Yalançılıq siyasi fəaliyyətə çevriləndə





   Radikal, təxribatçı və manipulyativ fəaliyyət metodunu seçən destruktiv müxalifət təmsilçiləri artıq  “missiyaları”nı yalan və böhtan üzərindən davam etdirirlər. Bu dəfə də əsas rolda siyasi riyakarlıq simvoluna çevrilən Əli Kərimli və onun mənafe qruplarıdır. Mitinq ugursuzluqlarını, düşərgədaxili ziddiyyətləri və  düşdükləri acınacaqlı durumdan diqqəti yayaındırmaq üçün dezinformasiyalar yayırlar.     
   Əli Kərimli özünün facebook səhifəsi, eləcə də sosial şəbəkələrdə saxladığı muzdlu "trol" və "saxta profil" dəstələri vastəsilə bu işdə “peşəkarlaşıblar” desək yanılmarıq.  Bu vasitələrlə Kərimli 19 yanvar mitinqi öncəsi meydanlara on minlərlə insanın çıxacagını desə də, aksiya zamanı onun böyük yalanlarının üstü  açıldı. Sonradan yalanlar seriyasını M.Ə.Rəsulzadənin anım günündə də davam etdirdi və nəticənin alınmadıgını görcək təxribata əl atdı.
   AXCP sədrinin bu dəfəki yalançılıgına  Fransada antiazərbaycan fəaliyyəti göstərən Qənimət Zahidov alət olub. Q.Zahidin öz aləmində “ekspiriment yalan” kimi təqdim etdiyi və hakimiyyətə qarşı yönələn paylaşımı bu insanaların psixi durumlarının yerində olmadıgını göstərdi. Amma bu yalanın üstünün açılmasını 40 gün gözləmək lazım gəlmədi. Qənimət yazdıqlarının fake oldugunu etiraf etdi.  Fikrini belə əsaslandırdı ki, cəmiyyət belə xəbərlərə maragı böyük olur və o da eksperiment aparıb.
  

    Yadıma "Azadlıq" qəzetinin keçmiş əməkdaşı Ruslan Bəşirlinin Qənimət Zahid barədə vaxtilə söylədiyi fikirlər düşdü. O, Qəniməti belə xarakterizə etmişdi: “Rüşvətxor, saxtakar, reneqat, qeyri səmimi bir tip. Məsum heç deyil. Daima intiriqa və çəkişmələrin, pul sövdələşmələrinin, şantaj və "qara piar"ın epsentrində dayanıb. Onun tamahı, şantajla pul qazanmaq istəyi zamanında olan istedadını da məhv etdi”.
 Bu gün Q. Zahidin Ə. Kərimlinin saxta dostu, yalanlarını tirajlamaq üçün  siyasi predmet vastəsinə çevrilməsinin arxasında yenə də pul amili dayanır. Yaxın tarıxi keçmişə nəzər saldıqda bu insanların heç zaman bir-birlərinə qarşı səmimi olmadıqları və zaman-zaman pul sövdələşmələrinin mətbuat səhifələrinə çıxmasının şahidi oluruq. Fransada oturub  antiazərbaycançı şəbəkənin təlimatına uygun “Azərbaycan saatı”-nı aparan və bütün çıxışlarını da özünün etiraf etdiyi kimi “eksperiment yalanlar” üzərində quran Qənimət bu dəfə də özünü ifşa etdi. Bu fakt Əli Kərimlinin bütün siyasi fəaliyyətinin yalanlar üzərində qurdugunu təsdiqləməklə ümumilikdə bu şəbəkənin əsl mahiyyətini üzə çıxardı.
    

Qənimət Zahidin Belçikada yaşayan qardaşı Mirzə Sakitin AXCP rəhbərliyi barədə açıqlamaları  konkret bu insanların iç üzünü cəmiyyətə göstərir: “Partiya qaragüruh və əcinnə-şəyatin yığnağından ibarətdir. Kimlərsə beş manat pul qazanmaq istəyində olacaqlar və özlərini də ”Vətən təəssübkeşləri" qismində camaata sırıyacaqlar, adamlar da bunlara görə həbsxanalara düşəcəklər. AXCP Əli Kərimli tərəfindən işğal edildikdən sonra manyaklar yığnağına çevrildi. Xalqın adından danışmağa onların qəti ixtiyarları yoxdur. Qeyd edim ki, mən onların manyaklıqları haqda hələ heç nə yazmamışam, bundan sonra yazacam".
   Əli Kərimli və onun silahdaşlarının sırasına nəzər yetirmək kifayətdir ki, bu insanlar barədə dolgun təsəvvür yaransın: Qənimət Zahid, Azər Əhmədov, Natiq Ədilov, Xədicə İsmayıl, Türkel Kərimli. Siyasi mübarizəni təxribat və yalan üzərində quran bu radikal düşərgə mənsubları elə öz yalanlarının da girovuna çevrilirlər. Arada bir özünüzə sual verin ki, xalq niyə sizin arxanızca gəlmir. Bu suala cavab tapsanız həqiqi müzalifətçiliyin də nə oldigunu bəlkə anladınız...

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir