Prezident İlham Əliyev islahatların əsas hədəflərini açıqladı




Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində ən müxtəlif sahələrdə əldə edilmiş ugurlardan danışdı, Azərbaycanın əsas hədəflərini açıqladı və ölkəmizin gələcək inkişaf strategiyasının  konturlarını müəyyənləşdirdi. Dövlət başçısı bir daha vurguladı ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və bütün səylər vətəndaşların rifahının yüksəlməsinə istiqamətlənib.
Müsahibədə ölkə başçısı son 16 ildə Azərbaycan mediasına diqqətin göstərilməsi, aparılan kompleks islahatlar, dövlət-vətəndaş münasibətləri, xarici siyasət strategiyası, Daglıq Qarabag münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və gözləntilər, gənclər siyasəti, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə baglı fundamental fikirlər səsləndirdi. Diqqət çəkən ən mühüm məqamsa ötən illər ərzində bütün sahələrdə tərəqqinin təmin edilməsində sabitlik və təhlükəsizliyin vacib faktor olması ana xətt kimi keçdi.  

Fəaliyyətində daim ictimai mənafeni əsas götürən, xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev ölkəmizi sabit inkişaf yoluna çıxarıb. Dövlət başçısı müsahibəsində Azərbaycan xalqının sabit, demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşdirilməsinin məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı oldugunu diqqətə çatdırdı. Ulu öndərin müəyyənləşdirdiyi sabit və tarazlı milli inkişaf strategiyasının, mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin bu günkü nailiyyətlərimizi şərtləndirdiyi bir daha qeyd olundu.
Son on altı ildə Azərbaycan bütün sahələrdə öz identikliyini ortaya qoyub. Dünyada müstəqil və müasir inkişaf edən bir ölkə kimi tanınır. Ölkə başçısı müsahibəsində bir daha bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Ölkəmiz mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi hesab edilir. Cənubi Qafqaz regionunda  sülh, tərəqqi və əməkdaşlıq məkanına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrilib. Müstəqil dövlətimiz ötən müddətdə milli mənafelərimizə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirib. Azərbaycanda cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atıb.

Azərbaycan bu coğrafiyanın sabitlik məkanı kimi qəbul olunur. Şübhəsiz ki, sabitlik olmayan ölkədə hər hansı inkişafdan söhbət gedə bilməz. Yaxın Şərqdə, Avropada bu gün baş verənlər həmin ölkələrdə siyasi və iqtisadi kataklizmlərə gətirib çıxarıb. Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən davamlı işlər xalqın öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurmasına təminat verir. Ölkəmizdə sabitliyin təmin edilməsi ardıcıl islahatların aparılmasına da imkan yaradıb. Dövlət idarəetmə stukturlarından tutmuş, milli mətbuatımızın dünya standartlarına uygunlaşmasını təmin etmək məqsədilə media sahəsində aparılan islahatlaradək bütövlükdə, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yaxınlaşdırır. 
Ölkə başçısının idarəçiliyində diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə və verdiyi hər bir vədə sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirməsidir. Ölkə rəhbərinin həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək cari ilin üç ayı ərzində də qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülüb. Ötən müddətdə şəhid ailələri, təqaüdçülər, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması istiqamətində atılan addımlar bu kateqoriyadan olan vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilir.
Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində islahatların davamlı olacagının anonsunu verdi: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi möhkəmləndiririk, həm də regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib. Yəni, nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir. Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır”.
Bu gün Azərbaycan bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində BMT, ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Azərbaycanın BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisat - Qoşulmama Hərəkatı ilə əmək daşlığı da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev qarşıda duran əsasə hədəflərin - vətəndaşların rifah halının daha da yaxşıladırılması, islahatların müasir dövrün tələblərinə uygun olaraq dərinləşdirilməsi, Daglıq Qarabag münaqişəsinin milli maraqlarımıza uygun həllinə nail olmaq üçün bütün imkanların səfərbər edilməsi, bütövlükdə isə Azərbaycanı daha güclü və inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq oldugunu bəyan etdi.    


















Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir