Amsterdamlı “oglan”ın söyüş ortagı: yaxud da ki, şzafrenik cütlük
Son
dönəmlər bir qrup marginal dəstə var ki, sosial şəbəkələri söyüş, təhdid,
təhqir vastəsinə çeviriblər və bundan siyasi mübarizədə “ugurlu” metod kimi
istifadə etməyə cəhd göstərirlər. Bu adamların öz facebook hesablarında, eləcə
də sponsor dəstəkli şəbəkələrdə etdikləri paylaşımlarından bir daha aydın olur
ki, onlar tərbiyəsizliyin hüdudlarını çoxdan aşıblar. İctimai platformanı hüdudsuz
tərbiyəsizlik məkanına çevirməklə “siyasi mövcudluqlarını”ni nümayiş
etdirirlər.
Cinayətkar əməllər törədib ədalət
mühakiməsindən qaçaraq Avropanın bir sıra şəhərlərinə səpələnmiş agıldankəmlərdən
ikisi son vaxtlar daha fəal görünür. Bunlar - Orduxan Teymurxan və Vidadi
İskəndərlidir. Kimdir bu şəxslər? Onların adları Azərbaycan cəmiyyətinə yaxşı
tanışdır. Leksikonlarını küçə söyüşləri ilə zənginləşdirən və siyasətdən zərrə
qədər anlayışı olmayan bu birdəfəlik siyasi alətlər son vaxtlar yenə də
agızlarını açıblar.
Zahiri görkəmi ilə daxili aləmi və hərəkətləri Neandertal düşüncə tərzindən uzaga getməyən
Orduxan magara təfəkkürü ilə öz özlüyündə Azərbaycanda gedən proseslərə
münasibət sərgiləyir. Bu günlərdə verdiyi açıqlamalarla o həqiqətən agıl
sarıdan problem yaşadıgını göstərib. Ermənilərin fars dilində olan bir internet
resursundan sitat: "Azərbaycanlı bloger Orduxan Teymurxan Avropada çıxışı
zamanı qeyd etmişdir ki, Ermənistan Azərbaycanlıların tarixi abidələrini məhv
etmir, onu qoruyub saxlayırlar. Ermənilər Azərbaycanlıların tarixi abidələrini
heç bir məhv etmə addımı atmamışlar". Onun ermənilərə yarınan bu kimi açıqlamalar kifayət
qədərdir. Sadəcə son sərsəmləmələrindən sadəcə bir fakta diqqət çəkdik.
Amsterdamlı “oglan” bu günlərdə facebook
səhifəsində küçə gəzintisini canlı paylaşaraq növbəti dəfə tərbiyəsinə yaraşan
tərzdə küçə söyüşləri yagdırıb. Onun şəhər küçələrində qaça-qaça, saga-sola
boylana-boylana çəkiliş etməsi bu insanın həm də qorxaqlıgından xəbər verdi. Bu
dəfə də insanları kütləvi itaətsizliyə çagırışlar edərək hakimiyyət əleyhinə,
jurnalistlərin ünvanına, xüsusilə də Eynulla Fətullayevin əleyhinə özünə
yaraşan tərzdə ifadələr işlədib. Ölkədə aparılan islahatlarla baglı həmişə
oldugu kimi bu dəfə də şizafrenik yanaşma nümayiş etdirərək bir qədər də
emosianal “münasibət” bildirib. Bu adam bir daha Allah şəfasına ehtiyacı
oldugunu göstərib.
Orduxan artıq ermənilərə işlədiyini, antimilli
dairələrin sifarişçisi oldugunu, ölkəmizdəki “beşinci kolon” funksiyasini
daşıyanların əlaqələndiricisi rolunda çıxış etdiyini tam sübuta yetirib. Bu
şəxs danışdıqca simasızlaşır və ermənilərə işlədiyini göstərməklə
şərəfsizliyini, qeyrətsizliyini bir daha sübuta yetirir. Avropanın
göbəyində oturub insanları itaətsizliyə çagırışılar edən bu üzdəniraq hətta
onunla eyni düşünməyənləri söyməkdən, təhqir etməkdən belə çəkinməyib.
Azərbaycana gəlməyə cəsarəti çatmayan, uzaqdan idarə edilən bu dil
pəhləvanı etdiyi hədyanlarla hər bir
azərbaycanlının heysiyyatına toxunmaqla ermənilərdən də məkrli oldugunu sübuta
yetirir.
Orduxanın yaxınları belə bu insanın xəstə təxəyyüldə olduqlarını
zamanında dilə gətiriblər. Öz yaxınlarına belə faydası dəyməyən və Avropanın
küçələrində dəli kimi hərəkətlər edən bu şəxs barədə qohumlarının münasibəti: Bacısı oğlu
Elnur Əliyev bildirib ki, Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə
birləşdirmir: "Ona dayı demək istəmirəm, anamın bioloji qardaşıdır.
Sadəcə, iş elə gətirib ki, anamla eyni valideynin övladı olub. Onun
yazdıqlarından xəcalət çəkirik. Biz bu hakimiyyəti də, dövləti də sevirik,
Prezidentin siyasətini dəstəkləyirik. İstəyirik hamı bilsin ki, bu adamın bizə
heç bir aidiyyatı yoxdur. Onun kimi insanların yazdıqlarını lənətləyirik və
belə qohumdan imtina edirik".
Orduxanın bacısı Zəhra Əliyeva isə bildirib ki, dəfələrlə digər bacı və
qardaşları ilə birlikdə qardaşı ilə danışaraq ondan həqiqətə uyğun olmayan
yazılarından əl çəkməsini istəyiblər: "Ona yalvarmışıq ki, dövlətçilik
əleyhinə bu cür yalan yazmasın. O isə deyir ki, yazacağam. Onun fikirləri ilə
də heç vaxt razı olmamışam. Ondan imtina
edirəm". Z.Əliyevanın həyat yoldaşı Məhəbbət Əliyev isə qaynının bu
əməllərinin ucbatından anasının infarkt keçirərək, dünyasının dəyişdiyini
deyir: "Mən oğlumun, həyat yoldaşımın dediklərilə razıyam. Onunla bizim
heç bir əlaqəmiz yoxdur, mən heç telefon nömrəsini də bilmirəm”.
Xatırladım ki, Hollandiyada yaşayan Orduxan Teymurxan barədə cinayət
işi qaldırılıb. O cinayət məcəlləsinin 214-2 (terrorizmə açıq çağırış), 220.2
(kütləvi iğtişaşlar təşkil edilməsi), 281.2 (dövlət əleyhinə yönələn açıq
çağırışlar) maddələri ilə ittiham olunur.
Vidadi İsgəndərli isə vaxtilə Azərbaycanın
prokurorluq orqanlarında işləyib. Vəzifədən azad edildikdən sonra müxalifətə
keçib. Bir neçə dəfə həbs edilib. Etdiyi hərəkətlərə bir neçə epizodla münasibət
bildirərkən əsas diqqqət Fransada yaşayan və bütün fəaliyyətini yalan və
böhtanlar üzərində quran Vidadi İskəndərlinin siması yada düşür. Mütəmadi
olaraq, Azərbaycan əleyhinə çağırışlar
edən, ölkəmiz haqqında xarici ölkələrdə qarayaxma kampaniyası aparan, sosial
şəbəkələr vasitəsilə dövlətimizin imicinə zərbə vurmağa hesablanmış videolar
yerləşdirən bu siyasi müqəvva yenə də öz ampulasındadır. Bu adam vaxtilə ona
yaxşılıq etmiş bütün tanıdıqlarına xəyanət edib.
Vidadi İskəndərli ailəsinə maliyyə yardımı göstərən, qardaşı qızının
təhsil haqqının ödəyən BAXCP sədi Qüdrət Həsənquliyevə qarşı da söyüş
kampaniyası aparıb. Onun nankorlugu barədə mətbuatda kifayət qədər məlumat
gedib. Həbsdə oldugu müddətdə BAXCP sədrinə məktubu da fakt kimi ortadadır. Milli
Azadlıq Hərəkatının fəallarından olan Mehdi Mehdiyev, Fransada
yaşayan Vidadi İsgəndərlinin təhqiramiz açıqlamaları ilə bağlı öz facebook
hesabında belə bir status yazmışdı: “Vidadi, adam "işsiz" də,
"xəstə" də, "məhbus" da, "mühacir" də ola bilər .
Amma, bu dərəcədə şərəfsiz, ləyaqətsiz
və ən başlıcası ALLAHSIZ olmaz! Gedib oturmusan orada. Başa düşdük... Günah mən
və mənim kimilərindədir ki, axı sən zamanında əxlaqsızlıq və xuliqanlıq cinayət
əməllərinə görə tutulanda 28-ci polis bölməsinin rəisi Böyükağa bəydən niyə
şəxsən özüm və digər dostlar azad olunmağını xahiş etdilər”.
Ən dəhşətlisi də odur ki, bu “siyasi meyit” Göyçayda atasının qəbrinin təhqir edilməsi
barədə məlumat yayaraq bundan iyrənc məqsədləri üçün istifadə etməyə
çalışmışdı. Ancaq yalançılıqla, iskəndərliliyin müddəti çox çəkmədi. Onun qohumları yayılmış xəbərlərin yalan və təxribat olduğu barədə
açıqlama yayandan sonra bu adam üçün müqəddəs heç nəyin olmadıgı bir daha bəlli
oldu.
V. İskəndərli də O. Teymurxan kimi
öz fecbook hesabından ən müxtəlif insanlara qarşı söyüş kampaniyası aparmaqdadır. Bu
sinxronlaşma adıçəkilən siyasi alətlərin eyni əldən idarə olundugunu sübuta
yetirir. İskəndərlinin Teymurxanla eyni vaxtda söyüş səhnəsini bölüşmələri bu
insanların bütün zəif yerlərini çılpaqlıqla ortaya qoyur. Mahiyyətləri ortada
olan bu insanlara axı, siz kimsiz sualını vermək lazım gəlmir. Çünki, sizi aləm
tanıyır....
Комментарии
Отправить комментарий