Prezident Azərbaycan gənclərinə önəmli mesajlar verdi
Gənclər
Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev gənclərin
ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, onlara göstərilən dövlət
qaygısından bəhs edərək bu siyasətin qarşıdakı illərdə də ugurla davam etdiriləcəyini
bildirdi. Dövlət başçısı gənclərin peşəkar olmasını, milli və vətənpərvərlik
ruhunda tərbiyə almalarını və ölkəyə layiqli vətəndaş kimi yetişmələrinin
zəruriliyini önə çəkdi. Dövlət başçısının çıxışı bir daha təsdiq etdi ki,
Azərbaycanda gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində
aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayırlar. Ölkəmizdə gənclər siyasətinin yeni mərhələsi
başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial
islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq. Gənclərin cəmiyyətin inkişafında və öz problemlərinin
həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini
yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq,
gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq
məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin
Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdü. 1996-cı il fevralın 2-də müstəqil
Azərbaycan Respublikası gənclərinin I forumu keçirildi. Gənclərin həyatında çox
önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət
açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-sinin Azərbaycanda Gənclər Günü kimi
qeyd olunması barədə sərəncam imzalayan böyük öndər bəyan etmişdi ki, “biz dövlətin
və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından
maksimum istifadə edəcəyik”. Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı
və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.
Yüksək intellekti və
bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri
bir daha təsdiqləyir. Prezident İlham Əliyev də son 15 ildə gənc kadrların dövlət idarəçiliyində
yüksək vəzifələrə gətirilməsi istiqamətində konkret addımlar atır. Buna bariz
nümunə kimi son illərdə Energetika, Təhsil, Kənd Təsərrüfatı, Əmək və Əhalinin
Sosial müdafiəsi nazirlikləri, “ASAN Xidmət” Mərkəzi və digər nazirlik və
qurumlarda gənclərin ən yüksək postlara təyin edilməsini göstərmək olar. Gənc kadrlar dövlət işi ilə yanaşı
qanunverici orqanda da üstünlük təşkil edirlər. Bu kateqoriyadan olan
insanların irəli çəkilməsi təkcə mərkəzlə məhdudlaşmır, proses regionlarda da həyata keçirilir.
Gənclərin
rəhbər vəzifələrdə irəli çəkilməsinin pozitiv tərəfləri xüsusi qeyd
olunmalıdır. Əvvəla böyük potensial sahib olan gənclər daha əzmlə çalışmaga və
göstərilən etimadı əməli işləri ilə dogrultmaga çox meyilli olurlar. Digər
tərəfdən gənclər mütəmadi olaraq yeniliklərə can atır, idarəçilikdə yeni
yanaşmalara üstünlük veririlər. Müasir informasiya-texnologiya əsrinin
tələblərinə yaşlı nəsillə müqayisədə daha tez uyğunlaşan gənclik onun tətbiqinə
də maksimum nail olurlar. Bu anlamda gəncliyin
enerjisinin idarəçilik sistemində tətbiqi daha çox səmərə verir. Məhz bu baxımdan gənc kadrlara dövlət
rəhbərliyinin göstərdiyi etimad mühüm əhəmiyyət kəsb edir. Son dövrlərin
təcrübəsi də sübut edir ki, gənc
kadrların rəhbərlik etdiyi və ya rəhbərliyində təmsil olunduğu qurumlarda innovativlik
və məhsuldarlıq daha yüksək olur.
Prezident İlham Əliyev ölkədə gənclər siyasətinin uğurla davam etdirərək
müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan etdi. Azərbaycanda
gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Azərbaycanda Gənclər Fondunun,
Prezidentin Gənclər mükafatının təsis edilməsi də bu kateqoriyadan olan
vətəndaşlara göstərilən xüsusi diqqəti əks etdirir. Azərbaycan gəncliyinin potensialını müasir
dövrün tələblərinə uyğunlaşdırmaq üçün güclü hüquqi baza yaradılıb. Ötən
müdətdə qəbul edilən dövlət proqramlarına diqqət yetirək.
- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı”;
- “Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə” Dövlət Proqramı;
- “2015-2025-ci
illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
- “Azərbaycan gəncliyi
2017–2021-ci illərdə” Dövlət Proqramı;
Bu Dövlət Proqramların
qəbulunda məqsəd Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata
keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal
iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə
çıxarılmasını dəstəkləməkdir. Məqsəd, həmçinin gənc nəslin sağlamlığını
qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir
informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə
könüllülük hərəkatını inkişaf etdirməkdir.
Gənclərin intellektual
yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı,
nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin
milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi hazırda qarşıda dayanan
əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev də çıxışlarında daim vurğulayır ki,
iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan
yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi
– aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. Məhz bu hədəfin reallaşdırılması məqsədilə
son illərdə görülən işlər öz müsbət nticələrini verib.
Prezident İlham Əliyev
Azərbaycan gənclərinin fəaliyyətini daim yüksək qiymətləndirib və gənclərlə
baglı keçirdiyi son toplantıda da konkret tövsiyələrini verib. Ölkə başçısı gənclərimizin milli maraqlarımızı hər şeydən üstün
tutmalarını və dövlət müstəqilliyinin möhkəmlədirilməsində üzərlərinə düşən
vəzifələri layiqncə yerinə yetirməyə çagırıb: “Hər bir gənc bilməlidir ki, bizim hamımızın əsas
vəzifəsi dövlət müstəqilliyini möhkəmləndirməkdir, onu qorumaqdır. Biz
xoşbəxtik ki, müstəqillik dövründə yaşayırıq. Əsrlər boyu Azərbaycan xalqı
müstəqillik eşqi ilə yaşamışdır. Nəsillər gəlirdi-gedirdi, biz başqa ölkələrin
tərkibində yaşayırdıq, öz bayrağımızı qaldıra, öz himnimizi səsləndirə
bilmirdik. Amma bu gün böyük xoşbəxtlikdir ki, biz müstəqillik dövründə
yaşayırıq və əsl müstəqil siyasət həyata keçiririk. Ona görə bizim gənclərimiz
həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən
üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha
demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad,
vətənpərvərlik və milli təfəkkür olmalıdır”.
Son illər həyata keçirilən
tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi,
təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların
ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bakıda Gənclər Mərkəzinin,
regionlarda isə “Gənclər Evi”nin inşa edilməsi çox mühüm addım oldu. Ölkəmizdə fəaliyyət
göstərən gənclər təşkilatlarının əhatə etdikləri məsələlər kifayət qədər genişdir:
gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması,
gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr
arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir
ki, onlar 30-dan çox beynəlxalq platformada təmsil olunublar.
Azərbaycan
gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən
proseslərin önündə olub. 90-cı illərin əvvələrində milli azdlıq ugrunda
mübarizədə sovet irticaçı rejiminin tanklarının qarşısına əli yalın çıxan da,
Qarabag savaşında işgalçı ermənilərə qarşı sinələrini sipər edən də Azərbaycan
gənci idi. 2016-cı ilin aprelin əvvəllərində də müzəffər Azərbaycan ordusunun gənc zabit və
əsgərləri düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min
hektar ərazini işğaldan azad etdi. Dördgünlük müharibədə düşmənə sarsıdıcı
zərbə vuran və xalqımıza qələbə dadızdıran Azərbaycan ordusu şəhidlər də verdi.
Gənclər Gününə həsr olunan toplantıda “Haqlı olaraq gənclərimizlə fəxr edə
bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin
gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi
müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Azərbaycan
gəncləri dövlət başçısının son toplantıda yeni mərhələ üçün ən müxtəlif
istiqamətlər üzrə onlara ünvanladıgı mesajları dərin təhlil etməli və öz
fəaliyyətlərini buna uygun qurmalıdırlar. Çünki Azərbaycanın gələcəyin bugünkü
gəncliyin bilikli, savadlı, peçəkar olmasından çox asılıdır.
Комментарии
Отправить комментарий