Paşinyan Rusiyaya meyilli qüvvələrə qarşı sərt tədbirlər görür




Ermənistanın sabiq prezidenti Robert Koçaryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturov və sabiq baş nazirinin müavini Armen Gevorgyana qarşı cinayət işinin istintaqı başa çatıb.
Bu barədə Ermənistanın Xüsusi Tədqiqat Xidmətindən news.am saytına məlumat verilib. Qeyd olunub ki, işdə əldə edilən sübut iddianamə hazırlamaq və işi məhkəməyə göndərmək üçün kifayət edir. Armen Gevorgyan geniş miqyasda rüşvət alma, çirkli pulların yuyulması, konstitusiya quruluşunu dəyişməyə cəhd və 1 mart hadisəsinə görə ittiham olunur.
Robert Koçaryan, Seyran Ohanyan və Yuri Xaçaturov da konstitusiya quruluşunu dəyişməyə cəhddə ittiham onurlar. Xatırladaq ki, adıçəkilən şəxslərin Rusiyaya yaxınlıqları onsuz da gərgin olan mübasibətlərin daha da mürəkkəbləşməsinə səbə ola bilər.

Комментарии

Популярные сообщения из этого блога

Ermənilər Əli Kərimli deyir....

İntiriqa ustası, peşəkar kələkbaz: Arif Hacılının düsturu

Sosial islahatlarda yeni mərhələ: Prezidentə ən böyük dəstək xalqdan gəlir