Ali diqqət və dərin minnətdarlıq





Paytaxtın Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi bir daha təsdiq etdi ki, dövlət başçısı hər zaman xalqın yanındadır və hər bir vətəndaşın probleminə məhz öz problemi kimi yanaşır.
  “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”- deyən Prezident 2003-cü ildən başlayaraq atdıgı bütün addımarında, qəbul etdiyi mühüm qərarlarında məhz xalqın mənafeyini əsas götürüb.
    

Ölkə başçısının ötən 16 ildə təbii fəlakətlərdən tutmuş, yangın və bu kimi hadisələr zamanı dərhal zərər çəkən insanlarla görüşməsi, onlara hər cür kömək göstəriləcəyi barədə vəd verməsi və həmin vədlərin də ən qısa zamanda yerinə yetirildiyinin şahidi olmuşuq. Bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəydi. Evlərin  sığortası olmasa da dövlət vətəndaşlarımıza öz dəstəyini göstərdi. Artıq evlərin tikintisi başlayıb və bu ayın əvvəlində birinci evlərin vətəndaşlara təqdimetmə mərasimi keçirilib. Bütün bunlar bir daha  göstərir ki, Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var və etimad mühitinin yaranması bu birliyin təntənəsidir.  Bu siyasətin əsas məqsədi də odur ki, hər bir vətəndaş məhz Azərbaycan vətəndaşı oldugu üçün fəxr etsin.

“Diqlas” Ticarət Mərkəzində yanğının baş verməsi nəticəsində kiçik sahibkarlıqla məşğul olanlara böyük zərər dəysə də, xoşbəxtlikdən insan tələfatı olmadı. Yanğından dərhal sonra sosial  şəbəkələrdə və bəzi mətbuat orqanlarında müəyyən spekulyativ yanaşmalara rast gəlindi. Biz bu dəfə də radikal kəsimin baş verən yangın hadisəsindən, insanların həssas vəziyyətlərindən öz dar, məkirli siyasi məqsədləri üçün istifadə etmək cəhdlərinin şahidi olduq. Ancaq həmin antimilli qüvvələrin baş verən yangın hadisəsindən “siyasi şou” düzəltmək, sahibkarları qıcıqlandırmaq niyyətləri ürəklərində qaldı. Əmlaklarına ziyan dəymiş əksəriyyət sahibkarların “Biz Azərbaycan Prezidentinə güvənirik, əminik ki, ölkə başçısının müdaxiləsindən sonra bizə dəymiş ziyanla baglı lazımı köməklik göstəriləcək” fikrini böyük əminliklə ifadə etmələri və Prezidentin də dərhal baş vermiş yangın hadisəsinə reaksiya verməsi dövlət siyasətinin məkəzində Azərbaycan vətəndaşının dayandıgını bir daha sübut etdi. Bu gün hər bir vətəndaş əmindir ki, onun arxasında güclü Azərbaycan dövləti dayanır və ölkə rəhbəri hər bir məsələdə xalqın yanınındadır və onun maraqlarını əsas götürür. 
 Prezident İlham Əliyevin sədrliyi ilə baş vermiş yanğınla əlaqədar müşavirə keçirilməsi bir daha təsdiqlədi ki, bu hadisə ilk gündən ölkə başçısının nəzarətində olub. Bu, bir daha onu göstərir ki, Prezident hər bir Azərbaycan vətəndaşının yanındadır. Bir faktı deyək ki, inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür. “Diqlas” Ticarət mərkəzində sığortalanmayan əşyaların yanması, sahibkarlara dəymiş ziyana görə maddi yardım verilməsi ilə bağlı dövlət başçısı tərəfindən belə bir humanist addımın atılması ictimaiyyət tərəfindən böyük dəstək alıb. Dövlətin məsuliyyət daşımadığı bir halda kiçik sahibkarlara dəymiş zərərin operativ şəkildə ödənilməsinə görə dərhal tapşırıq verilməsi bir ilkdir ki, bu da Azərbaycan Prezidenti tərəfindən atıldı.
Prezidentin müşavirədə səsləndirdiyi bir fikri xüsusi xatırlatmaq istəyirəm: “Azərbaycan çox güclü sosial siyasət aparır. Bu siyasət özünü müxtəlif sahələrdə büruzə verir. Bildiyiniz kimi, bu ilin əvvəlində çox ciddi və böyük sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunur. Deyə bilərəm ki, dünyada belə bir təşəbbüsün bənzəri yoxdur. Təbii fəlakət - zəlzələ, daşqın vaxtı hər zaman vətəndaşın yanında ilk olan dövlətdir. Bu, bizim siyasətimizdir, biz bu siyasətə sadiqik və bunu bütün sahələrdə aparacağıq. Ona görə, baş vermiş yanğınla bağlı, əlbəttə ki, ilk növbədə, biz burada əziyyət çəkən, maddi ziyan dəyən sahibkarların vəziyyətini başa düşməliyik, onlara kömək göstərməliyik və göstərəcəyik”.
Dövlət başçısı vurğuladi ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır. Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verib. Bildirib ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.
Prezidentin ticarət mərkəzində baş verən yangınla baglı sahibkarlara ən qısa zaman ərzində maliyyə dəstəyinin göstərilməsi ilə baglı tapşırıq verməsi bu kateqoriyadan olan insanlarda böyük stimul yaradıb. Bütünlüklə, görülən operativ işlər Azərbaycan dövləti tərəfindən sahibkarlara göstərilən diqqət və qaygının təzahürü kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental bəşəri prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Azərbaycanın Prezidentin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir. Azərbaycan Prezidentinin yürütdüyü siyasət respublikanın hər bir vətəndaşının maksimum maraqlarının təminatına yönəlib.


Комментарии

Популярные сообщения из этого блога

Din pərdəsi altında spekulyasiya: Taleh Bağırov “kartı” kimlərə lazımdır?

Avropa Parlamenti önündə duet: Orduxan Teymurxanın ifasında Mirzəyi rəqsi

Ermənilər Əli Kərimli deyir....