Siyasətdə ugursuzluq formulu: Əli Kərimlinin nümunəsində



  • Əli Kərimli siyasətdə uğursuzluqlar seriyasını davam etdirdikcə daha da aqresivvləşir və nihilist mövqeyini  açıq şəkildə biruzə verir. Mitinq taktikasındakı nəticəsizliyi ayrı-ayrı şəxslərin “aclıq aksiyaları” üzərindən konpensasiya etməsi də səmərə vermədikdə  dini-radikal ekstermizmə dəstək verdi. AXCP sədrinin facebook hesabından paylaşımları eləcə də “trollar” dəstəsinin bu istiqamətdə sponsor dəstəkli fəaliyyətləri bumeranq effekti verdikdən sonra bu dəfə də başqa yola əl atdı. Artıq Əli Kərimli “virtual müxalifətçilik” funksiyasını yerinə yetirməkdədir. Bu missiyanı həyata keçirməkdə ona xaricdıki antiazərbaycan şəbəkənin marianetləri olan Natiq Ədilov və Qənimət Zahid yardımçı olurlar.
  • Siyasi reputasiyaları kifayət qədər korlanmış bu iki şəxsin də Əli Kərimli ilə mövsümi iş birlikləri təbii ki, müəyyən maraqlar müqabilində həyata keçirilir. Əli Kərimli, Qənimət Zahid eləcə də Natiq Ədilovun eyni siyasi mətbəxin “siyasi məhsulları” oldugunu nəzərə alsaq hər birinin konyuktiv maraqlarının oldugunu aydın görmək mümkündür. Son günlər adı çəkilən “jurnalistlər”in Əli Kərimlidən operativ müsahibələr almaları deyilənləri bir daha təsdiq edir. Müsahibələrdə əvvəldə oldugu kimi AXCP sədri növbəti dəfə  reallıqları inkar etmək yolu tutaraq absurd fikirlər səsləndirib, faktları təhrif etməklə öz ampulasında oldugunu bir daha göstərib.
  • Söhbət Qənimət Zahidin ”Sözarası” proqramında Əli Kərimlinin Prezident İlham Əliyevin Real televiziyasına verdiyi əhatəli müashibəsinə özünə uygun şəkildə münasibət sərgiləməsindən gedir. Müsahibədə Əli Kərimli Azərbaycan mətbuatının bugünkü vəziyyətinin ürəkaçan olmadıgını,  regionların inkişaf etmədiyini, ordu quruculugu sahəsində və digə sahələrdə aparılan islahatlara antimilli bir mövqe bildirib. Maraqlısı da odur ki, bu fikirləri bildirən zaman özlərinin yarıtmaz AXC-Müsavat hakimiyyəti ilə də bəzi paralellər aparıb. Bununla da öz özünü və AXC-Müsavat cütlüyünün 1992-1993-cü illərdə ölkədə yaratdıgı xaos, hakimiyyət boşlugu və o dövrdə yaranmış acınacaqlı duruma diqqəti yönəltmiş olub.
  • AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkənin yeni formalaşan mətbuat orqan­ları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin dövrdə ölkədə hökm sü­rən gərgin ictimai-siyasi vəziyyət, silahlı dəstə­lərə arxalanan müxtəlif siyasi qrup­ların mərkli iddia­ları söz, mətbuat, məlumat azadlıqlarının təmin edil­məsinə, bu sahədə dövlətin və və­tən­daşların mənafelərinin qorun­masına ciddi maneələr yara­dırdı. Mövcudluğunu qoru­yub saxla­mağa çalışan o zamankı siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tap­maqda olan müstəqil mətbuata təzyiqləri güclən­dirməkdə görürdü. AXC-nin bir illik fəaliyyəti dövründə tətbiq olunan senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jur­nalist­lərin sərbəst in­formasiya fəaliyyətini daha da sərtləşdirmişdi. Həmin vaxt daxili işlər naziri olan İskəndər Həmidov mətbuata, media nümayəndələrinə qarşı aqressiv davranaraq qəzet redaktorlarını döyür və onları avtomobilin yük yerinə atırdı. Əli Kərimli həmin vaxt dövlət katibi işləyirdi, ümumiyyətlə jurnalistləri özünə yaxın buraxmırdı.
  • Azərbaycanın regionları AXC-Müsavat hakimiyyətinin naşı idarəçiləri tərəfindən tamamilə dagıdılmış, insanlar çörək növbələrinə məhkum edilmiş, sabaha inamları qalmamışdı. Dövlət idarəçiliyindən xəbəri olmayanların yüksək vəzifələrə təyin edilməsi hərci-mərcliyə gətirib çıxarmış, ordu quruculugu sahəsində heş bir ciddi addım atılmamışdı. Bunun da nəticəsində böyük torpaq itkisi ilə üzləşdik.
  • Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiy­yətə qayıdışından sonrakı dövrdə isə Azərbaycanın bütün sahələrində aparılan köklü islahatlar nəticəsində ölkə həyatında yeni mərhələ başladı. Həmin dövrdən respublikada mətbuat or­qan­larının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırıl­ması, qanunvericilik bazasının təkmil­ləş­dirilməsi, qəzetlərin maddi-texniki təchiza­tının yax­şılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçi­rilməsinə başlanıldı. Senzura ləgv edildi, mətbuat azad fəaliyyətinə imkan yaradıldı.Azərbaycanın iqtisadi və siyasi həyatında müsbət dəyişikliklər baş verdi.
  • Ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini son 16 ildə uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələri­nin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəf­darı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl döv­lətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zaman­da xalqın tarixi-milli xü­su­siyyətlərini qoru­maqla inkişaf etməsini vacib sayır.Bu gün mətbuatın inkişafı göz qabagındadır. Prezident  İlham Əliyev «Azərbaycan mətbuat işçi­lərinin təltif edilməsi haq­qında», «Azər­bay­can mətbuat işçilərinə fəxri adların ve­ril­məsi haq­qında», habelə «Kütləvi infor­masiya vasi­tələrinə maliyyə yardımı gös­tə­rilməsi haq­qında» sərən­camlar imzalaması jurna­list­lərin əməyinə yüksək qiymət verildiyini bir daha göstər­miş­dir.Mət­buat işçi­ləri üçün döv­lət hesabına yeni mən­zil­lə­rin inşası dünya miqyasında ana­loqu ol­ma­yan bir addımdır. Hazırda ölkə mediasında aparılan islahatlar da milli mətbuatımızın dünya standartlarına uygunlaşmasına yönəlib.
  • Prezident İlham Əliyevin son 16 ildə ordu quruculugu sahəsində apardıgı islahatlar və silahlı qüvvələrimizin modernləşdirilməsi nəticəsində 2016-cı ilin aprelində dördgünlük müharibədə 2 min hektar ərazimiz düşmən tapdagından azad edildi,  Ağdərə, Füzuli, Cəbrayıl rayonlarında Azərbaycan bayrağı dalğalandırıldı. İki il sonra isə uğurlu Naxçıvan əməliyyatı keçirildi.  Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində AXC-Müsavat hakimiyyətinin o dövrkü fəaliyyətinini düzgün olaraq belə xarakterizə edib: “Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər öz məsuliyyətini dərk edə, ölkəmizin maraqlarını qoruya bilməmişlər. Xüsusilə 1992-ci ildə baş vermiş çevriliş nəticəsində hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti işğalı şərtləndirən əsas amil olmuşdur. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal altına düşmüşdü. Çevrilişdən bir il keçmədən - 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdü və beləliklə, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yarandı. Heydər Əliyev buna heç vaxt imkan verməzdi. Çünki onun siyasəti, onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan verə bilməzdi ki, bizim torpaqlarımız işğal altına düşsün. Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğalı, bir milyondan artıq qaçqın, köçkünün ağır vəziyyəti AXC-Müsavat cütlüyünün ağır mirasıdır”. 
  • Bu gün Azərbaycanın hər bir bölgəsi ugurla inkişaf edir. Bunu Azərbaycanın istənilən regionuna səfər edən zaman görmək mümkündür. Prezidenti hər bir səfərində onlarla sosial təyinatlı obyektlərin  açılışını edir, insanlar yüksək maaşlı işlə təmin olunur. Bölgələrimizi siması tam dəyişib, istənilən rayonda turistlərlə rastlaşmaq olur. Bu aparılan ugurlu iqtisadi islahatların nəticəsidir.
  • Əli Kərimli bütün bunlardan bixəbər kimi görünə bilər. Çünki bu adamın bir dəfə də olsun Bakıdan hansısa bölgəyə, hətta doguldugu Saatlı rayonunun Azadkəndinə belə nə vaxt getdiyini görən olmayıb. Kəndindən bixəbər olan AXCP sədrinin reallıqdan uzaq moizələr oxuması və onun zü-tutanlarının Qənimətlə Natiq olması bu insanların arxaikləşdiyini tam təsdiq edir.     



Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir