Virtual müxalifətçilik: Əli Kərimlinin “1+3” kampaniyası nə məqsəd daşıyırdı?
Əli Kərimli facebook hesabındakı paylaşımında eləcə
də xaricdə mənzil qərargahı olan internet resurslarına verdiyi müsahibələrdə 23
fevral mitinqinə rəsmi icazə verilməməsinə qeyri-adekvat, psixoz səviyyədə
münasibət bildirib. Qeyd edim ki, BŞİH tərəfindən mitinqin keçirilməsinə
icazə verilməsinə səbəb kimi yanvarın 19-da icazəli mitinqdən sonra baş
verən asayiş pozğunluğu, o cümlədən sözügedən aksiyadan sonra 200-dən artıq
ayrı-ayrı təşkilat və vətəndaşların mitinqə icazə verilməməsi üçün etdiyi
müraciətlərdir.
AXCP sədrinin pəjmürdə-hal olmasına səbəb heç
də mitinqə icazə verilməməsi ilə baglı deyil. 1 aya yaxındır ki, özü və “trol”lar
dəstəsi vastəsilə sosial şəbəkələr üzərindən “1+3” kampaniyası aparılırdı. Bu kampaniyanı üçü birində adlandıranlar da
vardı. Belə ki, Əli Kərimlinin təlimatına uygun olaraq mitinqə qatılacaq
emosiya qruplarının hər bir üzvünə pul müqabilində əlavə olaraq 3 nəfər təxribatçı
şəxsləri cəlb etmək tapşırılmışdı. Bu məqsədlə xarici antiazərbaycançı şəbəkədən
babat pul alındıgı da “trol” şəbəkəsinin paylaşımlarından aydın görünürdü. Artıq pullar “ünvanlara” çatıb.
Onun geri qaytarılması imkanları isə sıfıra bərabərdir.
Əli Kərimlinin dünən
Milli Şura üzvlərini təcili toplaması da əslində formal xarakter daşıyıb.
Toplantıda həmin “maliyyə qrupları” ilə paylanılmış vəsaitlərin sonrakı taleyi
müzakirə edilib. Pul davası bu radikal düşərgədə birinci hal deyil. AXCP sədri
zaman-zaman yaxın ətrafını aldadaraq şəxsi büdcəsini doldurub. Bu dəfə isə
situasiya fərqli oldugundan və pulların geri alınmasının mümkünsüzlüyü səbəbindən
həmin təxribatçı qrupa 19 və 20 yanvarda törədilən destruktiv hərəkətlərin təkraralanması
tapşırılıb.
Kərimli radikalların
“virtual xəbərçisi” Sevinc Osmanqızına bu günlərdə verdiyi müsahibədə bir sıra
məsələlərə toxunub və onların içərisində 23 fevralda təxribatçı qrupların hərəkətlərinin
koordinasiyasına yönəlik fikirlər də diqqəti cəlb edib. Bu pozuculuq niyyəti isə
insanların “azadlıq hüququ” və sərbəst toplaşmaq haqqı kimi təqdim edilib. Belə
açıq çagırış Əli Kərimlinin milli heysiyyatdan uzaq, maraqları naminə hər cür rəzilliyə
hazır oldugunu bir daha nümayiş etdirib.
Digər bir məqamsa, aksiyaların mahiyyətinin
şişirdilməsi və bunun ölkədə həyata keçirilən islahatlarla hansısa
baglılıgı bir daha müzakirə predmeti
olub. Müxalifətçilik oyununun “baş qəhrəmanı” olan Əli Kərimli yenə də xəstə təxəyüllə
19 yanvar mitinqinin kəramətindən danışıb və ölkədə islahatların bundan sonraya
təsadüf etdiyini bildirib. Nə qədər anormal yanaşma, istehza doguracaq hal.
Azərbaycan hakimiyyətinin
ötən 16 ildə siyasi, iqtisadi, sosial sferada apardıgı genişmiqyaslı işlər ölkə
vətəndaşların rifah halının yüksəlişi ilə nəticələnib. Cari ilin əvvəllərindən
də başlayaraq bu islahatlar ugurla davam etdirilib və ölkə başçısının da bəyan
etdiyi kimi, 2019-cu ildə bütün sahələr üzrə islahatlar davam etdiriləcək.
Aparılan pozitiv islahatlar insanların gündəlik həyatında müsbət dəyişikliklərin
baş verməsi ilə müşayiət olunur.
Paradoksal hal odur ki, Əli Kərimli bütün görülən müsbət işlərdə 19
yanvar mitinqinin “izlər”ini axtarır.
Əli Kərimli ənənəvi populizm, saxta “liderlik”
missiyasını davam etdirməklə arxaikləşmiş müxalifətçilik imicini diriltməyə
çalışır. Amma bu cür ucuz təbligat metodları, ictimai rəydə ikrah doguran boş vədlərlə
nəyəsə nail olmaq mümkün deyil. Azərbaycan cəmiyyətin aldatmaq mümkün deyil. Azərbaycanın
bilavasitə təşəbbüsü və liderliyi ilə həyata keşirilən qlobal və regional layihələrdən
tutmuş, regionların simasını dəyişən inkişaf proqramlarına qədər bunlar hamısı
insanlarımızın daha firavan yaşamasına hesablanıb. Gorülən işlər Azərbaycan hakimiyyətinin
iqtisadi inkişaf konsepsiyasının prioritetləridir.
Bu gün Əli Kərimli hansı alternativ proqram
ortaya qoyub? Əli Kərimlinin ətrafındakı insanlara
diqqət yertirək. Dar düşüncəli, idarəçilik konsepsiyası olmayan insanlar
yıgımı. Hazırda çevrəsinə “trollar” dəstəsi, şantaj qrupları yıgan bir insan bu “kontingent”lə hakimiyyətə
iddialı görünür. 23 fevral mitinqi ilə baglı onun aramsız müsahibələri bir daha
bu şəxs və ətrafındakı insanları əsl simalarını ortaya qoydu.
Əli Kərimlinin hazırda mitinq
eyforiyasının, eləcə də müxalifətin “lideri” görüntüsü yaratmasının da
arxasında məkirli niyyətlərin dayandıgı hamıya məlumdur. 25 illik tarixi keçmiş
bu siyasi buqələmunun bütün destruktiv gedişlərini analiz etməyə
imkan verir. “Virtual müxalifətçilik”lə və “trollar”dan ibarət elektoratla siyasi
mübarizə aparmaq bu radikal kəsimin
mahiyyətini ortaya qoyur.
Комментарии
Отправить комментарий