işə salaraq şər, böhtan kampaniyası aparmaqla, insanları kütləvi itaətsizliyə çagırışlar edirlər. Müəyyən dairələrin sifarişləri əsasında işləyən bu siyasi alətlər son vaxtlar onlarla eyni cür düşünməyən və zorakı çagırışlarına kəskin reaksiya verən insanlara qarşı aqressiv çıxışlar edərək təhqirlərə yol verirlər. Bu sırada Londonu özünə sıgınacaq seçən Qurban Məmmədov daha fəal görünür. 

Vətən anlayışı olmayan, adı şərəfsizliklə sinonim təşkil edən bu “hüquqşunas” özünə yaxın internet resurslarından, facebook səhifəsində xalqımızın ünvanına təhqiredici ifadələr səsləndirməkdədir. Son çıxışlarına baxdıqda bu daha aydın şəkildə görünməkdədir. Mənəviyyatı çökmüş bu insan sosial şəbəkələr vastəsilə neçə müddətdir ki, insanları hakimiyyət əleyhinə kütləvi itaətsizliyə çagırışlar edir. Onun bu çagırışlarının qeyri-ciddi qəbul edilməsi və istehza ilə qarşılanması psixi durumu yerində olmayan Qurban Məmmədovu daha da aqressivləşdirib. Bu ləyaqətsizin son çıxışından bəzi məqamları diqqətə çatdırıram: “Mənim zəvzəmləmələrimin xeyri yoxdursa, daha burada işimi-gücümü atıb danışmagımın nə xeyri var. Neçə müddətdir ki, apardıgım söhbətlərə ciddi reaksiya verən yoxdur. Mən görürəm ki, nə paylaşım var, nə artım var... Xalqın 90 faizi heyvan kimi düşünür, hadisələrə heyvan kimi yanaşır. Milli Şuranın sədri Cəmil Həsənli də deyib ki, Qurban Məmmədov Londonda oturub insanları üsyana çagırır, göstərişlər verir. Mən göstəriş vermirəm, sadəcə atdıgınız addımların müəyyən qrupun mənafeyinə xidmət etdiyini demişəm. Açıqlamalarımı 10 milyonluq insanın çox cüzi hissəsi baxıb özü də  heç bir reaksiya vermirsə, demək davam etmək yersizdir. Özümü kobud ifadələr işlətməkdən gücnən saxlayıram”.
                                      
Azərbaycana qarşı sifariş əsasında fəaliyyət göstərən Qurban Məmmədov başda ADP sədri olan qardaşı Sərdar Cəlaloğlu olmaqla müxalifətlə də düşmən mövqeyindədir. Onun qardaşı  S.Cəlaoglu barədə “Siyasətdən kənarda o mənim qardaşımdır. Ancaq siyasi və milli maraqlarda güzəşt - mən baxışlarımda səhv də edə bilərəm, ancaq belə düşünürəm - ləyaqətsizlik və münafiqlikdir”- deməsi bu insan üçün mənəvi heç nəyin  olmadıgını sübuta yetirir.
Bu adam “siyasi mühacirət” biznesindən tutmuş erməni lobbisi ilə sövdələşmələrədək bütün çirkablara bulaşmlş birisidir. İndi də özünün hər çıxışında xalqımızın ünvanına qeyri-etik ifadələr işlətməklə (bu ifadələr yalnız Q. Məmmədovun leksikonuna aid oldugundan onları oldugu kimi işlətməyi lazım bilmirik) şərəfsizliyini bir daha sübuta yetirir. Bu insan  himayə oldunduğu düşmən dövlətin tör-töküntüsü statusunda çıxış edir və Azərbaycan dövlətinin maraqları və xalqımız əsla bu siyasi alverçini düşündürmür.
Azərbaycanda “beşinci kolon”un təmsilçilərinə qarşı da aqressiv mövqeyi ilə seçilən Qurban Məmmədovla radikal düşərgənin funksionerləri arasında tez-tez “söz müharibələri” baş verir. Bu fakt bütövlükdə bir dairədən idarə olunan bu siyasi predmetlərin əsl mahiyyətini üzə çıxarır. Belə ki, sifarişçilər lazım gələndə bu siyasi alətlərdən bir-birinə qarşı da istifadə edirlər. Qurban Məmmədovun radikal düşərgənin fəaliyyəti ilə baglı komromatlarına əks tərəfin mövqeləri də maraqlıdr və bu insanın ümumi psixoloji durumunu analiz etməyə imkan verir.


Qurban Məmmədovun Milli Şura rəhbərliyinə qarşı ittihamlarına qurumun sədri Cəmil Həsənli öz facebook səhifəsində ona cavab verib: “Qurban Məmmədov usanmaq bilmir. Britaniya hicrətindən sonra danışdığı yalan və böhtanlara cəmi-cümlətanı bircə həftə cavab vermişik. Lakin 6 aydır adam yaş fıstıq kösövü kimi hey tüstülənir və bu bədbəxtin tüstüsü dumanlı Albionu da bürüyüb. 19 yanvar mitinqindən sonra bu yenidən haray qoparır ki, Milli Şuranı ifşa edəcəyəm, bomba partladacağam və sair. Bunun bombaları təcrübəli qaradavoy Kərbəlayi Zalın “dom Feyzullanın” evindən tapdığı qarpızlardan da boş çıxdı. Gercəkdən adam xəstədir. Dünən dediyi bütün yalan, böhtan və uydurmalardan sonra fatihə surəsini avazla səsləndirməsi adamın insanların dini hissləri ilə oynayan bir din tüccarı ölmasından, xalqın xilası missiyanın guya ona verilməsi kimi sərsəmlərindən xəbər verir. Danışığından belə məlum olur ki, bəs ölkənin siyasi mühitində hamı suya düşüb, bir dənə bu sudan quru çıxıb ki, bu missiyanı daşısın”.
Milli Şuranın üzv Eldəniz Quliyev paylaşdığı statusda Qurban Məmmədova yaraşan tərzdə onu aşagılayıb: Bircə bunu deyə bilərəm ki, Qurban Məmmədov nə artistdir, nə də dəli. Dədə Qorquddan çox Yalıncıq və Məşədi İbaddan çox onun hambalıdır. Əslində isə, sadəcə naxoşdur-əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam... Allah şəfa versin!”.
Leksikonlarını küçə söyüşləri ilə “zənginləşdirən” və hazırda xalqı hədəf götürən siyasi qarınaltılar xaricdəki missiyalarının məhz satqınlıq, ermənilərin siyasi aləti olduqlarını sübuta yetirirlər. Hərçənd ki, böyük rus şairi A.Puşkin ermənilərə zamanında “qiymətini” vermişdi. Ancaq sag olsaydı, bu gün ermənilərlə fəaliyyətlərini sinxronlaşdıran milli satqınlarımıza yəqin ki belə deyərdi: “Siz satqınsınız, nökərsiniz, ermənidən artıq ermənisiniz”. 


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....