Prezident hər zaman xalqın yanındadır



Bu günlərdə Ümumdünya Metrologiya Təşkilatının bir açıqlamasını oxudum. Təşkilat tərəfindən aparılan araşdırmalara görə, dünyada ötən əsrin 80-90-cü illəri ilə müqayisədə son on il ərzində güclü külək, qasırğa, zəlzələ, vulkan püskürməsi və quraqlıq kimi təbii fəlakətlər 5 dəfəyədək artıb. Dünyada ciddi iqlim dəyişikliklərinin də baş verməsi insanları böyük çətinliklərlə üzləşdirib. Ancaq nə etmək olar ki, heç bir dövlət təbii fəlakətlərin nə zaman baş verəcəyini bilmir və bundan da sıgortalanmayıb. Son vaxtlarda ABŞ-da baş verən güclü tropik tornadolar, həmçinin Rusiyada qasırga, qonşu Türkiyədə baş verən qar fəlakəti həyatı iflic vəziyyətinə saldı. Azərbaycan da yerləşdiyi cografi relyefinə görə zaman-zaman sel, daşqın, zəlzələ kimi təbii fəlakətlərlə sınaga çəkilib. Bu günlərdə qədim Şamaxı şəhərində baş verən zəlzələ də bir sıra dagıntılarla müşahidə olundu.
Qeyd edim ki, Şamaxı şəhəri və ətraf regionlar seymoaktiv zona kimi qəbul olunur. Tarixdən də məlumdur ki, təkcə 1806-1902-ci illər ərzində bu şəhərdə 9 güclü zəlzələ baş verib. Ən güclü zəlzələ 1859-1860-ci illərdə baş vermiş və şəhər tamamilə dağılmış, çoxlu sayda insan həlak olmuşdu. Həmin vaxt Şamaxı quberniyasının mərkəzi Şamaxı şəhərindən Bakıya köçürülmüş və quberniyanın adına uyğun olaraq dəyişdirilmişdi.1902-ci il yanvar ayında baş vermiş sonuncu təbii fəlakət zamanı isə bu antik şəhər tamamilə dağılmışdı. Sonradan şəhər indiki əraziyə köçürülmüşdü.

Fevralın 5-də İsmayıllı rayonunda 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub. İlkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlər üzrə 14 evdə, şəhərdə isə 17 evdə dağıntı baş verib. İlkin olaraq fövqəladə hallar nazirliyi tərəfindən dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçirilib. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı şəhərinə gedərək dagıntıya məruz qalan evlərə baxıb və vətəndaşlarla birbaşa ünsiyyətdə olub.
 «Mən hər bir Azərbaycan vətəndaşının Prezi­dentiyəm”- deyən cənab İlham Əliyev bu addımıı ilə daim vətəndaşlarımızın yanında olduğunu bir daha nümayiş etdirdi. Zəlzələ nəticəsində baş verən dagıntıların nəticələrinin aradan qaldırılması posesi bütünlüklə Prezidentin şəxsi nəzarətindədir. Prezident İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqət çəkən əsas məqamlardan biri də ölkədə baş vermiş ekstremal situasiyalarda çevik və düzgün qərarlar qəbul etməsi, bu zaman vətəndaşların mənafeyini ön plana çəkməsidir. Bu, bir daha təsdiq edir ki, cənab İlham Əliyev üçün insan amili bütün məqsədlərin önündə dayanır.
Prezident İlham Əliyev baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına tapşırıqlar verdi. Zəlzələ nəticəsində dagıntıya məruz qalan evlərə şəxsən baxış keçirərək vətəndaşların fikirlərini dinlədi. Bu bir daha ondan xəbər verir ki, Azərbaycan Prezidenti hər zaman xalqın yanındadır və dövlətimiz baş verən istənilən ekstremal hadisədə onların üzərindən diqqət və qayğısını əsirgəmir. Xatırladım ki, bir nəçə il öncə şimal zonasında da böyük fəsadlara yol açan zəlzələ baş vermişdi. Həmin zaman da dövlət başçısı zəlzələ baş verən bölgədə fəsadların qısa müddətdə aradan qaldırılması üçün tapşırıqlar vermişdi.  
Dövlət başçısı Şamaxıda zəlzələ zamanı evlərinə ziyan dəymiş sakinlərlə görüşündə fəsadların qısa zamanda aradan qaldırılacagını bildirdi: “Bir neçə il bundan əvvəl Zaqatala, Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdı. Biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl daşqın olmuşdu, minlərlə evi su basmışdı. Orada da lazımi tədbirlər görülmüşdü. Bütün evlər dövlət vəsaiti hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarını da tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə şəxsən deyim ki, vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək”.

Bu dəfəki səfər bir daha təsdiqlədi ki, dövlət başçısı bütün məsələləri şəxsi nəzarətində saxlayır, bilavasitə yerlərə gedərək vəziyyəti qiymətləndirir, lazımi qərarlar qəbul edir və tapşırıqlar verir. Ölkə başçısı hər bir vətəndaşın probleminə həssaslıqla yanaşdıgını və meydana çıxan çətinliklərin aradan qaldırılması üçün bütün imkanları səfərbər etdiyini dəfələrlə sübuta yetirib. Bu dəfə də sakinlərlə görüşündə az ziyan dəymiş evlərin qısa zaman içərisində bərpa ediləcəyi, tam ziyan görmüş evlərin isə yenidək tikiləcəyini bildrdi.  


Şamaxı sakinləri də ölkə başçısının bu diqqət və qaygısını yüksək qiymətləndirərək talelərinin etibarlı əldə olduguna görə Prezidentə minnətdarlıqlarını ifadə etdilər. Dövlət başçısının daim xalqın ən çətin məqamımda yanında olması məmurlara da bir örnəkdir. Prezidentin ictimai öhdəliklərə, xalq qarşısında ver­­­diyi hər bir vədə yüksək sadiqlik göstərməsi daim müsbət qiymətləndirilir.









Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir